Xocalı harayı – anaların göz yaşı

YAP İsmayıllı rayon təşkilatı Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə rayon təşkilatının aparatında dəyirmi masa keçirib.
Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova Azərbaycan xalqının tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalmasından, 1992-ci ilin qarlı qışında Xocalıda əsrin ən dəhşətli faciəsinin baş verməsindən ətraflı danışıb, bildirib ki, yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini aldı, soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görüldü.

Xocalı harayı - anaların göz yaşı

Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur. Bununla ulu öndərimizin sayəsində Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində xeyli iş görüldü.
Xalqımızın fədakar gənc qızı, bütün Azərbaycan gənclərinin fəxri, Heydər Əliyev Fondunun Vitse-Prezidenti Leyla Əliyevanın 2008-ci ildən bəri Xocalı həqiqətlərinin dünyada tanıdılması və beynəlxalq aləmdə erməni təbliğatının susdurulması naminə apardığı “Xocalıya Ədalət” təbliğat-təşviqat kompaniyası dünyanın 70 ölkəsində öz müsbət nəticələrini vermiş və bu mühüm aksiya davam etməkdədir.
Tədbirdə çıxış edənlərdən YAP rayon təşkilatı Qadınlar Şurasının sədri Xuraman Qurbanova, Şura üzvləri Şəmsiyyə Əhmədova, Ceyran Məmmədova, Sədəf Mikayılova, Dilbər Yəhyayeva, ağdamlı köçkün Aybəniz Qasımova, Qönçə Ağazadə, Nigar Bəbirova, Güllübəyim Lətifova bu kütləvi və amansız qırğın aktını Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü, təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş qəddar cinayət aktı kimi qiymətləndiriblər.
Onlar əminliklə bildiriblər ki, möhtərəm prezidentimiz cənab İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasəti sayəsində Xocalı həqiqətləri, Azərbaycan xalqının başına gətirilən müsibətlər dünya ictimaiyyətinin diqqətinə çatdırılacaq və bu vəhşilik real qiymətini alacaqdır.
R. Qasımov

Şərh Yaz