İşimizi qanuna və tövsiyələrə uyğun quracağıq

“Azərbaycan” qəzetinin builki 33-34-cü nömrələrində Azərbaycan Respublikası Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Ölkə Prezidentinin vətəndaş müraciətlərinə baxılmasında açdığı yeni mərhələ: yüksək diqqət, qayğı və tələbkarlıq” başlıqlı məqaləsi dərc edilmişdir.
Hər il ölkədə vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması və sənədlərlə işin vəziyyəti barədə yekun təhlilli məqalə dərc olunur. Bu məqalələrdə sözü gedən istiqamətdə görülən işlərə yekun vurulur, görülən işlər qiymətləndirilir, görüləcək işlər müəyyən edilir.
İsmayıllı RİH-də Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri kimi qarşıdakı vəzifələri istiqamətləndirərkən mövcud qanunvericiliklə yanaşı bu məqalələrdə dərc olunan təhlillərdən bəhrələnirəm.

İşimizi qanuna və tövsiyələrə uyğun quracağıq“Azərbaycan” qəzetinin builki 33-34-cü nömrələrində Azərbaycan Respublikası Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Ölkə Prezidentinin vətəndaş müraciətlərinə baxılmasında açdığı yeni mərhələ: yüksək diqqət, qayğı və tələbkarlıq” başlıqlı məqaləsi dərc edilmişdir.
Hər il ölkədə vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması və sənədlərlə işin vəziyyəti barədə yekun təhlilli məqalə dərc olunur. Bu məqalələrdə sözü gedən istiqamətdə görülən işlərə yekun vurulur, görülən işlər qiymətləndirilir, görüləcək işlər müəyyən edilir.
İsmayıllı RİH-də Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri kimi qarşıdakı vəzifələri istiqamətləndirərkən mövcud qanunvericiliklə yanaşı bu məqalələrdə dərc olunan təhlillərdən bəhrələnirəm.
Bu il respublika üzrə dərc olunan yekun məqalədə rayonumuz barədədə kifayət qədər müsbət fikir səslənmişdir. Qeyd edim ki, 2014-cü ildə bu sahə üzrə çalışmalarımız əvvəlki illərə nisbətən sevindirici olub.
2014-cü ildə İcra Hakimiyyətinə 1574 vətəndaş müraciəti daxil olmuşdur. Bunlardan 282-si Prezident Administrasiyasından, 76-sı digər yuxarı dövlət orqanlarından olunmuşdur. Müraciətlərin ümumi sayı əvvəlki illə müqayisədə 25.4 faiz, Prezident Administrasiyasından daxil olan müraciətlər 23.7 faiz, digər yuxarı dövlət orqanlarından daxil olan müraciətlər isə 21.6 faiz azalmışdır.
Vətəndaş müraciətlərindən 435-i mənzil məsələləri, 285-i əmək və əhalinin sosial müdafiəsi, 111-i kənd təsərrüfatı ilə əlaqədar, 87-i sahibkarlığın inkişafına dair, 86-ı hüquqi, 70-i enerji və istilik təchizatı, 63-ü su kanalizasiya, 44-ü səhiyyə, 31-i nəqliyyat, qalanları isə digər məsələlər barədə olmuşdur.
2014-cü ildə RİH-in elektron ünvanı vasitəsi ilə 108, RİH-də gündə 24 saat fəaliyyət göstərən 164 saylı “Qaynar xətt”ə isə 106 müraciət daxil olmuşdur.
Daxil olan müraciətlər diqqətlə araşdırılmış, şikayətlərin yaranma səbəbləri təhlil edilmiş, onların həlli istiqamətində tədbirlər görülmüşdür.
2014-cü ildə daxil olmuş müraciətlərin 617-i (39 faiz) tam, 91-i (5.8 faiz) qismən həll edilmişdir, 781-nə (49.6 faiz) müvafiq izahat verilmiş, 33-ü (2 faiz) əsassız sayılmışdır. Əksər müraciətlərə İcra Hakimiyyəti başçısının aparatında baxılmışdır. 63 müraciət isə aid qurumlara göndərilmişdir.
90 nəfər vətəndaşın ərizəsi rayon İcra Hakimiyyətinin başçısı tərəfindən yaradılmış “Aztəminatlı ailələrə, pensiyaçılara, təbii fəlakət, yanğın və digər səbəbdən ziyan çəkən vətəndaşlara maddi yardım, əlavə güzəştlər və müavinətlərin təyin edilməsi üçün müayinə komissiyası”nda müzakirə olunmuşdur. Müraciət edənlərə 84676 manat yardım göstərilmişdir.
Ötən il 1954 nəfər İcra Hakimiyyəti başçısının aparatında keçirilən qəbullarda iştirak etmiş, onlardan 1229 nəfəri RİH başçısı tərəfindən qəbul edilmişdir. Müraciət edənlərin böyük əksəriyyəti sosial yardım verilməsini, müalicələrinə köməklik göstərilməsini, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, torpaq, mənzil, tikinti ilə bağlı problemlərinin həll olunmasını xahiş etmişlər.
Hesabat dövründə yerlərdə səyyar-görüş qəbulların keçirilməsi diqqətdə saxlanılmışdır. İnzibati ərazi dairələrində 60 səyyar görüş-qəbul keçirilmişdir. Qəbullarda 4233 nəfər iştirak etmiş, onlardan 415 nəfəri 485 müxtəlif məsələ ilə bağlı RİH başçısına müraciət etmişdir. Yerlərdə qaldırılmış məsələlərin həlli xüsusi nəzarətə götürülmüşdür.
Aparatda və səyyar qəbullarda sosial infrastrukturun yaxşılaşdırılması istiqamətində edilən müraciətlər diqqətlə araşdırılmış, icrası ilə əlaqədar müvafiq tədbirlər görülmüşdür.

İşimizi qanuna və tövsiyələrə uyğun quracağıq

Vətəndaşların müraciətləri ilə əlaqədar nəticələr yüksək olsa belə, görüləsi, diqqət göstəriləsi işlər çoxdur.
Rayon mərkəzində, qəsəbə və kəndlərdə vətəndaşların müraciətləri, onların qəbulu ilə əlaqədar görülən işlərə diqqəti daha da artırmalıyıq. Son ildə RİH-ə daxil olan müraciətlərin 64 faizi kəndlərin payına düşür. İƏD üzrə nümayəndəliklər və bələdiyyələr yerlərdə əhalinin problemləri ilə dərindən maraqlanmalı, onların vaxtında aradan qaldırılması üçün əməli iş görməlidir.
2014-cü ildə cənab Ramiz Mehdiyevin imzası ilə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən respublikanın bir sıra rayonlarında aparılmış araşdırmalar barədə yekun arayışları bütün RİH-lərə göndərilir. Yekun arayışlarını diqqətlə öyrənməyə çalışmalıyıq ki, həmkarlarımız tərəfindən buraxılan nöqsanları təkrarlamayaq. Fəaliyyətimizdə oxşar nöqsanlar varsa, onların aradan qaldırılmasına nail olaq. Etiraf etməliyəm ki, istiqamətləri müəyyənləşdirən arayışlar RİH-ə daxil olandan sonra fəaliyyətimizdə ciddi irəliləyişlər olmuşdur.
RİH-ə daxil olan kollektiv müraciətlərdə qaldırılan problemlərin həlli istiqamətində fəaliyyətimizi daha da artırmalıyıq. Onu da qeyd edim ki, vətəndaş müraciətlərinin ümumi həcmində kollektiv müraciətlərin də öz payı vardır. Bu müraciətlər çoxlu sayda vətəndaşların adından RİH-ə və digər yuxarı orqanlara ünvanlanır. 2014-cü ildə kollektiv müraciətlərin sayı 94 olmuşdur.
Son illər rayonumuzda abadlıq-quruculuq işləri geniş vüsət alıb. Yeni parklar salınır, yollara asfalt vurulur, binalarda təmir işləri aparılır. Kollektiv müraciətlərin artmasının bir səbəbi də budur. Hər bir vətəndaş rayonda abadlıq işlərinin getdiyini görüb tez bir zamanda yaşadıqları ərazinin abadlaşdırılmasını istəyir.
Yeri gəlmişkən, onu da qeyd edim ki, rayonda bir neçə vətəndaş haqlı-haqsız, eyni məzmunlu məktubları cavab gözləmədən müxtəlif orqanlara ünvanlayırlar. Yazmağı vərdiş etmiş “şikayətçi”lərə dəfələrlə lazımi qanunamüvafiq izahatlar verilməsi o qədər də səmərə verməmişdir. Həmin vətəndaşlar RİH-ə dəvət olunmalı, müraciətləri ilə əlaqədar onlara əsaslandırılmış qanuni izahatlar verilməli, vaxtlarını boş yerə itirmələri və əlaqədar təşkilatlarda çalışanların faydalı işə sərf oluna biləcək vaxtlarına qəsd etmələri bir daha izah edilməlidir.
Sonda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Azərbaycan” qəzetinin 2015-ci il tarixli, 33-34-cü nömrələrində, “Ölkə Prezidentinin vətəndaş müraciətlərinə buraxılmasında açdığı yeni mərhələ: yüksək diqqət, qayğı və tələbkarlıq” adlı geniş məzmunlu yazısında İsmayıllı rayonu haqqında dediyi xoş sözlərə görə müəllifə təşəkkür edir, ümidvarlıqla bildirirəm ki, işimizi olunmuş tövsiyələr, tələblər əsasında qurmağa çalışacağıq.
Nazim Səfərov,
RİH-nin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri

Şərh Yaz