Azərbaycanın Xocalı faciəsi

1992-ci ilin 26 fevral tarixi. Tarixin bugünkü günü. 23 il bundan öncə. Nə ayırır bizi 23 il öncə ilə? Nə yaşandı 23 il bundan əvvəl? Nə gəldi Azərbaycan dövlətinin, Azərbaycan xalqının başına? Bunu düşünək. O tarixi bir günü biz Г‡ingiz Mustafayevin videoları ilə bu günə gətirə bilirik. 23 il öncə yaşanmış tarixi, bu gün Г‡ingiz Mustafayevin videoları sayəsində mənən yaşamış ola bilirik.
1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə nə baş verdi?
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə XX əsrin ən böyük faciəsi olan Xocalı faciəsi baş verdi. Yüzlərlə insan qətlə yetirildi. Kin-küdurəti içini boğan düşmən həmin gecə insanlığa sığmayan vəhşiliyini göstərdi. Həmin o dəhşətli gecə kafir erməni günahsız körpələri, gəncləri, ağbirçək anaları, ağsaqqal qocaları qətlə yetirdi. Həmin gecə düşmən içindəki insanlıq hissini bir kənara ataraq insanlığa sığmayan vəhşiliyi törətdi.

Azərbaycanın Xocalı faciəsi1992-ci ilin 26 fevral tarixi. Tarixin bugünkü günü. 23 il bundan öncə. Nə ayırır bizi 23 il öncə ilə? Nə yaşandı 23 il bundan əvvəl? Nə gəldi Azərbaycan dövlətinin, Azərbaycan xalqının başına? Bunu düşünək. O tarixi bir günü biz Г‡ingiz Mustafayevin videoları ilə bu günə gətirə bilirik. 23 il öncə yaşanmış tarixi, bu gün Г‡ingiz Mustafayevin videoları sayəsində mənən yaşamış ola bilirik.
1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə nə baş verdi?
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə XX əsrin ən böyük faciəsi olan Xocalı faciəsi baş verdi. Yüzlərlə insan qətlə yetirildi. Kin-küdurəti içini boğan düşmən həmin gecə insanlığa sığmayan vəhşiliyini göstərdi. Həmin o dəhşətli gecə kafir erməni günahsız körpələri, gəncləri, ağbirçək anaları, ağsaqqal qocaları qətlə yetirdi. Həmin gecə düşmən içindəki insanlıq hissini bir kənara ataraq insanlığa sığmayan vəhşiliyi törətdi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə günahsız, silahsız insanlara hücum etmişdilər. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdir. Bir gecənin içərisində qədim Xocalı yerlə yeksan edilmişdir, şəhər tamamilə alova bürünmüşdür.

Azərbaycanın Xocalı faciəsi

Həmin gecə erməni cinayətkarları tərəfindən Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir.
Xocalıda erməni cəlladları tərəfindən öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insan olmuşdu. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.
Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ermənilər hətta meyitləri də təhqir etmişlər.
Xocalı faciəsi XX əsrdə baş vermiş Xatın, Sonqmi faciələri ilə eyni səviyyədə durur.
Bu dəhşətləri yaşamış Xocalı Xankəndi şəhərindən 14 km şimal-şərqdə yerləşir.
1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 min nəfər adam yaşayırdı. Xocalı hadisələri baş verəndə Xocalıda Ermənistandan, qonşu Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türkləri də məskunlaşmışdılar. Xocalı faciəsi haqqında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1 mart 1994-cü ildə xüsusi Fərman vermişdir. Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunmuşdu.
Bu tarix bizim unuda bilməyəcəyimiz və unutmayacağımız tarixdir. Bu gün biz müstəqilliyimizi bu acı dəhşətli hadisələri yaşayaraq əldə etmişik. Bu tarix bizim keçmişimiz, bu tarix bizim kimliyimiz, bu tarix bizim gələcəyə baxışımız, bu tarix bizim düşmənlərimizin kimliyini bizə tanıdan bir tarixdir. Günündən, saatından asılı olmayaraq hər zaman bu tarixi dəhşəti dünyaya tanıtmalıyıq.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin.
Tacəddin İbadov,
İsmayıllı Peşə Tədris Mərkəzinin müəllimi

Şərh Yaz