Yaddas kitabcasi

Tarixin faciəvi səhifəsi

Fevralın 24-də İsmayıllı Poçt filialında Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı tədbir keçirilib.
Amansızcasına qətlə yetirilən faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tarixin faciəvi səhifəsiTarixin faciəvi səhifəsi

Fevralın 24-də İsmayıllı Poçt filialında Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı tədbir keçirilib.
Amansızcasına qətlə yetirilən faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanov iştirak edib. İsmayıllı Poçt filialının rəisi Söhbət Pənahov Xocalı faciəsinin ümumilikdə insanlığa qarşı törədilən cinayət olduğunu bildirib. Ermənilərin dinc əhalini vəhşicəsinə qətlə yetirmələrindən danışan S.Pənahov bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət” kampaniyası barədə ətraflı məlumat verib.
Şəhər 4 nömrəli tam orta məktəbinin tarix müəllimi Şahin Kərimov ermənilərin zaman-zaman xalqımızın başına gətirdikləri müsibətlərdən danışıb.
Digər çıxış edənlər Xocalıda törədilən vəhşiliklərin insan hüquqlarının ən kobud şəkildə pozulmasının bariz nümunəsi olduğunu vurğulayıblar.
Г‡inarə Bəhərçinli

Şərh Yaz