Ağac əkini davam edir

Ağac əkini davam edir“İDEA” İctimai Birliyi tərəfindən həyata keçirilən I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində 2014-cü ilin oktyabr-noyabr aylarında rayon ərazisində başlanmış ağacəkmə kompaniyasına cari ilin mart ayında yenidən start verilmişdir.7 mart 2015-ci il tarixdə rayonda fəaliyyət göstərən idarə və təşkilatlar tərəfindən İsmayıllı-Muğanlı avtomagistral yolunun 25-40 kilometrliyində, eləcə də bələdiyyələrin ərazilərində 2500-dən çox ağac əkilmişdir.
Ağac əkini zamanı əsasən yerli şəraitə uyğun akasiya, ağcaqayın, qovaq, göyrüş və s. ağac tinglərindən istifadə olunmuşdur.
“İsmayıllı xəbərləri”

Şərh Yaz