İnam aşılayan tədbirlər

“Bu faciə təkcə Azərbaycanın, türk dünyasının deyil, eyni zamanda bütövlükdə insanlığın faciəsidir” – fikri Xocalı faciəsinin iyirmi üçüncü ildönümü münasibətilə İsmayıllı Təhsil Şöbəsinin hazırladığı tədbirlər planından qırmızı xətlə keçib.
Plana uyğun olaraq fevralın ortalarından başlayaraq Xocalı faciəsinin mahiyyətinin üzə çıxarılması ilə bağlı ümumtəhsil müəssisələrində görüləcək işlərə dair məlumatların çatdırılması təmin edilmiş, bununla əlaqədar silsilə tədbirlər həyata keçirilmişdir.
Yaddaşlardan silinməyən tarixin ildönümü münasibətilə təhsil müəssisələrində bədii qiraət gecələri keçirilmiş, ədəbi-bədii kompozisiyalar göstərilmiş, divar qəzetlərinin xüsusi nömrələri, bülletenlər buraxılmış, stendlər, guşələr, foto-sərgilər təşkil olunmuş, idman tədbirləri həyata keçirilmişdir.
Şəhər 1-7 nömrəli, Cülyan, Talıstan, Hacıhətəmli, Diyallı, Təzəkənd, Vəng və s. məktəblərdə keçirilmiş tədbirlər maraqlı və məzmunlu olmaqla, şagirdlərin yaddaşında dərin iz qoymuşdur.
İnam aşılayan tədbirlərİnam aşılayan tədbirlər

Tədbirdə Qarabağ döyüşçülərinin, şəhid ailələrinin iştirakı təmin edilmiş, xatirələri dinlənilmişdir.
Heydər Əliyev Mərkəzində “Qəmlə dolu səhifəm –“ Xocalım mənim” mövzusunda inşa yazı, Uşaq kitabxanasında “Xocalı faciəsi –“ uşaqların gözü ilə” mövzusunda rəsm, vətənpərvərlik mövzusunda şeir müsabiqələri keçirilmiş, qaliblər mükafatlandırılmışlar.
Fevralın 25-də Uşaq Yaradıcılıq Mərkəzində “Layla, Xocalım, layla” adlı möhtəşəm ədəbi-bədii tədbir keçirilmişdir.

İnam aşılayan tədbirlər

Tədbirdən öncə mərkəzin foyesində faciənin ildönümü münasibətilə keçirilən rəsm müsabiqəsi qaliblərinin işlərindən ibarət sərgiyə baxış olmuşdur.
Ölkəmizin müstəqilliyi və Vətən torpaqlarının azadlığı yolunda canlarını qurban verənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Monitorda əvvəlcə türk xalqlarına qarşı edilən soyqırımları əks etdirən maraqlı slaydlar nümayiş olunmuşdur. Sonra isə məktəblilərin hazırladıqları məzmunlu kompozisiya izlənilmiş, bununla da günahsız qanların yerdə qalmayacağı barədə şagirdlərin inamları qat-qat artırılmışdır.
Fevralın 26-da ümumtəhsil müəssisələrində ilk dərs Xocalı soyqırımına həsr edilmişdir.
Təhsil müəssisələrində Bakı vaxtı ilə 12 tamamda Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Şəhidlər xiyabanına, “Soyqırım abidəsi”nə müəllim və şagirdlərin ziyarəti təşkil edilmişdir.
Təhsil müəssisələrinin internet saytlarında Xocalı faciəsi ilə bağlı keçirilən tədbirləri əks etdirən materiallar yerləşdirilmiş, görülmüş işlər mətbuatda işıqlandırılmışdır.
Rəna Mirzəliyeva
İsmayıllı RTŞ-nin metodisti

Şərh Yaz