Əsaslı işlər aparılır, uğurlar qazanılır

Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, Allah və dövlət adamı kimi tanınan, insanlara xidmət etməyi həyat amalı sayan, fəaliyyətində cənab Prezidentin sərəncam, tapşırıq və tövsiyələrini mütləq icra üçün qəbul edən, qanunlara, haqqa, ədalətə əsaslanan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovdan kifayət qədər zəhmət və məsuliyyət tələb edən vəzifəsinin icrasına başladığı ilk günlərdə qəzetimizin oxucuları üçün müsahibə almaq fikrinə düşmüşdüm. Başçı onda:
– İşləyək ki, deməyə sözümüz olsun, – deyib tələsməməyi məsləhət görmüşdü. Bir neçə gün əvvəl gerçəkləşən arzumuzu, apardığımız müsahibəni oxuculara təqdim edirik:

– Hörmətli Mirdaməd müəllim, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 fevral 2013-cü il tarixli Sərəncamı ilə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı təyin olunmusunuz. Həmin vaxtdan 2 il keçir və bu müddət ərzində rayonda ismayıllıları sevindirən, ölkə rəhbərini razı salan böyük işlər görülüb. Sevindirici haldır ki, görüləcək işlərin miqyası və coğrafiyası gündən-günə genişlənir.
Əsaslı işlər aparılır, uğurlar qazanılırƏsaslı işlər aparılır, uğurlar qazanılır

Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, Allah və dövlət adamı kimi tanınan, insanlara xidmət etməyi həyat amalı sayan, fəaliyyətində cənab Prezidentin sərəncam, tapşırıq və tövsiyələrini mütləq icra üçün qəbul edən, qanunlara, haqqa, ədalətə əsaslanan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovdan kifayət qədər zəhmət və məsuliyyət tələb edən vəzifəsinin icrasına başladığı ilk günlərdə qəzetimizin oxucuları üçün müsahibə almaq fikrinə düşmüşdüm. Başçı onda:
– İşləyək ki, deməyə sözümüz olsun, – deyib tələsməməyi məsləhət görmüşdü. Bir neçə gün əvvəl gerçəkləşən arzumuzu, apardığımız müsahibəni oxuculara təqdim edirik:

– Hörmətli Mirdaməd müəllim, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 fevral 2013-cü il tarixli Sərəncamı ilə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı təyin olunmusunuz. Həmin vaxtdan 2 il keçir və bu müddət ərzində rayonda ismayıllıları sevindirən, ölkə rəhbərini razı salan böyük işlər görülüb. Sevindirici haldır ki, görüləcək işlərin miqyası və coğrafiyası gündən-günə genişlənir.
– Mən cənab Prezidentin təyinatım barədə sərəncamını fəaliyyət proqramı, böyük etimad kimi qəbul etdim. Harada olmağımdan, hansı vəzifədə çalışmağımdan, yaşımdan asılı olmayaraq həmişə özümü ümummilli liderimiz Heydər Əliyevin, sonra da möhtərəm Prezident İlham Əliyevin sıravi əsgəri hesab etmişəm. Hər bir tapşırığı əmr olaraq qəbul edib düşünmüşəm ki, əmr müzakirə olunmur, icra edilir.
Kimisə tənqid etmək fikrindən uzağam. Yalnız onu vurğulamaq istəyirəm ki, başqa bölgələrdə geniş miqyaslı tikinti-quruculuq, abadlıq işləri getdiyi zamanda İsmayıllı bu proseslərdən bir neçə il kənarda qalıb. Əsas diqqət əmlak özəlləşdirilməsinə, torpaqların yerbəyer edilməsinə və insanların rifahına xidmət etməyən istiqamətlərə yönəldilib. Yerlərdə formal xarakterli qəbullar, görüşlər keçirilib. Bunların da necə nəticələndiyi sizə məlumdur. Mən bir-bir obyektləri sadalamaq istəmirəm. Onu önə çəkirəm ki, bütün layihələrimiz yerlərdə aparılan təhlillərə, əhalinin arzu və təkliflərinə, onun maraqlarına uyğun hazırlanır. Həm də mütəxəssislərlə, ağsaqqallarla, gənclərlə, rayondan kənarda yaşayan ziyalılarla məsləhətləşmələrdən sonra layihələrin hazırlanması və icrasına başlanır. 2013-cü ilin aprel ayında keçirilən əmək yarmarkasına 400-dən çox iş yeri çıxarılmışdı. 200 nəfərə yaxın işə göndəriş aldı. Sonrakı əmək yarmarkalarında da bu tendensiya davam etdi. Cənab Prezident 2013-cü il avqust ayının 14-də və 2014-cü il sentyabr ayının 22-də İsmayıllıya səfər edərkən görülən işlərdən, həyata keçirilən tədbirlərin nəticəsindən razı qaldı. Əhalimiz də ona görə sevinir ki, ölkə rəhbərinin qayğı və diqqəti sayəsində sosial həyatı dəyişir, yeniləşir və zənginləşir.
– Ölkənin ayrı-ayrı regionlarında sosial problemlərin səmərəli həllində böyük nailiyyətlər əldə olunmuş, əhalinin sosial müdafiəsi sistemi standartlara uyğun, yenidən qurulmuşdur. Söylənilənlərin İsmayıllı rayonunda həyata keçirilməsi haqqında nə deyə bilərsiniz?
– Əvvəla onu qeyd edim ki, əhalinin sosial müdafiəsi sistemi dövlət tərəfindən yaradılmışdır. Yerli icra orqanı olaraq İsmayıllı RİH üzərinə düşən vəzifələri rayona gəldiyim ilk aylardan dəqiqləşdirmiş və aparılan təhlillər əsasında proqram, bəzi sahələr üzrə konsepsiyalar hazırlamışdır. Əhalinin sosial müdafiəsini yaxşılaşdıran ən əsas amil yeni iş yerlərinin açılmasıdır. İsmayıllı Tikiş Fabriki əhalini razı salan ilkin layihələrimizdəndir. Burada 70 nəfər qədər qadın işləyir. 2013-2014-cü illərdə rayonda 2415 iş yeri açılmışdır ki, onun da 1995-i daimi iş yeridir. İnsanların evi varsa, qazı, işığı, suyu fasiləsiz verilirsə, demək sosial müdafiəsi də müasir tələblərə cavab verir. Bütün sahələr üzrə olan inkişafı sakinlər, oxucular yaxşı görürlər. Görünməyən bir faktı diqqətə çatdırmaq istərdim. Süni maneələr aradan götürüldüyü üçün 2012-ci ilə nisbətən 2013-cü ildə 10 min kvadratmetrdən artıq fərdi mənzil tikilib. Bu da 500 faizdən çox artım deməkdir.
Heç bir ad çəkmədən demək istərdim ki, daxili imkanlara uyğun olaraq xəstələrə müalicə üçün, imkansızlara yaşamaq üçün, evi olmayanlara ev tikmək üçün, təbii fəlakətlərdən ziyan çəkənlərə həyatını davam etdirmək üçün yardımlar edilib. Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, Г‡ernobıl əlilləri, uğurla imtahan verən məzunlarımız, müvəffəqiyyət qazanan idmançılar həmişə rayon İcra Hakimiyyətinin diqqətində saxlanılır. Əhali pensiya və müavinətlərini, əmək haqlarını vaxtında alır. Hər kəsin haqqı, dövlət tərəfindən müəyyən olunmuş imtiyazları vaxtında, dəqiqliklə öz ünvanına çatdırılır.
– Rayon əhalisinin etibarlı sosial müdafiəsi sistemini qurmaq və bu sistemin daha da təkmilləşdirilməsi üçün nələri vacib hesab edirsiniz?
– Əvvəlki sualınıza cavabda bu barədə müəyyən məqamlara toxundum. Yaxın vaxtlara qədər sosial müdafiə barədə İsmayıllıda fikir ondan ibarət idi ki, vətəndaş tələb etdikdə ünvanlı sosial yardım almalıdır. Bu yanlış düşüncəyə son qoyulmaq üzrədir. Aparılan maarifləndirmə və təbliğat işlərinin nəticəsidir ki, rayon sakinləri “hazıra nazir olmaq” mövqeyindən uzaqlaşmaqda davam edir. Rayon İcra Hakimiyyətinin əsas vəzifəsi isə ondan ibarətdir ki, yeni-yeni iş yerləri açmaqla əhalinin maddi təminatını yaxşılaşdırsın, hər bir ailəyə pul gəlsin. Hər bir ailə başçısı öz məsuliyyətini dərk edərək, şəxsi problemlərinin həllini öz üzərinə götürsün. İcra orqanı olaraq biz sadəcə, tələb etmirik, həm də bunun üçün şərait yaradırıq. Kənd və qəsəbələrin qazlaşdırılması, əhalinin içməli su təchizatının yaxşılaşdırılması, elektrik təsərrüfatının yenidən qurulması və əhalinin dayanaqlı enerji ilə təmin edilməsi sosial müdafiənin təmin edilməsinin əsas prinsiplərindəndir. Uzun illər Basqal qəsəbəsi yanacaq baxımından çətinlikdə qalırdı. İndi oraya qaz çəkilir. İşlər sürətlə aparılır. Şəhər ərazisində tikintisi başa çatmaq üzrə olan “Su və kanalizasiya şəbəkəsinin yaxşılaşdırılması” İkinci Layihəsi insanların sosial həyatına tam bir rahatlıq gətirəcək. Sosial problemlərdən danışanda möhtərəm Prezident İlham Əliyevin Şamaxı “Cümə” məscidinin açılışında dediyi aşağıdakı sözləri insanlara xidmətdə əsas meyar kimi qəbul edirəm. O demişdi : “İslam dini mərhəmət dinidir”. Hər bir addımımda, hər bir rayon sakininə münasibətdə, ümidlə rayon İcra Hakimiyyətinin qapısını açan hər bir vətəndaşa mərhəmətlə yanaşıram, diqqətlə dinləyirəm, probleminin həllinə çalışıram. Müraciət edənin hər birinin yerində özümü görürəm. Tədbirlərim də bu əsasda müəyyənləşir.
– Rayonun İcra Hakimiyyəti başçısı təyin olunduğunuz gündən bu yana sakinlərlə yerlərdə keçirdiyiniz çoxsaylı səyyar görüş-qəbullarda vətəndaşlar sizə əsasən hansı mövzularla müraciət edirlər?
– Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə gəldiyim ilk aylarla son ayları müqayisə etdikdə vətəndaşların müraciətində köklü fərqlər yarandığının şahidi oluram. Bu fərq müsbətə doğru, insanların xeyrinə olduğu üçün rahatlıq tapıram. Düşünürəm ki, cənab Prezidentin xalqa əsil mənada xidmət etmək tapşırığının öhdəsindən gələ bilirəm.
Əvvəllər daha çox hansı mövzuda şikayətlər eşidirdim? “Evim yoxdur, tikməyə də qoymurlar”. “Sənədlərimi bir ayadır tikinti üçün razılıq almağa vermişəm, cavab ala bilmirəm”, “Qala divarlarının tikintisində işləmişəm, pulumu vermirlər”, “Suyumuz, işığımız gəlmir”, “Meşələri qırıb, daşıyırlar, mən isə odun gətirə bilmirəm”, “Sosial yardım ala bilmirəm, verəndə də …..”, “Heç yerdə bir iş tapa bilmirəm” və sair və ilaxır. Görüş-qəbullarda indi daha çox məktəb tikintisindən, qaz çəkilişindən, tibb məntəqəsi və kitabxana açılmasından, sürətli internetə qoşulmaqdan, stadion, idman qurğuları tikilməsindən, xaricdə təhsil almağa köməklik göstərilməsindən, kəndarası yolların düzəldilməsindən, flora və faunanın qorunmasından, təbii sərvətlərə qayğılı yanaşmanın vacibliyindən, innovativ təhsilin təşkilindən, informasiya texnologiyalarının geniş miqyasda tətbiqindən söhbət gedir. Nəticə çıxarmağı və fərqin nəyin sayəsində yaranmasının səbəblərini müəyyənləşdirməyi oxucuların öz öhdəsinə buraxıram.
– Qarşıda duran məqsədlərə çatmaq üçün gənclərin potensialına verdiyiniz dəyər, onlara göstərdiyiniz qayğı özünü doğruldurmu?
– Bir neçə il gənclər təşkilatına rəhbərlik etmişəm və gəncliyin necə böyük qüvvə olduğunu yaxşı bilirəm. Ona görə də bir çox layihələrin icrasına onları cəlb edirəm, ən çətin işlərdə onlara arxalanıram. Yerlərdə keçirdiyim görüş-qəbulların nəticəsi olaraq indi rayon gənclərini ixtisaslarına, peşələrinə, təhsil dərəcələrinə görə daha yaxşı tanıyıram. Bir qrup gənc rayon İcra Hakimiyyətinin dəstəyi ilə ingilis dili və dizayner kurslarından müvəffəqiyyətlə keçib, İnnovasiya Mərkəzində birləşib. Yeni layihələrlə çıxış edirlər. 32 nəfər ali təhsilli gənc dövlət qulluğuna və idarəetmənin müxtəlif mərhələlərində işə cəlb olunub. Rayon Gənclər və İdman İdarəsinin fəallığı artır. İsmayıllının 2015-ci il üçün Azərbaycanın “Gənclər paytaxtı” seçilməsi bu fəallığın nəticəsi hesab edilməlidir.
İsmayıllı gəncləri srağagünkü, dünənki gənclər deyillər. Bugünkü gənclik daha vətənpərvər, daha hazırlıqlı, daha fəal, daha intellektlidir. Yaxın illərə qədər pərakəndə olan İsmayıllı gəncləri indi rayon İcra Hakimiyyəti yanında böyük qüvvədir. Mən bu qüvvəyə inanır, istinad edirəm.
– Son iki ildə inşası uğurla başa çatdırılan tikintilər və icrası nəzərdə tutulan yeni layihələr barədə nələri demək istərdiniz?
– Ən az bu sual ətrafında danışmaq istərdim. Tikilənlər, qurulanlar, yaradılanlar, çəkilən yollar, görülən bütün işlər göz qabağındadır. Qəzetiniz də bu barədə çox yazıb. Qəlbi işıqlı insanlar bunları yaxşı görürlər və sevinməyi də bacarırlar. Haqq yolundan azanlara, düzü əyri yozanlara, haqqı danıb nahaq yazanlara isə heç bir məsləhətim yoxdur. Yeni layihələrə gəldikdə, uğurlardan darılanlara demək istərdim ki, Velosiped zavodu tikiləcək. “Yaşıl market” bazar problemini birdəfəlik aradan qaldıracaq və 300-350 nəfər İsmayıllı sakini üçün iş yeri olacaq. Qalınçaq kəndi ərazisində tikilən, istehsal gücü ildə 1000 ton ət olacaq hind quşu fabriki perspektivdə 450-500 nəfər işçi qəbul edəcək. Uşaq bağçaları və məktəblər inşa olunacaq, şəhərin bir neçə küçəsi əsaslı təmir ediləcək, abadlaşdırılacaq və asfaltlaşdırılacaq, qaz çəkilişi Basqal ətrafı kəndlərə şaxələnəcək, Kəlbənd ərazisində müasir heyvandarlıq müəssisəsi yaradılacaq, ən müasir və orijinal layihə əsasında Gənclər Mərkəzi tikiləcək, rayon ərazisində 8 yerdə artezian quyusu qazılacaq, kənd təsərrüfatı idarəsinin binası təhvil veriləcək, fermer evi tikiləcək və çoxsaylı digər layihələr həyata keçiriləcək. İşə hər yolla mane olmaq istəyənlərin arzusuna rəğmən bir iki ilə sakinlərimiz də, qonaqlarımız da tamamilə yeni bir İsmayıllı görəcəklər. Möhtərəm Prezidentimiz qarşısında mən bu məsuliyyəti üzərimə götürmüşəm və mütləq öhdəsindən gəlmək əzmindəyəm.
– Elm adamı olmaqla təhsilə, yeni düşüncə tərzinə yüksək önəm verirsiniz. Bu sahədə aparılan ideoloji iş və nəticələr qənaətbəxşdirmi?
– Bu sualınız həcmcə qısa olsa da, məzmunca çox genişdir. Ayrıca işlənəsi bir mövzudur. Ona daha böyük yazı həsr olunmalıdır. Təhsil, mədəniyyət, səhiyyə, ideoloji iş sahələri əlahiddə təhlil tələb edir və bu tələb əsasında gələcək nömrələrinizdə çıxış etməyi daha məqsədəuyğun hesab edirəm.
– Rayon sakinlərinin kənd təsərrüfatı istehsalına meylini artırmaq üçün hansı işlər görülür?
– İsmayıllı taxılçılıq, heyvandarlıq və meyvəçiliyi ilə tanınan kənd təsərrüfatı rayonudur. Sakinlərin fərdi təsərrüfatı da kənd təsərrüfatı istehsalının artımında əhəmiyyətli rol oynayır.
2014-cü ildə 83 min ton taxıl istehsal edilib. İvanovkadakı N.Nikitin adına kolxoz hər hektardan ən aşağı -16 sentyabr məhsul götürməklə rayonun ümumi müvəffəqiyyətinə xələl gətirib. Mütəxəssislər burada və digər yerlərdə olan uğursuzluğun təkrar olunmaması üçün təhlillər aparırlar. “Aqropark”ların və böyük taxılçılıq kooperativlərinin təşkili bizim ən yaxın məqsədlərimizdəndir. Əhalinin məşğulluğunun artırılması məqsədilə meyvə qurutmaxanaları və ailə təsərrüfatlarının yaradılması da vacib sahə kimi diqqətdə saxlanılır. Kənd təsərrüfatı idarəsinin yaranması və onun üçün inzibati binanın və fermer evinin inşası rayonda aqrar sahənin inkişafına əsaslı təkan olacaqdır.
“Aqrolizinqin” İsmayıllı filialının işi daha səmərəli əsaslarla qurulacaq. Torpaqların meliorativ baxımdan yaxşılaşdırılması, suvarılan ərazilərin artırılması, əkin dövriyyəsinə yeni sahələrin daxil edilməsi rayon İcra Hakimiyyətinin gündəlik diqqətində olan məsələlərdəndir.
“Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının bir illik icrasına həsr olunmuş konfransda prezident İlham Əliyev torpaqların əkilməməsindən, icarəyə götürülüb boş saxlanmasından narahatlıqla danışmışdır. Odur ki, biz rayon üzrə torpaqların inventarlaşmasını aparır, əkilib-əkilməyən sahələri müəyyənləşdiririk . Bu iş davam etdiriləcək və torpaqların boş qalmasına yol verilməyəcək.
Bir sözlə, fəaliyyətin bütün istiqamətləri üzrə rayonda əsaslı iş aparılır, uğurlar qazanılır. Ən əsası isə odur ki, bütün qüvvələr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncam, tapşırıq, göstəriş və tövsiyələrinin məsuliyyətlə həyata keçirilməsinə, müntəzəm icrasına yönəldilib.
– Müsahibəyə görə minnətdarlıq edirəm.
– Sağ olun. İşinizdə uğurlar arzulayıram.
Müsahibəni apardı:
Şahməmməd Soltanov,
“İsmayıllı xəbərlər” qəzetinin baş redaktoru

Şərh Yaz