Kommunal müəssisədə 8 Mart tədbiri

6 mart 2015-ci il tarixdə İsmayıllı Rayon Kommunal Müəssisələri Kombinatında Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin İsmayıllı rayon təşkilatının təşkilatçılığı ilə 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr edilən tədbir keçirilib. Kommunal müəssisədə 8 Mart tədbiriİsmayıllı Rayon Kommunal Müəssisələri Kombinatının rəisi Vidadi Məmmədov qadınların hər zaman böyük zəhmətlə çalışdığını dilə gətirib, onları bayramları münasibəti ilə təbrik edib.
Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin İsmayıllı rayon təşkilatının sədri Zahid Əkbərov dövlət tərəfindən qadınlara göstərilən diqqət və qayğıdan söz açıb.
Qadınlar onlara göstərilən diqqətə görə minnətdarlıq ediblər. Sonda Kombinatda işləyən bütün qadınlara hədiyyələr verilib.
Г‡.Bəhərçinli

Şərh Yaz