Məsimov Səttar Hacıbaba oğlu

İsmayıllı ictimaiyyətinə ağır itki üz vermişdir. Böyük Vətən müharibəsinin veteranı, hörmətli ziyalı Səttar Hacıbaba oğlu Məsimov 16 fevral 2015-ci il tarixdə ömrünün 93-cü ilində vəfat etmişdir.
Məsimov Səttar Hacıbaba oğluMəsimov Səttar Hacıbaba oğlu
İsmayıllı ictimaiyyətinə ağır itki üz vermişdir. Böyük Vətən müharibəsinin veteranı, hörmətli ziyalı Səttar Hacıbaba oğlu Məsimov 16 fevral 2015-ci il tarixdə ömrünün 93-cü ilində vəfat etmişdir.
S.Məsimov 1922-ci il mayın 1-də rayonun Lahıc qəsəbəsində anadan olmuşdur. 1941-ci ildə Şamaxı şəhərində altı aylıq pedaqoji kursu bitirmişdir. 1942-ci ildə Böyük Vətən müharibəsinə yola düşmüşdür. Cəbhənin müxtəlif yerlərində – Mozdokda, 416-cı Taqanroq diviziyasında, 77-ci motoatıcı Ukrayna cəbhəsində vuruşmuşdur. Ağır döyüş yolu keçmiş, 1943-cü ildə yaralanaraq kontuziya almışdır. Müalicədən sonra 1944-cü ilin mart ayında cəbhədən tərxis olunur və evə qayıdan S.Məsimov dinc əməklə məşğul olur. Müxtəlif illərdə Lahıc qəsəbə klubunun müdiri, Qalacıq kəndində müəllim, Lahıc qəsəbə Kənd Soveti İcraiyyə Komitəsinin katibi, sonralar daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. 13 aprel 1950-ci il tarixdən 1988-ci ilədək İsmayıllı rayon Vətəndaşlıq Vəziyyətləri Aktlarının Qeydiyyatı (VVAQ) Şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1988-ci ildən təqaüdə çıxmışdır.
Səttar Məsimov bir sıra medallarla, 1982-ci ildə “Əmək veteranı” medalı, 1985-ci ildə I dərəcəli “Böyük Vətən müharibəsi” ordeni ilə təltif edilmişdir.
S.Məsimov 1946-cı ildə Sov.İK Partiyası sıralarına qəbul olunmuşdur. Veteran yetişməkdə olan gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi işində yaxından iştirak edirdi. Bu məqsədlə də vaxtaşırı məktəblilərlə görüşür, cəbhə xatirələrindən danışır, vətəni sevməyi, biliklərə hərtərəfli yiyələnməyi tövsiyə edirdi.
Xeyirxah insan, müharibə veteran Səttar Məsimovun əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
İsmayıllı Rayon İcra Hakimiyyəti

Şərh Yaz