Regional gənclər forumu

Söhbət gənclikdən düşdükdə insanın gözləri önündə xoşbəxt, qayğısız, duyğulu insan ömrü canlanır. Gənclik ömrün ən gözəl dövrüdür, – deyirlər. Bu dövrü mənalı yaşamaq hər bir gəncin başlıca arzularındandır. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu vardır. Bu siyasətin banisi olan ümummilli lider Heydər Əliyev deyəirdi: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bugünü, gələcəyi haqqında düşünməlidir”. Ulu öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı Ulu öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir.
Ümummilli liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyir, dəfələrlə bildirirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Bu gün Azərbaycan gəncliyi sürətlə inkişaf edir. Azərbaycan dövlətinin gənclər siyasətindən danışarkən prezident İlham Əliyev tərəfindən 2005-cü ildə imzalanmış “Azərbaycan gəncliyi 2005-2009-cü illərdə”, 2011-ci ildə imzalanmış “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramları xüsusi qeyd edilməlidir. Azərbaycan dövləti gənclərin yalnız sosial qayğılardan azad olması, ölkənin həyatında fəal iştirak etməsində deyil, eyni zamanda onların Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunmasında da birbaşa maraqlıdır. Heç təsadüfi deyil ki, bu məqam Dövlət Proqramlarında öz əksini tapıb.

Regional gənclər forumuRegional gənclər forumu

Gəncliyin inkişafına İsmayıllı rayonunda da xüsusi diqqət ayrılır. Belə ki, İsmayıllının 2015-ci ilin “Gənclər paytaxtı” seçilməsi gəncliyin inkişafı istiqamətində görülən işlər sırasında xüsusi əhəmiyyət kəsb edir.
14 fevral 2015-ci il tarixdə “Qala” şadlıq sarayında “İsmayıllı Azərbaycanın Gənclər Paytaxtıdır!” devizi altında regional forumun keçirilməsi gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Forumda İsmayıllı ilə yanaşı Göyçay, Qəbələ, Ağsu, Şamaxı və Zərdab rayonlarının fəal gəncləri də iştirak edib.
Tədbirdə qeyd olunub ki, müstəqil Azərbaycanımızın sabahının parlaq, gələcəyinin işıqlı olması, hər şeydən əvvəl əqidəli gənclərin yetişməsindən asılıdır.
Öncə İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə hazırlanmış videoçarxa baxılıb.

Regional gənclər forumu

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalamasının mühüm hadisə olduğunu qeyd edib. Bu Strategiyanın ölkə gəncliyinə daha da inkişaf etmək üçün əlavə imkanlar yaradacağını vurğulayıb.
Milli Məclisin deputatı Novruzəli Aslanov çıxışında diqqətə çatdırıb ki, İsmayıllı gəncləri rayonun sosial-iqtisadi inkişafına qoşulub, yeni düşüncə tərzi ilə inkişafın fəal iştirakçısına çevriliblər.
İcra başçısı Mirdaməd Sadıqov “Gənclər paytaxtı”nın simvolik açarını rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehova təqdim edib.
Gİİ-nin rəisi Taleh Salehov və tədbirdə iştirak edən digər Rayon Gənclər və İdman İdarəsinin rəisləri İsmayıllının Gənclər Paytaxtı seçilməsi münasibətilə gəncləri təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıblar.
Forumda çıxış edən gənclər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Heydər Əliyev adına İsmayıllı Rayon Mədəniyyət Mərkəzinin “Niyal” xalq çalğı alətləri ansamblının üzvləri, “Tərəqqi” medallı Sahibə Abdullayeva, müğənnilər Qalib Güləliyev, Rövşən Teyyubov, İntiqam İbrahimov, Bəhruz Həşimovun ifaları, İsmayıllı Uşaq İncəsənət Məktəbinin və onun İvanovka filialının rəqs qruplarının göstərdiyi nömrələr alqışlarla qarşılanıb.
Bununla yanaşı gənc musiqisevərlər Teymur Əziz, Şanel Mustafayev, Samirə Məmmədovanın oxuduğu mahnılar, “Cücələrim” rəqs qrupunun çıxışları maraqla izlənib. Gənclərin bir-birindən fərqli, diqqətəlayiq rəqsləri də tədbirə rəng qatıb.
Г‡inarə Bəhərçinli

Şərh Yaz