Dağ çiçəkləri

Məni

(Şair dostuma)
Dostum, nə deyim ki, sənə özümdən,
Tanıya biləsən yaxından məni.
Doğmalıqla, halallıqla qəbul et,
Keçirt qardaş kimi yaxandan məni.

Dağ çiçəkləriMəni

(Şair dostuma)
Dostum, nə deyim ki, sənə özümdən,
Tanıya biləsən yaxından məni.
Doğmalıqla, halallıqla qəbul et,
Keçirt qardaş kimi yaxandan məni.

O dünyanı gedib gördüm, qayıtdım,
Ürəyimi haqq nuruna boyatdım.
Bir gər ağacıtək güclə boy atdım,
Bax, tanı budanmış şaxından məni.

Bir yanan ocağın közünə baxsan,
Bir dolan bulağın gözünə baxsan,
Lap elə qayıdıb özünə baxsan,
Sən seçə bilərsən çoxundan məni.

Mənim də könlümdə nisgilim, dərdim,
Baş alıb dünyadan çıxıb gedərdim.
Ağrındım, kimə ki, könlümü verdim,
Ayıra bilmədi axından məni.

Kimdi görən ürəyimi, içimi?
Г‡əkəcəyəm mən də bir gün köçümü.
Tanrım bağışlasın olsa suçumu,
Aparanda ömrün bağından məni.
Nazir Ziya Talıstanlı

Xocalı qalmayan yerdə

Doğmaca yurdunda gor tapılmadı,
Г‡ürüyüb toz oldu min-min can yerdə.
İllərdir Qarabağ qanlı dənizdir,
Bəs deyirlər: “Qalmır nahaq qan yerdə”

Görünür, mərhəmət gedibdir bada,
Titrətmir aləmi bu qan, bu qada.
İnsanlıq ölübdür çoxdan dünyada
Erməni baş kəsib göz oyan yerdə.

Ədalət pərisi daş kimi yatıb,
Şeytan arxayınca kələfi qatıb.
Г‡ox xalqın şərəfi çamura batıb
Г‡irkin Sarkisləri pak sayan yerdə.

Daşnaklar İblislə giribdir bəhsə,
Hanı Haqq qorxusu, qatillər əsə?
Bəşərdə bəşərlik qalıbmı nəsə?
Qalmayıb Xocalı qalmayan yerdə!

Xocalı

Г‡əkilmir gözümün önündən bir an
Г‡oxdan görmədiyim Şuşa, Xocalı.
Heç bir xalq verməyib bu boyda qurban,
Kül olub, ələnib başa Xocalı!

Qəlbi dünya kimi açıq, gen idin,
Səhərə ümidlə nikbin, şən idin.
Ən gözəl şəhərin biri sən idin,
Г‡evrildin bir dağlıq daşa, Xocalı!

Sən idin bu günüm, həm də dünənim,
Başımda bir qədim tac idin mənim.
Heyif, biz olmadıq qənimə qənim,
Döndün gözümüzdə yaşa, Xocalı!

Səninlə edildi dünyamız viran,
Özündən böyükdür qaysaqsız yaran.
Yadda sənsən ancaq hər saat, hər an,
Az qalır ağlımız çaşa, Xocalı!

Bu gün and içirəm saf vicdanımla:
Təzə bir can verib bax bu canımla,
Mən dirildəcəyəm səni qanımla,
Son sözüm olacaq: “Yaşa, Xocalı!”

Dağ çiçəkləri

Belə olur

Yarı xəstə, yarı sağlam,
Eh, can elə belə olur.
Bir azı bal, bir azı mum,
Bil, şan elə belə olur.

Ya qoca ol, ya da cavan,
Bitməz fələk ilə davan.
Bir gün yağlı, bir gün yavan…
İmkan elə belə olur.

Pusur səni min təhlükə,
Yaşa qorxu çəkə-çəkə.
Sən ha gözlə düşür ləkə,
Vicdan elə belə olur.

Beş yol göyə tut üzünü,
De gah “haqq”, gah “mən“ sözünü,
Sev Allahı, həm özünü,
İman elə belə olur.

Gah sadiq qalır sübhana,
Gah qulaq asır şeytana .
Dönür quzuya, aslana,
İnsan elə belə olur.
Oqtay İsmayıllı

Etiraf

Bir səhər uzunqulaq
Ucadan anqıraraq,
Ağnayaraq, çaparaq
Ağ rəngli köynək geydi,
Qırmızı qalstuk taxdı.
Sonra güzgü önündə
Özünə xeyli baxdı.
Yerindəydi hər şeyi:
Burnu, gözü, qulağı.
Azca qaçdı dodağı,
Öz-özünə söylədi:
“ Görən niyə belədi ?
Qalstukum, paltarım,
Bu üzüm, bu astarım,
Eşşək kimi rəftarım,
Kabinetim, peçatım,
Azadlığım, nicatım.”
Birdən yadına düşdü,
Utandı, həm büzüşdü:
“ İşgüzaram, qoçağam,
Heyif, uzunqulağam “
Xalıq Yusifoğlu

Ata ocağı, göz dağı

Atanın əlində yeddi çubuq var,
Onun yeddi oğlu pərən-pərəndi.
Hərə öz varının üstünü örtür,
Hansı qəhrəmandı, hansı ərəndi?!

Hərənin özünə qarışıb başı,
Düşmən pusqusunda qaya gizlədib.
İtirib axtarmır qardaş-qardaşı,
Dostlar badəsində riya gizlədib.

Atanın əlində çinar tingləri,
Şivləri komanın yanında əkdi.
Onlara meylini salandan bəri,
Hər səhər sulayıb qayğısın çəkdi.

Torpağa əkilmiş tinglər göyərdi,
Hərəsi qamətli bir ağac oldu.
Ata elə bildi azalar dərdi,
Bəlkə həsrətinə bir əlac oldu?!

Ağaclar boy-boya verib böyüdü,
Qorudu komanı əsən tufandan.
Atanın dilində qaldı öyüdü,
Oğullar yurdunu tərk edən andan.

Hərənin villası, bağı, bağatı,
Hərənin ayrıca çırağı oldu.
Bir dağ ətəyində koma –“–“ qaraltı,
Bir ata ocağı göz dağı oldu
Xatın

Allah

Nədəndir bu dünya dağılmır, uçmur,
Ana balasına qəsd edir, Allah.
Övlad anasınn başını kəsir,
Gəlin var: gör hara yol gedir, Allah.

Biri övlad üçün canından keçir,
Biri küçələrə atır övladın.
Biri övlad üçün varını verir,
Biri də var üçün satır övladın.

Ana var: asudə yaşasın deyə
Atır ailəsin, oğul –“ uşağın.
Ana var: dözərək min əziyyətə,
Qoruyur küləkdən odun, ocağın.

Biri uf demədən diri baş kəsir,
Bir heçdir onunçun insanın canı.
Necə yaratmısan bunları , Allah ?
İnsansa, bəs onda insalıq hanı ?
Rüstəm Məbudoğlu

Ürək gərək

Nə gözləri qara olsun,
Г‡öhrəsi aypara olsun,
Nə dərdimə çara olsun,
Mənə sevən ürək gərək.

Bir saf eşqin divanəsi,
Olsun sevda pərvanəsi,
Həyata səsləsin səsi,
Mənə sevən ürək gərək.

Nəfəsindən gül qoxusun,
Dili nəğmələr oxusun.
İstəməm ömrün çoxusun,
Mənə sevən ürək gərək.

Mən nə şöhrət, ad istəməm,
Nə zövq-səfa ,dad istəməm,
Nə qoşa qanad istəməm,
Mənə sevən ürək gərək.

Şirin dili, şirin sözü,
Sevən olsun haqqı, düzü,
Nə olsa bəsimdi özü,
Mənə sevən ürək gərək.
Gülxar Cəbiqızı

Sevgidən yazıram…

Neçə fikri, hissi bir yana qoyub,
Sevgidən yazıram, sevgidən indi.
Bu hissi oxşayıb, anlayıb, duyub,
Sevgidən yazıram, sevgidən indi.

Sevgi gözlərilə baxıb hər şeyə.
Könlümü verirəm mən yerə, göyə.
Bəlkə də sevməyin vaxtıdır deyə,
Sevgidən yazıram, sevgidən indi.

Bir təmiz sevginin görməkçin gücün,
Ürəyim duyğuyla doludur bütün.
Sevgimə sevgiylə qovuşmaq üçün,
Sevgidən yazıram, sevgidən indi.

Yaz günü bağçada güllər bitəndə,
Güllərin içində bülbül ötəndə,
Dadıram sevgini, dadıram mən də,
Sevgidən yazıram, sevgidən indi.

Г‡ayam, axım gedim bir dəniz eşqə,
Bir müqəddəs eşqə, bir əziz eşqə.
Sonda qovuşmaqçın bir təmiz eşqə,
Sevgidən yazıram, sevgidən indi.
Aidə Gədəbəyli

Deyil
Xoşbəxtlik quşu var, deyirlər, lələ,
Hamının çiyninə qonası deyil.
Bir mərdin yüz dərdi olsa da belə,
Min namərd önündə sınası deyil.

Xəsisdən səxavət umma dünyada,
Xaindən, xəbisdən gözləmə fayda.
Dünya qurulandan belədi qayda –“
Dərdsiz dərd əhlini qanası deyil.

Deyəsən, dünyanın sonudur, ay dad,
Deyilsə, doğmalar niyə olub yad?
Oğul, qız fərqi yox nanəcib övlad
Atasın, anasın anası deyil.

Xəyal, sən onlardan ayrı dolanma,
Atanın, ananın haqqını danma.
Yad sənə: Balamsan! –“ deyəcək, amma,
Atan, anan qədər yanası deyil.

Dəyərindən

Genişdirsə, dünya qədər,
Ürək düşməz dəyərindən.
Saf ürəkdən, gəlirsə xoş,
Dilək düşməz dəyərindən.

İnsan müdrik yaranıbsa,
Haqq yolunda dayanıbsa,
Fikri, ruhu sağlamdısa,
Demək düşməz dəyərindən.

Qızıl-gümüş, var əbəsdir,
El sevgisi sənə bəsdir.
Xəyal, bil ki, müqəddəsdir,
Г‡örək düşməz dəyərindən.
Xəyal Orucov,
Topçu kəndi

Səhifəni hazırladı: Nazir Ziya Talıstanlı

Şərh Yaz