Təşəkkür məktubu

Biz, Böyük Vətən müharibəsi veteranları və rayon ağsaqqalları Sizə səmimi təşəkkürümüzü bildiririk ki, biz veteranlara və ağsaqqallara İsmayıllı şəhər Heydər Əliyev adına prospektdə tikilmiş və açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də iştirak etdiyi Yeni Azərbaycan Partiyasının inzibati binasında hər cür şəraiti olan iş otağı ayrılmasına sərəncam vermisiniz.

Təşəkkür məktubuTəşəkkür məktubu
Hörmətli Mirdaməd müəllim!
Biz, Böyük Vətən müharibəsi veteranları və rayon ağsaqqalları Sizə səmimi təşəkkürümüzü bildiririk ki, biz veteranlara və ağsaqqallara İsmayıllı şəhər Heydər Əliyev adına prospektdə tikilmiş və açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də iştirak etdiyi Yeni Azərbaycan Partiyasının inzibati binasında hər cür şəraiti olan iş otağı ayrılmasına sərəncam vermisiniz.
Bizlərə olan qayğıkeşliyınizi daima görür və hiss edirik. Göstərilən qayğıya cavab olaraq biz bundan sonra da rayonumuzda yetişməkdə olan yeniyetmələrin və gənclərin hərbi vətənpərvərlik və vətənə məhəbbət ruhunda tərbiyələnməsində təcrübə və biliyimizi əsirgəməyəcəyik.
Bir neçə müharibə görmüş veteranlar kimi Sizə dərin təşəkkürümüzü bildiririk!
Hörmətlə:
Abduləli Əliyev,
İsmayıllı rayon 1941-1945-ci il müharibə veteranlarının sədri

Şərh Yaz