İsmayıllı Gəncləri hər zaman səfərbərdilər

Azərbaycan xalqının “olum və ölüm” günlərinin yaşadığı 90-cı illərin müdhiş günlərində öz xalqının səsinə səs verən, dünyanın siyasi arenasında özünün dəsti-xətti olan ulu öndər Heydər Əliyev həmişə deyirdi: – “Xalqı və cəmiyyəti o kəslər idarə edə bilər ki, yüksək şüura və əxlaqi saflığa malik insanlar olsunlar”. Ulu öndərin siyasətini yaradcılıqla davam etdirən cənab prezidentimiz İlham Əliyev də Ümummilli liderin siyasi gedişlərinə sadiq qalaraq, regionlarda davamlı sosial-iqtisadi inkişaf proqramını həyata keçirən yerli idarəetmə orqanlarında çalışan kadrlara insanlara xidmət etməyi tövsiyə edir. Bizim İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov 2013-cü ilin fevral ayında cənab Prezidentin Sərəncamı ilə rayona rəhbər gəlib. Təyin oldunduğu gündən həm bir alim, həm də siyasətçi kimi gənclərə etibar edərək, rayonun bütün sahələrində onların əməyindən istifadə etməyi üstün tutur.
Mirdaməd müəllim regionların sosial-iqtisadi inkişafında perspektiv layihələrin müzakirəsinə həsr olunmuş rayon gənclərinin toplantısında İsmayıllı rayon Dövlət Humanitar və Texnologiya Kollecinin Tələbə Gənclər Təşkilatının sədri Rahid Rəcəbliyə bir alim təvazökarlığı ilə söyləmişdir: -“Gənclər hamıdan tez görür, düşünür və ədalətli münasibət bəsləyir. Yaşamaq və azadlıq o kəslərə layiqdir ki, o, həmişə onun uğrunda mübarizə aparır. Ancaq gənclərin mübarizəsi elmin nailiyyətlərinin cəhalət, təfəkkür kor-koranəliyi üzərində mübarizəsindən ibarət olmamalıdır”.
Hər bir gəncə ata qayğısı ilə yanaşan alim , icra başçısı hər bir düşüncəsi olan soydaşına insanları sevmək, dövlətinə etibar etmək ruhu aşılayır.
Mən valideynlərimlə danışanda ki, İsmayıllı rayon icra başçısı özünün qəbul günlərini cəmiyyət arasında açıq-aşkar aparır. Atam deyir: əsil rəhbər belə olmalıdır. Г‡ünki ölkəmizin Prezidenti də belə tələb edir.
Son günlərdə rayonun ab-havasında çoxlu dəyişikliklər var. Buna səbəb isə İsmayıllının “Gənclər paytaxtı” seçilməsidir. Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2011-ci il tarixli 1621 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq müsabiqə yolu ilə hər il ölkənin bir rayon və ya şəhəri Azərbaycanın “Gənclər paytaxtı” elan edilir. “Gənclər Paytaxtı”nın elan edilməsi yerlərdə gənclərə diqqətin artırılması, gənclər siyasətinin yeni səviyyədə daha da canlandırılması məqsədi ilə həyata keçirilir. İsmayıllı 2015-ci il üçün Azərbaycanın “Gənclər paytaxtı” seçilib.
Fevralın 2-nə keçən anda 56,1 faiz səs topladıq və qalib gəldik. Qələbəmizi yüksək təntənə ilə qeyd etmək üçün rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqov gənclərə çox gözəl şərait yaratdı və gənclərin yanında oldu və öz təbriklərini biz gənclərlə bölüşdü. Fevralın 2-də Azərbaycan Gəncləri gününü rayon icra hakimiyyətinin hərtərəfli dəstəyi ilə bayram edib, 10 nəfər gənclə Bakıya yola düşdük.
Paytaxtın simvolik açarı 02 fevral 2015-ci il tarixdə “Buta” sarayında Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Gənclər Günü ilə bağlı keçirilən tədbirdə Gənclər və İdman nazirinin müavini İntiqam Babayev “Gənclər paytaxtı”nın rəmzi açarını İsmayıllı rayonunun Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehova təqdim etdi.
Bilirsinizmi, biz gənclər necə qurur hissi keçiririk. Buna görə və İsmayıllı rayonunda yaradılmış bütün infrastruktur, dəyişikliklərə görə cənab başçımız və hörmətli alim Mirdaməd Sadıqov, biz gənclər sizə minnətdarıq!
Biz gənclər cənab Prezidentimizin ətrafında monolit birlikdəyik.
Elvin Əliyev,
“Vətəndaş Cəmiyyətində Debat” ictimai birliyinin “Dağlıq Şirvan Regional” Debat Mərkəzinin rəhbəri

Şərh Yaz