Ənənəvi təlimdən fəal dərsə

4 mart 2015-ci il tarixində İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbdə “Elektron lövhələrdən, onlayn vasitələrdən istifadə etməklə qurulan dərs modeli və onun dərsə tətbiqi” mövzusunda seminar keçirildi.Ənənəvi təlimdən fəal dərsəSeminarda İsmayıllı şəhər məktəblərinin biologiya müəllimləri iştirak edirdilər. RTŞ-nin biologiya fənni üzrə metodisti S.İsmayılova “Ənənəvi təlimdən fəal dərsə“ mövzusu ətrafında danışdı. O, onlayn vasitələrlə qurulan dərslərin müasir təhsil sisteminin ayrılmaz hissəsi olduğunu bildirdi. Seminar iştirakçılarına İsmayıllı şəhərində çalışan biologiya müəllimlərinin bloqu haqqında da məlumat verərək bildirdi ki, istədikləri zaman bu bloqun imkanlarından faydalana bilərlər.
Sonra məktəbin biologiya müəllimləri M.Məmmədova və L.Əliyevanın dərs modellərinə baxış keçirildi. ”Elektron lövhələrin və onlayn vasitələrinin dərsə tətbiqi” mövzusunda L.Əliyevanın çıxışı dinlənildi.
RTŞ metodik kabinetin direktoru H.Əsədov çıxış edərək bildirdi ki, fəal təlim üsullarına əsaslanaraq hazırlanan dərslər müasir təhsil sisteminin ayrılmaz tərkib hissəsidir. Belə nümunələrə əsaslanaraq hər bir müəllim öz dərslərinin qurulmasında onlayn vasitələrdən istifadə edə bilər.
Sevda Cahangirova,
şəhər 6 nömrəli tam orta məktəbinin biologiya müəllimi

Şərh Yaz