Novruz bayramı dünya mədəniyyəti incilərindəndir

Novruz hələ qədim zamanlardan xalqımız tərəfindən yüksək səviyyədə qeyd olunmuş, təbiətin oyanışı ilə ürəklərdə saf niyyətlərin, xoş arzuların yarandığı bayram, insanla təbiətin bütövləşməsi, harmoniyası sayılmışdır. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaratmışdır. Novruz bayramı dünya mədəniyyəti incilərindəndirBu fikirlər YAP İsmayıllı rayon təşkilatı Qadınlar Şurasının Diyallı kənd tam orta məktəbinin kollektivi və Diyallı kənd qadınlarının iştirakı ilə keçirilən tədbirdə səslənib.
Tədbiri giriş sözü ilə Diyallı kənd tam orta məktəbinin direktoru Şəmsiyyə Əhmədova açıb. O bildirib ki, bəşəriyyətin ən qədim şənliklərindən, mərasimlərindən biri məhz Novruz bayramıdır. Xalqımızın bu günə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, müqəddəsləşdirdiyi bu bayram özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirir. Novruz yeni gün, yeni həyat mənasını daşımaqla həm də azərbaycanlıların yeni ilidir. Г‡ünki məhz Novruzda həyat yenidən canlanır, torpaq qış yuxusundan oyanır, bitkilər baş qaldırır, ağaclar çiçəklənir, günəş istisi artır, gecə ilə gündüz bərabərləşir və beləliklə də yeni həyat başlayır.
YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova, YAP İsmayıllı rayon Qadınlar Şurasının sədri Xuraman Qurbanova, Diyallı kənd sakinləri Heyvaxanım Surxayeva, Hyevaxanım İbadova, Sürmə Fərzəliyeva, Nəzakət Şəfaqətova, Familə Yusifova və başqaları qeyd ediblər ki, Novruz bayramı Azərbaycan xalqının dünya mədəniyyəti incilərinə ən böyük töhfəsidir.
Tədbirin sonunda Diyallı kənd tam orta məktəbi şagirdlərinin ifasında şeir və mahnılar səsləndirilib.
R.Qasımov

Şərh Yaz