İntensiv əkinçilik tətbiq edilməlidir

Bir neçə gün öncə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransı hər birimiz diqqətlə izləmişik. Ölkə prezidenti İlham Əliyevin konfransda söylədiyi nitqi və son sözü hər birimizin fəaliyyət proqramı olmalıdır. Xüsusilə, Prezidentin 2015-ci ili” Kənd təsərrüfatı ili” elan etməsi, bu sahədə çalışanların məsuliyyətini qat-qat artırır və hər birimizi proqramın uğurla həyata keçirilməsinə səfərbər etməlidir.
Ölkənin ərzaq təhlükəsizliyinin təminatında rayonumuz fəal iştirak etməklə yanaşı, əhəmiyyətli rol oynayır. Son illər rayonumuz məhsul istehsalında nəzərəçarpacaq artıma nail olmuşdur. Yola saldığımız ilin quraq keçməsinə baxmayaraq, 29752 hektar taxıl sahəsindən 83620 ton məhsul toplanmışdır. Bu da əvvəlki ilə nisbətən 1615 ton çoxdur. Hər hektarın məhsuldarlığı 28,4 sentner olmuşdur. Bitkiçiliyin digər sahələrinin inkişafı da diqqət mərkəzində saxlanmışdır. 6576 ton kartof, 7490 ton tərəvəz, 8138 ton meyvə, 2791 ton üzüm istehsal edilmişdir. Qürurla qeyd etmək istəyirəm ki, son iki ildə rayonumuzda adambaşına bir ton taxıl istehsal olunmuşdur ki, bu da fizioloji normadan 5 dəfə çoxdur. Yaxın gələcəkdə hədəfimiz 100 min ton taxıl istehsal etməkdir. Bu isə yarım milyon nəfərin taxıla olan tələbatının tam ödənilməsi deməkdir.

İntensiv əkinçilik tətbiq edilməlidirBir neçə gün öncə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransı hər birimiz diqqətlə izləmişik. Ölkə prezidenti İlham Əliyevin konfransda söylədiyi nitqi və son sözü hər birimizin fəaliyyət proqramı olmalıdır. Xüsusilə, Prezidentin 2015-ci ili” Kənd təsərrüfatı ili” elan etməsi, bu sahədə çalışanların məsuliyyətini qat-qat artırır və hər birimizi proqramın uğurla həyata keçirilməsinə səfərbər etməlidir.
Ölkənin ərzaq təhlükəsizliyinin təminatında rayonumuz fəal iştirak etməklə yanaşı, əhəmiyyətli rol oynayır. Son illər rayonumuz məhsul istehsalında nəzərəçarpacaq artıma nail olmuşdur. Yola saldığımız ilin quraq keçməsinə baxmayaraq, 29752 hektar taxıl sahəsindən 83620 ton məhsul toplanmışdır. Bu da əvvəlki ilə nisbətən 1615 ton çoxdur. Hər hektarın məhsuldarlığı 28,4 sentner olmuşdur. Bitkiçiliyin digər sahələrinin inkişafı da diqqət mərkəzində saxlanmışdır. 6576 ton kartof, 7490 ton tərəvəz, 8138 ton meyvə, 2791 ton üzüm istehsal edilmişdir. Qürurla qeyd etmək istəyirəm ki, son iki ildə rayonumuzda adambaşına bir ton taxıl istehsal olunmuşdur ki, bu da fizioloji normadan 5 dəfə çoxdur. Yaxın gələcəkdə hədəfimiz 100 min ton taxıl istehsal etməkdir. Bu isə yarım milyon nəfərin taxıla olan tələbatının tam ödənilməsi deməkdir.
Taxıl istehsalının artırılması üçün müasir üsullardan istifadə etmək yüksək məhsuldarlıq deməkdir. Açıq etiraf edək ki, bu gün kiçik pay torpaqlarının əkilib-becərilməsi sərfəli deyil. Bunun əvəzinə iri taxılçılıq təsərrüfatlarının yaradılması daha sərfəlidir. Bu zaman texnikadan, gübrələrdən, bitki-mühafizə vasitələrindən istifadə etmək də asanlaşar, əkinlərə qulluq işləri də vaxtında həyata keçirilər. Fermer texnika dalıyca ora-bura qaçmayacaq. Əlbəttə, burada müvafiq nazirliyin dəstəyi lazımdır.
Qarşıya qoyulan bu məqsədə innovativ metodlara əsaslanan intensiv əkinçiliyin tətbiqi sayəsində çatmaq mümkündür. Belə ki, əkin dövriyyəsinə daxil olan 33791 hektar sahənin hər metrindən səmərəli istifadə olunması, torpaq-iqlim şəraitinə uyğun növbəli əkin sisteminin tətbiqi, yüksək reproduksiyalı toxum materialından, eyni zamanda, üzvi və mineral gübrələrdən, bitki-mühafizə vasitələrindən, suvarmadan və digər mütərəqqi aqrotexniki tədbirlərdən istifadə olduqca vacibdir.

İntensiv əkinçilik tətbiq edilməlidir

Növbəli əkinlərin tətbiqi digər bitkiçilik məhsullarının istehsalını artırmaqla yanaşı taxılın məhsuldarlığını əhəmiyyətli dərəcədə artırır. Eyni bitkinin bir yerdə illərlə əkilib-becərilməsi xəstəlik və ziyanvericilərin həddən artıq sirayətlənməsinə, torpaqdan eyni qida maddələrinin götürülməsi nəticəsində torpaq münbitliyinin azalmasına və torpağın deqradasiyaya uğramasına səbəb olur. Taxılın yonca və digər paxlalı bitkilərlə növbələşdirilməsi yüksək nəticə verir. Belə ki, paxlalı bitkilərin kökündə olan nitrogen bakteriyaları havada olan azotu fiksasiya edərək mənimsənilə bilən formaya salır. Bir hektar yonca sahəsi 500 kiloqram azot toplayır ki, bu da sonrakı iki il müddətində azota olan tələbatı ödəyir. Bəzən taxıl biçinindən sonra sahələri təmizləmək məqsədi ilə yandırırlar. Beləliklə, biz mikrofloranı məhv etmiş oluruq. Buna yol vermək olmaz.
Son illər aqrar sahəyə dövlət qayğısı artırılmışdır. Texnikanın mövcud qiymətinin ödənilməsinin 40 faizini Dövlət üzərinə götürmüşdür. Eyni zamanda, mineral gübrələrin güzəşt qiymətinin 50-dən 70 faizə qaldırılması bu sahəyə çox böyük köməkdir. Gübrələrin qiymətinin əvvəlki illərə nisbətən aşağı salınması onlardan istifadəni daha da aktuallaşdırıb. Yanacaq və motor yağları ilə bağlı məsələyə də yenidən baxılması heç də pis olmazdı.
Becərilən kənd təsərrüfatı bitkiləri hər il əsas və əlavə məhsulu ilə birlikdə kifayət qədər qida maddəsi aparır. Məsələn, payızlıq buğda hər hektardan yığılan 30 sentner dən və ona müvafiq küləş məhsulu ilə torpaqdan 110 kiloqram azot, 40 kiloqram fosfor, 70 kiloqram kalium aparır. Aqrokimyəvi tədqiqatlara əsaslanaraq deyə bilərik ki, məhsul gübrənin törəməsidir. Müəyyən edilmişdir ki, bir kiloqram azot (təsiredici maddə hesabı ilə) 12-15 kiloqram buğda dəni deməkdir. Misal üçün, əgər bir hektar buğda sahəsinə 100 kiloqram azot, 80 kiloqram fosfor, 50 kiloqram kalium gübrəsi versək nəticədə, orta hesabla iki ton əlavə məhsul əldə etmiş olarıq. Gübrəyə çəkilən xərcin 85 manat, artım nəticəsində əldə edilən buğdanın dəyərinin 500 manat olduğunu nəzərə alsaq, əlavə 415 manat qazanırıq. Eyni zamanda, dənin keyfiyyəti də artmış olur. Onu da qeyd edim ki, əvvəlki illərə nisbətən keçən il rayonda gübrələrin tətbiqi üç dəfədən çox artmışdır. Yəni, keçən il 965 ton fosfor, 689 ton azot gübrəsi fermerlərin istifadəsinə verilmişdir.
Dəmyə şəraitdə suvarmanın tətbiqi məhsul istehsalının təxminən 30 faiz artımı deməkdir. İmkan daxilində suvarmadan istifadə etmək lazımdır. Suvarma kanallarının təmiri və fermerlərin suya olan tələbatının ödənilməsi günün vacib tələblərindən biridir.
Taxılçılıqla yanaşı kartofçuluğun, tərəvəzçiliyin, meyvəçiliyin, üzümçülüyün, yemçiliyin və sair sahələrin inkişafı da daim diqqət mərkəzində olmalıdır. Xüsusilə, adambaşına torpaq sahəsi az olan kəndlərdə bu sahələrin inkişafı daha çox səmərə verər və insanlar da müəyyən gəlir əldə edə bilərlər. Ailə-kəndli fermer təsərrüfatlarının təşkili daha səmərəli olar.
Ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün rayonumuzun kənd təsərrüfatı işçiləri də var qüvvələri ilə çalışacaqlar.
Ağarza Zülfüqarov,
aqronom

Şərh Yaz