Voleybol yarışı

Voleybol yarışıİsmayıllı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə E.Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbdə 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş məktəblilər və tələbələr arası voleybol idman növü üzrə yarış keçirildi.8 komandanın iştirakı ilə keçirilən yarışda I yerə şəhər 3 nömrəli tam orta məktəbinin, II yerə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin, III yerə isə İsmayıllı Peşə Tədris Mərkəzinin komandası çıxdı.
Taleh Məhərrəmov

Şərh Yaz