Sonuncu yarpaq

Sonuncu yarpaqBir gün hava kimi
yoxa çıxacaq,
Lütfizadənin
“Qeyri-səlis məntiq”
nəzəriyyəsi…
haçan əbədi olub axı,
Cütlərin birləşməsi
Ah… erodik nəzəriyyə
Ah… Altsheymer xəstəliyi
Tələsdirdiniz məni
Yoxsa arvadı qoca
vaxtımda
Ona odun daşıyan
Əbu Ləhəb kimi
Tənha qalmazdım…
Ömrümün son günündə.
Bəlkə, mən bir
“hektinq ton xoreyası”na
tutulmuş
Xasiyyət xəstəxsiyəm…
Huk xəstəliyinə
tutuluban
Ağlını itirmiş
qoçlar kimi –“
Sayılmamaq istəyirəm,
Ömrümün yaz çağında
yenidən
həm açılmaq –“
həm saralmaq
istəyirəm,
Poeziya burulğanında
saralmış son yarpaq kimi.

* * *
Uşaqlıqda dincliyim
bir nəğmə,
röya kimi dolaşır
Xəyallarımda.
hələ də qaranquşları
seyr edirəm,
Səhər kimi
çin olmuş
qərib yuxularımda.
Dünya bir nərdivandı,
düşüb qalxırıq
bir-bir
Ulduzların sayrışan
dünyalarında
hərəsi bir tənha
ulduzun ömrü kimi,
Cazibə nöqtəsinə
qovuşur insanlar,
Ah çəkdiyi gecələrin
nəğmə dolu –“
şərqi dolu –“
sevgi dolu
gerçəkləşən sevdalarında

* * *
Ozan babam nəğməkardı,
sevgim dolu
gecələrin nəğməkarı…
Ürəkdən çəkdiyimiz
ahlar bir gün
ruzigarın
dəyişdiyi bir anda,
payız gülləri kimi solur…
Dünyamız da
bəzi şairlər kimi
hərdəmxəyal olur,
kimisinin yarı olur –“
kimisinin məzarı olur…
nədəndisə hər axşam,
Günəş batanda
üfüqdə,
qaraca gözlərim dolur…
uşaq kimi
ağlamaq istəyirəm,
gözlərimin önündə
birdən-birə
fani və şən dünyanın
acıyıb qərib halına…
Ozan babam, ağlamaq istəyirəm.

* * *
Son bahar çağını
xatırlamasam,
gözlərimə yuxu gəlməz,
qardaşım…
Saçlarıma düşən dən
budağını tərk edən
qərib bir quşcuğazın
ayrılıq həsrətindən
yara bağlayıb,
elə bil, bu keçən
sənələrdə
“Min bir gecə” nağılından
qorxuya düşmüş
bir körpə uşaq ağlayır,
Ərəfat dağının başında oturub
Leylisinə ağlayan,
divanə Məcnun kimi…
Nə qədər ki, hər Məcnun
Leylisini tanımır
ana eşqinə ağlayan
körpənin səsi kimi
Məsum qalacaq dünyada…
Son bahar çağında
unudulmamış
sevgi nəğməsi kimi.

Elsevər Məsim

Şərh Yaz