Yaddas kitabcasi

Ümidli Gələcək

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin layihələşdirdiyi, “ Gənclər arasında milli-mənəvi dəyərlərin və vətənpərvərliyin təbliği üzrə asudə vaxtın səmərəli təşkilinə təşəbbüs” adlı layihəsi İsmayıllı rayonunda yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkili, onların sağlam həyat tərznə alışdırılması və milli-mənəvi dəyərlərimizin ruhunda vətənpərvərlik və vətəndaşlıq ənənələrinə uyğun şəkildə , dövlət atributlarına hörmət ruhunda tərbiyə olunması, qlobal xəstəliklərə (İİV,QİCS, narkomaniya, müxtəlif qrip epidemiyaları və s,) ictimai məlumatlılığın artırılması istiqamətində fəaliyyətlər həyata kecirilmişdir.
Ümidli GələcəkÜmidli Gələcək

Bütün bu və digər məsələləri nəzərə alaraq, yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin, idmanın və fiziki işin təbliği və zərərli vərdişlərə qarşı maarifləndirmə işlərinin aparılmasını və bu istiqamətdə rayon ictimaiyyətinin iştirakı ilə müzakirələrin keçirilməsi təşkil olunmuşdur.
Lakin qeyd etmək vacibdir ki, bu günki televiziya məkanı və bir sıra kanalların milli dəyərlərimizə zidd olan şou xarakterli verilişləri yeni nəslin psixologiyasına, onların tərbiyəsinə və sağlamlığına mənfi təsir göstərir. Təəssüfedici haldır ki, get-gedə intellektual proqramların, tərbiyəvi əhəmiyyətli proqramların və hərbi verilişlərin sayı və ona ayrılan efir saatı efir məkanımızda azalmaya doğru gedir. Belə olan halda, gənclərimizin asudə vaxtlarının səmərəli təşkili işində milli-mənəvi və hərbi-vətənpərvərlik dəyərlərimizin təbliğ olunmasını daha zəruri və faydalı hesab edirik.
Kecirilən tədbirlərdən regionlarda yeniyetmə və gənclərin sağlam həyat tərzinə alışdırılması, milli-mənəvi və vətənpərvərlik ruhunun artırılması və onların layiqli vətəndaş kimi yetişdirilməsində ictimai dəstəyin formalaşdırılmasıdır.
Sağlamlıq bütün dünyada təqdir və təbliğ olunan vacib bir məsələdir. Fəaliyyətimizin davamlılığının əsas elementi olan zərərli vərdişlərə, narkomaniyaya qarşı mübarizənin və sağlam həyat tərzinin təbliği, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkilinə dəstək gələcəyimizin daha xoşbəxt və firavan olmasının qarantıdır.
Qüdrət Kazımov,
Layihə rəhbəri

Şərh Yaz