“İsmayıllı yazarları”ndan:

“İsmayıllı yazarları”ndan:
Nazilə Səfərova
(Səfərova Nazilə Səmid qızı)
1962-ci ildə İsmayıllı rayonunda anadan olmuşdur. Şamaxı şəhərindəki M.Ə.Sabir adına Pedaqoji Texnikumu bitirib. “Dağ çiçəkləri” ədəbi məclisinin və “İsmayıllı Yazarları” ədəbi-ictimai birliyinin fəal üzvlərindəndir. Diyallı kənd orta məktəbində müəllim işləyir.

Adına qurban

Səsimə səs versin ellər, obalar,
Möcüzə soraqlı yol axtarıram.
Gəzirəm hər yanı əli çıraqlı,
Sağımda heç nə yox, sol axtarıram.

Özümü anama tanıdım necə?
İlahi, vurğunam səndəki gücə.
Ana sevgisini döndərmə heçə,
Bağrına bərk basan qol axtarıram.

Dərdini anlayıb qəbinə salar,
Gözləri buluddan güc alıb dolar.
Bəlkə də halına bir çarə olar,
Sehirli meyvəli kol axtarıram.

Ay ana, adına, özünə qurban,
Sənin çaş- baş qalan sözünə qurban.
O yorğun, qayğılı gözünə qurban,
Г‡öhrəndə gülüşü bol axtarıram.

Bir ovuc çınqıl daşıyam

Bir ovuc çınqıl daşıyam,
Dəyirmanda xırdalanıb, ələnmişəm.
Hər parçası həyatımın günü, ayı,
Qayğılara, nağıllara bələnmişəm.

Bir ovuc çınqıl daşıyam,
Taleyimə vərəq-vərəq bükülmüşəm ,
Mən həyatın yüz dəyişən üzü olan,
Keşməkeşli yollarına tökülmüşəm.

Bir ovuc çınqıl daşıyam,
Hər ötən gün qəlpə-qəlpə ovularam.
Qovuracaq olsa belə şaxta, sazaq
Son gümanda dönüb yenə qum olaram.
Bu torpaqdan yoğrulmuşam,
Bu torpağa yem olaram.

Lalə

Bağçadakı gülləri
Bircə-bircə qoxladı.
O, güllərin özunu,
Yarpağını yoxladı .

Göz gəzdirib hər yana,
Öz dostunu aradı.
Gördu küncdə lalənin
Qəlbi para-paradır.

Siğal çəkdi üzünə,
Öpdü gül yanağından.
Şirin-şəkər balamın
Bal axdı dodağından.

Öz şirin öpüşüylə
Gülə çələng toxudu.
Sonra dostu laləyə
“Lalələr”i oxudu.

Varlığımdasan
Anamın əziz xatirəsinə

Nə yaxşı yol üstə qonağın olub,
Qoxunu içimə çəkdim, ay ana.
Baxdım gözlərinin dərinliyinə,
Gözümün içinə çökdün, ay ana.

O soyuq əlini öpüb, oxşadım,
Əllərin ovcumun içində qaldı.
Ayrılıq olmasın deyə, mələklər,
Səni ürəyimin içinə saldı.

Sən mənim ruhumda, varlığımdasan,
Gözüm gözlərinlə baxar cahana.
Neçə qış, neçə yaz qismətim olsa,
Mənimlə birlikdə yaşa, ay ana.

Ana

Başıma sığal çək, halımı soruş,
Möhtacam, ay ana, nəvazişinə.
Xatırla, bir şirin xatirə daniş,
Bir də heyran olum şirin səsinə.

Lap elə uydursan, bəsimdi ana,
Sənin hər kəlmənə inanacağam.
Sən deyən nağıla giriş də verib,
Qəlbində duyğular oyadacağam.

Ver mənə könlünün hərarətini,
Bu tənha qəlbimə gərəksən, ana.
Xəstəyə can verən bir məlhəm kimi,
Sinəmdə döyünən ürəksən, ana.

Ovundur, içimə ağrı dolmasın,
Görüm ki, gülüstan bağım var, ana.
Bənizin saralıb, gül tək solmasın,
Bilim ki, arxamda dağım var, ana.

Gül üzümə gülmədi

Bu yaz bir başqa yazdı,
Bu naz qəribə nazdı .
Qəlbimə bir söz yazdı,
Gül üzümə gülmədı.

Açıldı qönçə-qönçə,
Həm zərif, həm də incə.
Üzüldü məndən öncə,
Gül üzümə gülmədı .

Gördü dərdim çox dərin,
Anasız dünya yerim.
Aranı etdi sərin,
Gül üzümə gülmədi.

Məni özünlə apar

Arzulara arzu kimi baxmasaq,
Г‡əmənliyə lazım olub axmasaq.
Hər səhərə günəş kimi çıxmasaq,
Sifarişlə gəlsə dalınca çapar,
Məni özünlə apar.

Səndən qeyri yoxdu yarım, yoldaşım,
Sirlə dolu arxa daşım, sirr daşım.
Г‡ox da ki, var doğma bacım, qardaşım,
Səndən sonra kim axtarar, kim tapar,
Məni özünlə apar .

Oğul-uşaq xətrimizə dəyirsə,
Göz çuxurda çaş-baş qalıb səyirsə,
Həyat bizi əyri büküb, əyirsə,
Əyri cismi kim yoğurar, kim yapar
Məni özünlə apar.

Xoşbəxt kəpənəklər

Bizim balaca Mələk ,
Bir gün işlətdi kələk .
Kitabı vərəqləyib,
Gördü çoxlu kəpənək .
Evdən istədi kömək .
Günəşə nur saçdırdı,
Ovucları açdırdı.
Öz yumşaqca əliylə,
Kəpənəyi götürdü
Ovuclara ötürdü .
Kitabda nə ki vardı,
Alabəzək kəpənək.
Bu qızcıgaz onların
Hamısını qaçırtdı,
Təbiətə uçurtdu .

Azərbaycan əsgəri

Damarda axan qanı
Oyatmağın vaxtıdır.
Düşməni öz qanına
Boyatmağın vaxtıdır .

İrəli dur, qürurla
Azərbaycan əsgəri.
Düşmənin ürəyinə
Yeritməsən süngünü,
Görən anan edərmi
Sənə halal südünü?
Bir də özün unutma,
Xocalı öyüdünü.

Azad edək vətənin,
Parça-parça doğranıb
Əzilmiş torpağını.
Qarabağda yandıraq,
Azəri çırağını.

Vətən bizim evimiz,
Odumuz, ocağımız.
Mənfur düşmən əlində
Qalıb bir bucağımız,
Bizim cənnət bağımız.

Hələ də incik-incik,
Baxır bizə bu yurdun.
Suyu, torpağı, daşı.
Desələr: – Haralısan?
Biz qürurla söyləsək:
Azəri vətəndaşı…

Tapdaqlar altda qalmış,
Torpaq inciyər bizdən.
O torpaqda hər çiçək,
Yarpaq inciyər bizdən.

Erməni əzabıyla
Günahsız, qanlı axmış.
Son nəfəsdə gözünü,
Dikib torpağa baxmış.
Ruhlar inciyər bizdən.
O günahsız nalələr,
Ahlar inciyər bizdən.

İrəli dur, ey əsgər!
Göstər azğın düşmənə,
Qoy tanısın yerini.
Gəl çıxar ürəyindən
Bu yaralı torpağın
Acı dərdi-sərini.

Azad olsun bu yurdun
Hər qarışı, hər daşı.
Qoru, göz bəbəyin tək.
Bir də ayaq basmasın
Bu yurda mənfur naşı.

Torpaqdan qüvvət alıb,
Göylərdə dalğalansın.
Qürurla bayrağımız.
Həmişə bir can olsun
Azəri torpağımız.

İzlər ağlasın

Asta sür karvanı, dayan sariban,
Qəlbim için-için sızlar, ağlasın.
Boylanıb həsrətlə arxamca baxan,
Qoy ana itirən qızlar ağlasın.

Həsrət şərbətini içənlər bilər,
Səfər libasını biçənlər bilər.
Bu dərdi içində çəkənlər bilər,
Anadan doymayan gözlər ağlasın.

O nəmli baxışın bəsim olardı,
Deməyə söhbətim, səsim olardı.
Arxamda sən boyda kəsim olardı,
Bizi ayrı salan izlər ağlasın.

Qismətimi taleyimdən çıxmaram

İndi bildim bənövşələr nə çəkir,
Kol dibindən boynubükük baxarsa.
Muradına rahat gedib çatarmı?
Г‡ay burulub əyri-üyrü axarsa.

Quşlar ötər, bülbül nəğmə oxuyar.
Qönçələrin xoş ətrini qoxuyar.
Gül çəmənə güllü çətir toxuyar,
Bülbül onu yandırarsa, yaxarsa .

Mən günəşə sarı deyib baxmaram.
Hər acıdan gözlərimi sıxmaram.
Qismətimi taleyimdən çıxmaram.
Günlərimin pisi, nəsi çıxarsa.

Şərh Yaz