Amerika musiqiçiləri İsmayıllıda

Amerika musiqiçiləri İsmayıllıdaAzərbaycanda 10-14 mart tarixlərində Amerika Günləri Festivalı keçirilib. Amerika günlərinin keçirilməsində əsas məqsəd Amerika mədəniyyətinin müxtəlifliyini Azərbaycan vətəndaşlarına nümayiş etdirmək və ölkələr arasında qarşılıqlı anlaşmanı genişləndirməkdir.Festival çərçivəsində canlı musiqi ifaları, Amerika mətbəxi nümunələrinin nümayişi, incəsənət sərgiləri, Hindu qrupunun rəqsləri, film nümayişləri, uşaqlar üçün proqramlar və digər maraqlı tədbirlər həyata keçirilib.
Amerika mədəniyyəti günləri çərçivəsində “Break of Reality” qrupu İsmayıllı Gənclər Mərkəzində konsert proqramı ilə çıxış edib. “Break of Reality” qrupunun müşayiəti ilə İsmayıllı Mədəniyyət Mərkəzinin “Niyal” ansamblının üzvü Rövşən Teyyubov sözləri Rəsul Rzanın, musiqisi Tofiq Quliyevin olan “Sənə də qalmaz” mahnısını ifa edib. Geniş ictimaiyyətin iştirak etdiyi konsert bir-birindən maraqlı məqamlarla yadda qalıb.
Konsert proqramı başa çatdıqdan sonra tamaşaçılar arasında Amerika ilə bağlı bilgilər üzrə viktorina keçirilib. Qaliblərə üzərində Azərbaycan-Amerika dostluq əlaqələri təsvir olunmuş hədiyyələr verilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz