Soyqırım siyasətinin anatomiyası

Fevral ayının 21-də İsmayıllı Mədəniyyət Sarayında Xocalıdan olan məcburi köçkün soydaşlarımızın iştirakı ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində tədbir keçirilib.
Tədbir öncəsi məktəblilərin “Xocalıya ədalət!” devizi ilə təşkil etdiyi rəsm sərgisinə baxış olub. Г‡əkilən rəsmlərdə Xocalı qətliamının dəhşətlərini rənglərin gücü ilə açmağa çalışan məktəblilər bu faciəyə biganə olmadıqlarını, əksinə, hadisələri bütün dəhşətləri ilə anladıqlarını nümayiş etdiriblər.

Soyqırım siyasətinin anatomiyasıFevral ayının 21-də İsmayıllı Mədəniyyət Sarayında Xocalıdan olan məcburi köçkün soydaşlarımızın iştirakı ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində tədbir keçirilib.
Tədbir öncəsi məktəblilərin “Xocalıya ədalət!” devizi ilə təşkil etdiyi rəsm sərgisinə baxış olub. Г‡əkilən rəsmlərdə Xocalı qətliamının dəhşətlərini rənglərin gücü ilə açmağa çalışan məktəblilər bu faciəyə biganə olmadıqlarını, əksinə, hadisələri bütün dəhşətləri ilə anladıqlarını nümayiş etdiriblər.
İsmayıllı rayonunda yaşayan Xocalı sakinlərinin də iştirak etdiyi tədbirdə iştirak və çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov erməni cəlladlarının xalqımızın başına gətirdiyi müsibətlərdən söz açıb. Xocalı faciəsi haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu siyasi kursun prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Ermənilər tərəfindən həyata keçirilən terror hadisəsi təkcə azərbaycanlılara qarşı deyil, bəşəriyyətə qarşı törədilən ən dəhşətli soyqırımı, qanlı cinayət olduğu diqqətə çatdırılıb. Başçı bildirib ki, gənclərin vətənpərvərlik tərbiyəsində böyük rol oynayan bu kitab zəngin fakt və sənədlərlə əhatələnib, tarixi həqiqətlərin önəmli bir toplusu kimi dünyanın 40-dan çox ölkəsində təbliğat kampaniyası çərçivəsində yayılıb.

Soyqırım siyasətinin anatomiyası

Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər və əldə edilən nailiyyətlər xüsusi vurğulanıb. “Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” kitabının məhz bu baxımdan böyük əhəmiyyət daşıdığı qeyd olunub.
Tədbirdə çıxış edən tarix müəllimləri Ramiz Baloğlanov, Vasif Cabbarov, Gənclər və İdman İdarəsinin əməkdaşı Şəhla Qafarova “Xocalıya ədalət”i “Azərbaycana ədalət” kimi dəyərləndiriblər. Bildiriblər ki, Xocalı faciəsini dünya boyunca bir soyqırımı olaraq tanıtmaq həqiqətdə dünya ermənilərinin vətənimizə və millətimizə qarşı onillər boyu apardığı soyqırımı siyasətinin anatomiyasıdır.
Qeyd edilib ki, “Xocalıya ədalət” çağırışı beynəlxalq terrora qarşı mübarizədə humanizm dəyərləri üzərində köklənmiş güclü və yeni strateji modeldir. Təqdim edilən kitablar bu modelin böyüklüyünü və əhəmiyyətini dərk etməkdə və gələcək mübarizələr və qələbələr üçün lazımi nəticələr çıxarmağa kömək edəcəkdir. Г‡ıxışlarda “Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” kitabının Xocalı həqiqətlərinin bütün dünyaya çatdırılması istiqamətində mühüm əhəmiyyət kəsb edən növbəti addım olduğu vurğulanıb.
Sonda İsmayıllıda məskunlaşmış Xocalı sakinləri onlara dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Şahməmməd Soltanov

Şərh Yaz