Gənclərin məişət zorakılığı ilə bağlı hüquqi maarifləndirilməsi

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Qadın və Uşaqların Problemlərinin Araşdırılması İctimai Birliyi “Gənclərin məişət zorakılığı ilə bağlı hüquqi maarifləndirilməsi” layihə çərçivəsində 17 fevral 2015-ci il tarixdə İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində tədbir keçirib.
İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov gələn qonaqları, iştirakçıları salamlayıb, mövzunun aktuallığından söz açıb.

Gənclərin məişət zorakılığı ilə bağlı hüquqi maarifləndirilməsiGənclərin məişət zorakılığı ilə bağlı hüquqi maarifləndirilməsi

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Qadın və Uşaqların Problemlərinin Araşdırılması İctimai Birliyi “Gənclərin məişət zorakılığı ilə bağlı hüquqi maarifləndirilməsi” layihə çərçivəsində 17 fevral 2015-ci il tarixdə İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində tədbir keçirib.
İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov gələn qonaqları, iştirakçıları salamlayıb, mövzunun aktuallığından söz açıb.
Tədbirdə çıxış edən İctimai Birliyin sədri Kəmalə Məmmədova qeyd edib ki, nəinki Azərbaycanda, eləcə də inkişaf etmiş bir sıra dövlətlərdə də məişət zorakılığı əleyhinə ciddi mübarizə aparılır. 2010-cu ildə ölkəmizdə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qəbul olunması bu sahədə dövlət səviyyəsində atılan mühüm bir addım olub. Qanunda məişət zəminində fiziki, psixi, iqtisadi, cinsi zorakılıq halları, zərərçəkmişlərə yardım mərkəzi və bir çox hüquqi məsələlər ətraflı, aydın şəkildə göstərilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Göyçək Rəhimova, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, Mərkəzin metodisti Gülnar Mikayılova, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələri və digərləri mövzu ətrafında çıxış edərək fikirlərini bildiriblər.
Г‡inarə Bəhərçinli

Şərh Yaz