Novruz ümumbəşəri bayramdır

YAP İsmayıllı rayon təşkilatı Basqal qəsəbə tam orta məktəbində pedaqoji kollektivin, RİH başçısının ərazi üzrə nümayəndəliyinin, YAP ilk partiya təşkilatı üzvlərinin və ictimaiyyət nümayəndələrinin birgə iştirakı ilə dünyaya ümumbəşəri bayram kimi tanıdılmış Novruz şənliyi keçirib.Novruz ümumbəşəri bayramdırTədbirdə Novruz bayramının qədim tarixindən, milli adət-ənənələrimizin qorunub saxlanmasından və inkişaf etdirilməsində dövlətin diqqət və qayğısından söz açan YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, eləcə də UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın milli mədəniyyətimizin
qorunması sahəsində fəaliyyətləri barədə məlumatları diqqətə çatdırıb.
Tədbirdə Novruz Əsədov, Ağasəfər Qafarov, Yeganə Ağayeva, Məlakə Rəcəbova, Aygün Əsədova, Kamran Məlikzadə, Elvin Mahmudov və başqaları çıxış ediblər. Onlar Azərbaycanda milli bayram kimi yüksək səviyyədə hər il qeyd olunan Novruzu xalqın müqəddəs etiqadına söykənməklə, özündə böyük bədii-estetik, mifik, mənəvi-əxlaqi, ülvi və dünyəvi duyğuları təcəssüm etdirdiyini bildiriblər.
Sonda tonqal ətrafındakı iştirakçılar üçün məktəb şagirdlərinin ifasında Novruz adət-ənənələrini əks etdirən ədəbi-bədii kompozisiyalar, qədim xalq rəqsləri nümayiş etdirilib.
R.Qasımov

Şərh Yaz