Hər uşağın daxili aləmi bir dünyadır

Bəzən evdə və ya məktəbdə baş verən konfliktlər nəticəsində hansısa zorakılığın şahidi olan uşaq psixi travma alır. Uşaqlarla sərt, qəddarcasına davranış onlara fiziki və mənəvi zərbə vurur.
Lakin evdə valideyn, məktəbdə isə müəllim bunun fərqinə varmır, uşaqla maraqlanmır. Uşağın isə erkən yaş dövründə aldığı travma onu bütün həyatı boyu müşayiət edir.
Valideynlərin heç də hamısı öz övladlarına diqqətlə qulaq asmağı bacarmır. Uşaqların öz asudə vaxtlarını necə keçirməsi, kimlərlə ünsiyyətdə olması ilə maraqlanmırlar. Ona görə də uşağın nə üçün dilxor olduğunu, əhvalının pozulduğunu görəndə heç vaxt buna biganə qalmayın. Onların dərdlərini sizinlə bölüşdürmək səylərini dəyərləndirin. Bu, bir çox bəlaların qarşısını almağa kömək edir.
Hər uşağın daxili aləmi bir dünyadırBəzən evdə və ya məktəbdə baş verən konfliktlər nəticəsində hansısa zorakılığın şahidi olan uşaq psixi travma alır. Uşaqlarla sərt, qəddarcasına davranış onlara fiziki və mənəvi zərbə vurur.
Lakin evdə valideyn, məktəbdə isə müəllim bunun fərqinə varmır, uşaqla maraqlanmır. Uşağın isə erkən yaş dövründə aldığı travma onu bütün həyatı boyu müşayiət edir.
Valideynlərin heç də hamısı öz övladlarına diqqətlə qulaq asmağı bacarmır. Uşaqların öz asudə vaxtlarını necə keçirməsi, kimlərlə ünsiyyətdə olması ilə maraqlanmırlar. Ona görə də uşağın nə üçün dilxor olduğunu, əhvalının pozulduğunu görəndə heç vaxt buna biganə qalmayın. Onların dərdlərini sizinlə bölüşdürmək səylərini dəyərləndirin. Bu, bir çox bəlaların qarşısını almağa kömək edir.
Zorakılığa, yaxud amansız rəftara məruz qalmış uşaqla söhbət etmək çox çətindir. Belə hallarda yaşlı adam (valideyn, müəllim) müəyyən qaydalara əməl etməlidir. Əvvəla, uşaqla harada söhbət edəcəyinizi yaxşı-yaxşı götür-qoy edin. Əgər söhbət üçün həddən artıq iri otağı və ya rəsmi idarəni xatırladan bir yeri seçmiş olsanız, uşaq özünü narahat hiss edəcək, daim gərginlik içində qalacaq. Г‡alışın heç kim sizə mane olmasın və nə qədər vaxt lazımdırsa, o qədər də söhbət edin. Görsəniz ki, uşaq yorulub, fasilə verin, qoy dincini alsın. Г‡alışın onunla açıq söhbət edin. Yəni sizə etibar etsin, sizi mehriban, qayğıkeş insan kimi qəbul etsin. Yalnız belə olanda o, sizə utandığı, xatırlamağa çətinlik çəkdiyi mövzu barədə tam məlumat verəcək. Uşaq əmin olmalıdır ki, onun dediyindən siz dəhşətə gəlməyəcək, əksinə, onu başa düşəcəksiniz. Müsahibinizi müdafiə etməkdən ötrü tez-tez təkrar edin ki, siz onu diqqətlə dinləyir, danışıqlarına inanır və halına acıyırsınız.

Hər uşağın daxili aləmi bir dünyadır

Əgər uşaq sizi məsələdən yayındırırsa, mane olmayın. Ancaq onun nədən ötrü belə etdiyini ona anlatmağa çalışın, keçirdiyi hisslərə şərik olun. Həmin məsələyə bir neçə dəqiqədən sonra təzədən qayıtmaq da olar. Bir qayda olaraq, uşaqların bütün hərəkətləri, davranışları ifrat dərəcədə olur: ya həddən artıq dostluğa sadiq olur, ya da heç kimə qətiyyən qaynayıb qarışmır.
Uşaqlara öz aralarındakı hər hansı konflikti dinc yolla həll etməyi öyrətmək lazımdır. Şübhəsiz bu, istər valideynlərdən, istərsə də müəllimlərdən, psixoloqlardan çoxlu vaxt və bacarıq tələb edir. Ancaq təəssüf ki, müəllimlər çox vaxt uşaqlarla bağlı ortaya çıxan problemləri hədə-qorxu ilə həll etməyə üstünlük verirlər. Yadda saxlamaq lazımdır ki, hər hansı nalayiq hərəkət zəncirvarı reaksiya kimi, digər nalayiq əməlin yaranmasına səbəb olur. Yeniyetməlik dövründə zorakılığa məruz qalma sonralar ağır nəticələr verir. Uşaq evdən qaçır, siqaretə, narkotik maddələrə, spirtli içkilərə aludə olur, cinayət əməllərinə qurşanır, hətta, bəzən intihar edir.
Təcrübə isə göstərir ki, bu cür uşaqlara nə valideynlər, nə də müəllimlər kömək edə bilmirlər. Öz övladlarınızı düzgün başa düşməyə çalışın. Axı hər bir uşağın daxili aləmi kəşf olunmamış bütöv bir dünyadır. Г‡alışıb bu dünyaya nüfuz etmək, onu öyrənmək lazımdır.
Salman Süleymanov,
Lahıc qəsəbə tam orta məktəbinin psixoloqu

Şərh Yaz