Açıq rayon birinciliyi

Fevral ayının 22-də İsmayıllı Rayon Gənclər və İdman İdarəsi Olimpiya İdman Kompleksində Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar universal döyüş növü üzrə açıq rayon birinciliyi keçirmişdir. Şəki, Qəbələ və İsmayıllı rayonlarından ümumilikdə 8 klubun iştirakı ilə keçirilən yarışda 55 idmançı iştirak etmişdir.
Xocalıda həlak olan həmvətənlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edildikdən sonra İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin Xocalı şəhərinin məhv etməsindən, şəhər sakinlərinə amansız divan tutulmasından danışmışdır.
Yarışın sonunda hər çəki üzrə I-III yeri tutan idmançılara Gİİ-nin diplom və qiymətli hədiyyələri təqdim olunmuşdur.
Bəhruz Səfərəliyev

Şərh Yaz