İsmayıllı RİH başçısı Mirdaməd Sadıqovun MƏRUZƏSİ

Başa vurduğumuz 2014-cü ildə ölkədə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan sürətli inkişafını davam etdirmiş, Respublikamız daha böyük uğurlara nail olmuşdur. Ümummilli lider Heydər Əliyevin beynəlxalq miqyasda təsdiq olunan sosial-iqtisadi inkişaf konsepsiyası bütün istiqamətlər üzrə yaradıcılıqla davam etdirilməkdədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2014-cü ildə ölkəmizin dinamik inkişafı təmin edilmiş və beynəlxalq nüfuzu artmışdır. Azərbaycan xalqı özünün ictimai-siyasi, sosial-iqtisadi həyatının yeni dövrünü yaşayır. İqtisadi, siyasi, mədəni, sosial sahələrdə əldə edilən yüksək nəticələr ölkəmizin qüdrətini daha da artırmış, sürətli və ardıcıl inkişafa təkan vermişdir.
Ölkə iqtisadiyyatında son illər ərzində yaşanan dinamik inkişaf 2014-cü ildə də qorunub saxlandı. Dünyada baş verən iqtisadi böhran ölkəmizin iqtisadi inkişaf tempinə güclü təsir edə bilmədi. Ölkə qarşısında duran bütün sosial-iqtisadi məsələlər, Dövlət Proqramları uğurlu həllini tapdı, islahatların dərinləşməsi prosesi davam etdirildi, iqtisadiyyatımız 3 faiz artdı. Ümumi daxili məhsulda 2,5 faiz, qeyri-neft sektorunda 7 faiz artım oldu. Valyuta ehtiyatlarımız 53 milyard ABŞ dolları səviyyəsinə yüksəldi. İnflyasiya çox aşağı səviyyəyə 1,4 faizə endi. Əhalinin pul gəlirləri 4,8 faiz artdı və inflyasiyanı 3 dəfədən çox üstələdi, Yoxsulluğun, işsizliyin səviyyəsi 5 faizə endirildi. Əhalinin əmanətləri 11 faiz artaraq 7 milyard manat səviyyəsini keçmişdir. Ötən il ölkə iqtisadiyyatına 27 milyard dollar sərmayə qoyuldu ki, bunun da 16 milyard dolları daxili sərmayədir. Sevindirici haldır ki, son illərdə, həmçinin 2014-cü ildə qoyulan sərmayələrdə daxili investisiyaların həcmi üstünlük təşkil edir.

İsmayıllı RİH başçısı Mirdaməd Sadıqovun MƏRUZƏSİ“2014-cü ildə rayonun sosial-iqtisadi inkişafının yekunları və 2015-ci ildə qarşıda duran vəzifələr haqqında” İsmayıllı RİH başçısı Mirdaməd Sadıqovun MƏRUZƏSİ

Başa vurduğumuz 2014-cü ildə ölkədə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan sürətli inkişafını davam etdirmiş, Respublikamız daha böyük uğurlara nail olmuşdur. Ümummilli lider Heydər Əliyevin beynəlxalq miqyasda təsdiq olunan sosial-iqtisadi inkişaf konsepsiyası bütün istiqamətlər üzrə yaradıcılıqla davam etdirilməkdədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2014-cü ildə ölkəmizin dinamik inkişafı təmin edilmiş və beynəlxalq nüfuzu artmışdır. Azərbaycan xalqı özünün ictimai-siyasi, sosial-iqtisadi həyatının yeni dövrünü yaşayır. İqtisadi, siyasi, mədəni, sosial sahələrdə əldə edilən yüksək nəticələr ölkəmizin qüdrətini daha da artırmış, sürətli və ardıcıl inkişafa təkan vermişdir.
Ölkə iqtisadiyyatında son illər ərzində yaşanan dinamik inkişaf 2014-cü ildə də qorunub saxlandı. Dünyada baş verən iqtisadi böhran ölkəmizin iqtisadi inkişaf tempinə güclü təsir edə bilmədi. Ölkə qarşısında duran bütün sosial-iqtisadi məsələlər, Dövlət Proqramları uğurlu həllini tapdı, islahatların dərinləşməsi prosesi davam etdirildi, iqtisadiyyatımız 3 faiz artdı. Ümumi daxili məhsulda 2,5 faiz, qeyri-neft sektorunda 7 faiz artım oldu. Valyuta ehtiyatlarımız 53 milyard ABŞ dolları səviyyəsinə yüksəldi. İnflyasiya çox aşağı səviyyəyə 1,4 faizə endi. Əhalinin pul gəlirləri 4,8 faiz artdı və inflyasiyanı 3 dəfədən çox üstələdi, Yoxsulluğun, işsizliyin səviyyəsi 5 faizə endirildi. Əhalinin əmanətləri 11 faiz artaraq 7 milyard manat səviyyəsini keçmişdir. Ötən il ölkə iqtisadiyyatına 27 milyard dollar sərmayə qoyuldu ki, bunun da 16 milyard dolları daxili sərmayədir. Sevindirici haldır ki, son illərdə, həmçinin 2014-cü ildə qoyulan sərmayələrdə daxili investisiyaların həcmi üstünlük təşkil edir.

İsmayıllı RİH başçısı Mirdaməd Sadıqovun MƏRUZƏSİ

Azərbaycan xarici investorlar üçün açıq, cəlbedici ölkə olaraq qalır. Dünya ölkələrinin böhran yaşadığı hazırkı vəziyyətdə 11 milyard dollar xarici investisiyanın cəlb olunması böyük uğurdur. Azərbaycanın sabitliyinə, gələcəyinə inam olmasaydı heç kim Azərbaycana bu qədər vəsait qoymazdı.
Ötən ildən başlamış enerji bazarında qiymətlərin enməsinin mənfi təsirinin qarşısının alınmasında və ölkənin davamlı inkişafının təmin olunması böyük uzaqgörənliklə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində mümkün olmuşdur. Bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın artımı əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin olunmuş, ümumi daxili məhsulda qeyri-neft sektorunun çəkisi 47 faizdən 60 faizə çatdırılmışdır.
İl ərzində müasir infrastruktur təminatının yaradılması, çoxsaylı layihələrin icrası, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi, regionların inkişafı strategiyasının uğurla həyata keçirilməsi dayanıqlı iqtisadi inkişaf üçün möhkəm təməl formalaşdırmışdır. Azərbaycan iqtisadi artım tempinə görə ən sürətlə inkişaf edən ölkələr sırasındadır. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə 2014-cü ildə Azərbaycan iqtisadiyyatı dünyada rəqabət qabiliyyətinə görə 38-ci yerə layiq görülmüşdür.
2014-cü il rayonumuz üçün də uğurlu olmuş, bölgəmiz iqtisadi, sosial, mədəni baxımdan ölkəmizin sürətli inkişafına qoşulmuşdur. Sentyabr ayının 22-də cənab Prezidentin İsmayıllıya etdiyi tarixi səfər vətəndaşlarımızın yaddaşında unudulmaz hadisə olaraq qalır. Səfər zamanı cənab Prezident rayonda gedən genişmiqyaslı tikinti-quruculuq və iqtisadiyyatın inkişafı ilə bağlı görülən işlərlə yaxından tanış oldu, bir sıra obyektlərin açılışında iştirak etdi. Rayonu inkişaf etdirmək, insanların həyatına zənginlik gətirmək, onların məşğulluğunu artırmaq, tikinti-abadlıq və quruculuq işlərini əsaslı şəkildə davam etdirmək barədə dəyərli tövsiyə və tapşırıqlar verdi.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə 15 bölmədən ibarət 19 bənd nəzərdə tutulmuşdur. İlk gündən başlayaraq nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində ardıcıl tədbirlər görülür. İsmayıllı şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə 23 sentyabr 2014-cü il tarixli “İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamla Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılan 2 milyon manat vəsait və digər maliyyə mənbələri hesabına rayonda tikinti-abadlıq və quruculuq işləri davam etdirilir, infrastrukturun yeniləşməsi sahəsində müsbət addımlar atılacaqdır. İnkişafa və yeniliyə start götürən rayonumuzda tikinti-quruculuq işlərinin həcmi ilbəil genişləndirilir. 2014-cü ildə yaşayış evləri, inzibati binalar, yollar tikilmiş və ya əsaslı təmir olunmuşdur. Şəhər ərazisində elektrik xətləri yeniləşdirilir, yeraltı qaz xətləri üzə çıxarılır, yerüstü rabitə kabelləri yeraltı kabellərlə əvəz olunur. Küçələrin səki daşları dəyişdirilir, səkilərə yeni üzlük daşlar döşənir. Hesabat ilində rayonda ümumilikdə 19 min 465 kv. metr yaşayış evi tikilib istifadəyə verilmişdir ki, bu da 2013-cü illə müqayisədə 6,9 min və ya 55 faiz çoxdur.

İsmayıllı RİH başçısı Mirdaməd Sadıqovun MƏRUZƏSİ

Heydər Əliyev Mədəniyyət Sarayı, Rayon Mərkəzi Xəstəxanası yenidən qurulmuşdur, Yeni Azərbaycan Partiyası üçün inzibati binanın, 140 yerlik uşaq bağçasının, Uşaq əyləncə və istirahət parkının tikintisi başa çatdırılmışdır. Həmin obyektlərin açılışı sentyabr ayının 22-də cənab İlham Əliyev tərəfindən həyata keçirilmişdir. İsmayıllı bələdiyyəsinin inzibati binasının, Rayon Təhsil Şöbəsinin binasının əsaslı təmiri başa çatdırılmışdır. Nizami Gəncəvi küçəsində iki beşmərtəbəli yaşayış binasının tikintisi davam etdirilmişdir. M.F.Axundov küçəsində iki 9 mərtəbəli yaşayış binasının tikintisinə başlanmışdır. Heydər Əliyev prospektində, M.F.Axundov küçəsində əsaslı yenidənqurma işləri görülmüş, şəhərin görkəminə xələl gətirən yaşayış evlərinin və ictimai obyektlərin dam örtüyü dəyişdirilmiş və fasadı müasir memarlıq üslubunda təmir olunmuşdur. Nizami küçəsində “Soyqırım” abidəsi qoyulmuş, abidənin ətrafı abadlaşdırılmışdır. Heydər Əliyev adına parkda “Yaşıl teatr” üçün səhnə tikilmişdir. Şəhərin S.Ə.Şirvani küçəsi ilə Məhsəti küçəsinin arasında parkın tikintisi davam etdirilir.
Uzun müddət istifadəsiz qalmış keçmiş Yağ-pendir zavodunun ərazisində iş adamı tərəfindən kənd təsərrüfatı məhsullarının saxlanması və satışı məqsədilə “Yaşıl market”in tikintisinə başlanmışdır.
Qalınçaq kənd orta məktəbi üçün 360 şagird yerlik, Şəbiyan ümumi orta və Küllülü kənd ibtidai məktəblərinin hər biri üçün 80 şagird yerlik bina tikilərək şagirdlərin ixtiyarına verilmişdir. Sumağallı kənd uşaq bağçası üçün 40 uşaq yerlik yeni bina tikilib istifadəyə verilmişdir. Şəhər 3 saylı tam orta məktəb-liseyin əsaslı təmirinə başlanmışdır.
Velosiped istehsalı zavodunun tikintisi davam etdirilmişdir.
Keyvəndi kəndində iş adamı tərəfindən inşa olunan 1500 başlıq südlük-ətlik istiqamətli iri heyvandarlıq kompleksinin tikintisi davam etdirilmiş, Qalınçaq kəndində “Şən Fermer” MMC tərəfindən illik istehsal gücü 1000 ton quş əti olan hind toyuğu fabrikinin tikintisinə başlanmışdır.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ayrılmış 5,4 milyon manat vəsait hesabına ümumi uzunluğu 18 km. olan İsmayıllı-Göytəpə-Qalınçaq-Ruşan avtomobil yolunun tikintisi başa çatdırılmışdır. Ümumi uzunluğu 19 km olan İsmayıllı-Lahıc avtomobil yolunda tikinti işləri davam etdirilmişdir. Asfalt vurulması üçün yol əsası hazır vəziyyətə gətirilmiş, yolun 16 km. hissəsi asfaltlaşdırılmış və yol kənarı arxlar tikilmişdir. 3 km. dağlıq hissədə tikinti işləri davam edir. Diyallı kəndinin giriş yolu təmir olunmuş, 1,6 km asfalt örtük vurulmuşdur. Talıstan kəndinin giriş yolunun təmirinə başlanmış, 1 km. asfalt örtük vurulmuşdur.

İsmayıllı RİH başçısı Mirdaməd Sadıqovun MƏRUZƏSİ

İsmayıllı şəhərinin küçələrinin tikintisi və yenidən qurulması davam etdirilmişdir. Il ərzində şəhərin 20 küçəsində, səkilərdə və çoxmənzilli binaların həyətlərində 156591 kv.metr yol əsası işlənərək asfalt örtük vurulmuşdur. Şəhərin mərkəzi hissəsində inzibati binaların qarşısında və ətraf ərazilərdə abadlıq işləri görülmüş, 1700 kv. metr qazon örtük yenilənmişdir. Heydər Əliyev prospektində, M.F. Axundov, Nizami küçələrində müasir arxitektura və dizayn işləri həyata keçirilmişdir.
Həyata keçirilən tikinti-quruculuq işləri ilə yanaşı bu gün İsmayıllıda şəhərin siması ilə uyuşmayan, arxitektura baxımından şəhərsalma prinsiplərinə xələl gətirən, dövlət, bələdiyyə və vətəndaşların mülkiyyətində olan, özəlləşdirilmiş istehsal və xidmət obyektləri mövcuddur. Bu obyektlər daha müasiri ilə əvəz olunması barədə mülkiyyət sahibləri ilə məsləhətləşmələr aparılmışdır. Təəssüf ki, bu istiqamətdə hələ də əsaslı dönüş yaranmamışdır.
İsmayıllını müasir və abad bir məkana çevirmək yolları dərindən düşünülür. Rayonda İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci üçün bütün infrastruktura malik binanın, Qaraməryəm-İsmayıllı-Şəki yolunun 2-ci kilometrliyində, Basqal-Sulut avtomobil yolunun 8-ci kilometrliyində yeni körpülərin, Kürdmaşı, Talıstan, Təzəkənd, Diyallı, İstisu, Gəraybəyli kəndlərində kənd həkim məntəqələrinin tikilməsi, yeni təhsil müəssislərinin, uşaq bağçalarının tikilməsi, İsmayıllı şəhərinin müasir və sivil bir mərkəzə çevrilməsi üçün əsaslı işlərin görülməsi planlaşdırılmışdır.
2014-cü ildə rayon büdcəsinin gəlirləri 21 milyon 28 min manata qarşı, 20 milyon 279 min 970 manat icra olunmuşdur. Büdcə gəlirlərinin icrası 96,4 faiz təşkil etmişdir. Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 15 milyon 730 min manata qarşı 14 milyon 911 min manat, 95 faiz icra edilmişdir.
Yerli mənbələrdən daxilolmalar 5 milyon 298 min manata qarşı, 5 milyon 368 min 970 manat, yaxud 70 min 970 manat çox olmuşdur ki, bu da 101 faiz təşkil etmişdir.
2014-cü ildə illik məxaric proqnozu 21 milyon 280 min manata qarşı 19 milyon 749 min 88 manat, yəni 1 milyon 278 min 912 manat kəsirlə icra edilmişdir.
Hesabat dövründə rayonda əvvəlki illə müqayisədə bir işçiyə düşən orta aylıq əmək haqqı 7,7 faiz artaraq 260 manata çatmışdır. Əmək haqqının artım faizi ölkə üzrə orta göstəricidən 3,5 faiz yüksəkdir. İl ərzində ümumi məhsul buraxılışı 175 milyon 49 min manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 25 milyon 359 min manat çoxdur. Bütün sahələr üzrə artım əldə olunmuşdur. Artım sənaye üzrə 2,3 faiz, kənd təsərrüfatı üzrə 2,7 faiz, tikinti üzrə 48 faiz, nəqliyyat üzrə 3,8 faiz, rabitə üzrə 10 faiz və ticarət üzrə 15,8 faiz təşkil etmişdir. Ümumi məhsul istehsalında qeyri-dövlət sektorunun payı getdikcə artır. Belə ki, 2014-cü ildə ümumi məhsulun 148 milyon 913 min manatı və ya 85,1 faizi qeyri-dövlət sektorunun payına düşür.
Yola saldığımız 2014-cü ildə əsas kapitala investisiya qoyuluşu 57 milyon 651 min 800 manat və ya 2013-cü illə müqayisədə 19 milyon 386 min 500 manat çox olmuşdur. 45 milyon 178 min manat dəyərində əsas fondlar istifadəyə verilmişdir. Müqayisə üçün qeyd etmək lazımdır ki, bu göstərici 2013-cü illə müqayisədə 25 milyon 348 min manat və ya təqribən 2,3 dəfə çoxdur.
Sahibkarlıq fəaliyyətinin genişləndirilməsi məqsədilə keçən ilin fevral ayının 13-də rayonun Təzəkənd və dekabr ayının 11-də Qalınçaq kəndində sahibkarlığa kömək Milli Fondun xətti ilə kredit yarmarkası keçirilmişdir. Ümumilikdə il ərzində 86 nəfər sahibkara 1,8 milyon manat güzəştli şərtlərlə kredit verilmişdir. Bunun nəticəsi olaraq 271 nəfər işlə təmin edilmişdir.
Hesabat dövründə rayonda fəaliyyət göstərən 2 quşçuluq fabriki istehsalı100 tondan çox artırmış, 2 üzüm emalı müəssisəsi 1500 ton üzüm emal etmişdir.
Aqrar sahədə sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı Avropa Birliyinin dəstəyi ilə “Fermerlərin imkanlarının Yerli İnnovasiyalar vasitəsilə zənginləşdirilməsi” layihəsi çərçivəsində Topçu, Qurbanəfəndi, Sumağallı kəndlərində istixanalar yaradılmış, “Fermer mağazası” tikilmiş, tərəvəz məhsullarının istehsalı və satışına başlanmışdır.
Rayonda arıçılıq təsərrüfatlarının yaradılmasına da meyl güclənmiş, “Arıçılar” birliyi yaradılmışdır. Rayonda 6 minə yaxın arı ailəsi mövcuddur. Son illər Bakı şəhərində keçirilən respublika arıçılıq məhsullarının sərgi-satış yarmarkasında rayon arıçılarının iştirakı təmin edilmişdir.
Rayonda xalçaçılıqla məşğul olan sahibkarlar istehsal olunan məhsul üçün bazarın müəyyənləşdirilməsi istiqamətində səmərəli iş görürlər.
İş adamı tərəfindən şəhərdə əsaslı yenidənqurmadan sonra Kərpic zavodu və Əhəng sexinin fəaliyyəti bərpa olunmuşdur.
Rayon iqtisadiyyatının əsasını aqrar sahə təşkil edir. 2014-cü ildə istehsal olunmuş ümumi məhsulun 41,7 faizi bu sahənin, istehsal olunmuş 72,9 milyon manat məbləğində ümumi məhsulun 37 milyon manatı bitkiçiliyin, 35,9 milyon manatı heyvandarlıq sahəsinin payına düşür. Ölkədə bu sahənin inkişafına daha çox diqqət verilir və cənab Prezident tərəfindən 2015-ci il “Kənd təsərrüfatı ili” elan edilmişdir.
2014-cü ilin məhsulu üçün 2013-cü ilin payızında 28849 hektara taxıl səpilmişdir ki, bunun da 22953 hektarını buğda, 5896 hektarını isə arpa təşkil edir. Rayon üzrə məhsul istehsalı keçən illə müqayisədə 2726 ton artırılaraq 83620 tona çatdırılmış, məhsuldarlıq 28,1 sentner təşkil etmişdir.
Hesabat ilində 3257 hektar sahədə yazlıq bitkilər əkilmişdir. Yazlıq bitkilərdən 7490 ton tərəvəz, 6576 ton kartof, 948 ton yemlik paxla, 285 ton lobya, 260 ton qarğıdalı, 130 ton günəbaxan və digər məhsullar istehsal edilmişdir. Əvvəlki illə müqayisədə kartof istehsalı 128 ton, tərəvəz istehsalı isə 70 ton çox olmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli sərəncamının icrası ilə əlaqədar iyun ayında 6640 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına becərdikləri 28926 hektar əkin sahəsinə görə 1 milyon 157 min 44 manat yardım verilmişdir. Dekabr ayında isə 5260 nəfər istehsalçıya becərdikləri 17271 hektar buğda sahəsinə görə 690 min 879 manat yardımın verilməsi məqsədilə müvafiq sənədlər hazırlanaraq Respublika Komissiyasına təqdim edilmişdir.
Hesabat ilində rayon Aqroservis filialına “Aqrolizinq” ASC-nin xətti ilə 12 yeni kombayn verilmiş, eləcə də rayon sakinləri lizinq krediti yolu ilə 28 yeni traktor, 28 kotan və 2 taxılbiçən kombayn almışlar. “Aqrolizinq” ASC və “Aqrokimya” MMC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli şərtlərlə 2 min tondan artıq mineral gübrələr satılmışdır.
Üzümçülük rayon iqtisadiyyatının ən gəlirli sahələrindən biridir və hazırda rayon üzrə 934 hektar üzüm bağı vardır. 2014-cü ildə 87 ha yeni üzüm bağı salınmış, bağlardan 2791 ton məhsul yığılmışdır.
Digər mühüm sahə olan bağçılığın inkişafı ilə əlaqədar Qubaxəlilli kəndində 170 hektar sahədə yeni nar bağı salınmış və rayon üzrə meyvə bağlarının sahəsi 1158 hektara çatdırılmışdır. Keçən il bağlardan 8138 ton məhsul yığılmışdır ki, bu da əvvəlki il səviyyəsindən 108 ton çoxdur.
Rayonda 01 yanvar 2015-ci il tarixə rayon üzrə 51430 baş iri buynuzlu, (ondan 23976 baş inək), 179604 baş xırda buynuzlu heyvan vardır. İl ərzində rayon üzrə 5246 ton diri çəkidə ət, 34118 ton süd, 9 milyon 51 min ədəd yumurta, 390 ton yun istehsal olunmuşdur. Beləliklə, əvvəlki illə müqayisədə rayon üzrə 29 ton ət, 52 ton süd, 144 min ədəd yumurta və 2 ton yun istehsalı artmışdır.
Rayon Baytarlıq İdarəsi rayonda epizodik vəziyyətin sağlam saxlanması ilə əlaqədar dabaq, qara-yara, brusellyoz və digər xəstəliklərə qarşı vaksinasiya tədbirləri həyata keçirmiş, baş verən xəstəliklərin müalicəsi istiqamətində müvafiq tədbirlər aparmışdır. 2014-cü ildə rayon ərazisində heç bir yoluxucu xəstəlik baş verməmiş, rayon ərazisi epizodik cəhətdən sağlam olmuşdur.
Novruz və Yeni il bayramı münasibətilə 08-20 mart tarixlərində şəhərin 4 yerində, eləcə də rayonun 30 iri kəndində, 26-30 dekabr tarixlərdə İsmayıllı şəhərində kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçirilmişdir. Yarmarkalarda əhaliyə bazar qiymətlərindən 25-30 faiz aşağı qiymətlərlə taxıl, ət, süd, quşçuluq məhsulları, meyvə, tərəvəz, bal və s. məhsullar satılmışdır.
Rayonda aqrar sahənin dinamik inkişaf etdirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondunun, Bakı Biznes Mərkəzinin, İqtisadiyyat, Sənaye və Kənd Təsərrüfatı Nazirliklərinin əməkdaşlarının iştirakı ilə seminar-müşavirələr keçirilmiş, maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
Kənd təsərrüfatı təyinatlı torpaqların su təminatının 200 ha. əkinaltı torpaq sahəsində meliorativ tədbirlər həyata keçirilmiş, Qubaxəlilli, Hacıhətəmli, Kürdmaşı, Kəlbənd, Talış, Göytəpə, Talıstan və Cülyan kəndlərinin hər birində bir ədəd olmaqla subartezian quyuları qazılaraq istismara hazır vəziyyətə gətirilmişdir. Bundan əlavə, ötən ilin dekabr ayında Quşencə, Balik, Enişdibi, Qubaxəlilli, Gideyli, Topçu, Ağbulaq və Qoşakənd kəndlərində qazılacaq subartezian quyularının yeri müəyyən edilmiş və müvafiq sənədlər hazırlanır.
Dağ çaylarında yaranan sel sularının qarşısını almaq üçün 446 min kubmetr buldozer, 248 min kubmetr ekskavator işi görülmüşdür. Göyçay-İsmayıllı magistral beton kanalın baş suqəbuledici qurğusu və Г‡əmənli kəndini mühafizə edən daş-beton bəndin zədələnmiş bəzi hissələri əsaslı təmir olunmuş, Girdiman çayının sol sahilində Lahıc qəsəbəsinin mühafizəsi üçün 118 p/m. daş-beton bənd tikilmişdir.
Möhtərəm Prezidentimizin ekoloji tarazlığın qorunması ilə bağlı tapşırıqılarına əsasən rayonda yaşıllaşma məqsədilə 19 min, o cümlədən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümü münasibətilə İsmayıllı-Muğanlı və İsmayıllı-Qaraməryəm magistral yolların kənarında, eləcə də bələdiyyələrin ərazilərində 9100 ədəd cökə, akasiya, xan çinarı, ağcaqayın ağacları əkilmiş, ətrafı tikanlı məftillərlə hasarlanmışdır.
11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi tərəfindən hesabat dövründə təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində rayon üzrə 85 akt, 41 protokol və 11 icrası məcburi olan göstəriş verilmiş, ətraf mühitə atılan tullantılara görə 92 hüquqi və fiziki şəxsə 14100 manat ödəmə verilmiş və həmin məbləğ ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna ödənilmişdir. Qanunsuz ov edənlərə qarşı 10 akt və 10 protokol tərtib edilərək, 10 min manat məbləğində cərimə tətbiq edilmiş və materiallar hüquq-mühafizə orqanlarına göndərilmişdir.
Ötən il ərzində İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 40 ha sahədə meşə əkini və 20 ha sahədə meşə səpini işləri görülmüşdür. Müəssisədə 340 ha sahədə isə təbii meşə bərpasına kömək tədbirləri həyata keçirilmişdir. Müəssisənin tinglik sahəsində 2 ha sahədə toxum səpilmiş, eyni zamanda tinglik sahəsinin 0,5 ha ərazisində isə çiling kökləndirmə işləri aparılmışdır. Keçən ilin yaz mövsümündə tinglik sahəsindən 27400 ədəd müxtəlif ağac ting çıxarılaraq yeni meşə zolaqlarının salınmasına, yaşayış məntəqələrinin və avtomobil yollarının ətraflarının yaşıllaşdırılmasına sərf edilmişdir. 2014-cü il ərzində idarə tərəfindən meşədən özbaşına ağac kəsilməsi ilə əlaqədar 57 akt və protokol tərtib edilmiş, 4865 manat cərimə tətbiq olunmuşdur.
2014-cü il ərzində rayon ərazisində torpaq qanunvericiliyinin pozulmasının 7 halı aşkar edilmiş, tikinti işləri aparıldığına və mərz nişanlarının yerini dəyişdirdikləri üçün İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən 645 manat cərimə hesablanmış, bunun 630 manatı dövlət büdcəsinə ödənilmişdir.
Sosial sahədə ölkəmizin apardığı siyasət 2014-cü ildə də uğurla davam etmişdir. Ötən il ərzində rayonda sosial məsələlərin həllinə xüsusi diqqət yetirilmiş, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər aztəminatlı təbəqənin bütün kateqoriyalarını əhatə etmişdir. 2014-cü ildə 960 ailənin 4463 üzvünə ünvanlı sosial yardım verilmişdir. Ünvanlı sosial yardım alan ailələrin sayı 2013-cü illə müqayisədə 2014-cü il ərzində 81 ailə azalsa da adambaşına düşən orta aylıq məbləğ 5 manat artaraq 25 manat 77 qəpik olmuşdur. Aztəminatlı ailələrə 1 milyon 214 min 627 manat ünvanlı sosial yardım, yeni doğulan 895 uşağa görə 809 nəfərə 78 min 403 manat müavinət verilmişdir. 2014-cü ilin sonuna olan məlumata əsasən rayonda 3728 nəfər sosial müavinət alır. İl ərzində sosial müavinət alanların sayı 82 nəfər azalmışdır. Sosial müavinət alanlara 3 milyon 189 min 715 manat ödəniş aparılmış, 35 nəfər Г‡ernobıl əlilinə müalicə xərcləri üçün 6825 manat birdəfəlik yardım verilmişdir. Təəssüf doğuran haldır ki, bəzi vətəndaşlara qanunla ailələrinə ünvanlı sosial yardım düşməməsi barədə aidiyyəti dövlət qurumları tərəfindən izahat verilsə də, onlar yenə də müxtəlif rəhbər təşkilatlara müraciət edirlər. Ona görə də ƏSMM ünvanlı sosial yardımla əlaqədar əhali arasında izahat işlərini genişləndirməlidir.
Rayonda 13410 nəfərə, o cümlədən 7975 nəfərə yaşa görə, 4160 nəfərə əlilliyə görə, 1275 nəfərə ailə başçısını itirməyə görə əmək pensiyası ödənilir. İşləyən pensiyaçıların sayı 982 nəfərdir. 2014-cü ildə 205 nəfərə yaşa görə, 156 nəfərə əlilliyə görə, 33 nəfərə ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. 2014-cü il ərzində əmək pensiyaçılarına 25 milyon 428 min 900 manat, digər müavinətlərin ödənilməsinə isə 401 min manat vəsait sərf olunmuşdur. Respublika Fondundan pensiya və müavinətlərin ödənişinin maliyyələşdirilməsi üçün 21 milyon 820 min manat vəsait köçürülmüşdür ki, bu da ödənilmiş pensiya məbləğinin 84,5 faizini təşkil edir. Ödənişin qalan 3 milyon128 min 900 manatı və ya 15,5 faizi yerli daxilolmalar hesabına reallaşdırılmışdır. 01 yanvar 2015-ci il tarixə ödənilməmiş pensiya qalmamışdır. 01 yanvar 2015-ci il tarixə uçot qeydiyyatında olan hüquqi şəxslər 597, fiziki şəxslər 2652, pay torpaq mülkiyyətçiləri 8773 nəfər təşkil etmişdir. 2014-cü il ərzində məcburi dövlət sosial sığorta haqlarının toplanması üzrə proqnoz tapşırıq 94,9 faiz yerinə yetirilmiş, 4 milyon 204 min manat vəsait toplanmışdır.
Rayonda 2003-2014-cü illərdə 7172 yeni iş yeri açılmışdır ki, bunun da 1052-si daimi olmaqla 1112-si 2014-cü ilin payına düşür.
“Azərbaycan Respublikasında Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramının icrası ilə əlaqədar “Tədbirlər planı”nın icrası davam etdirilmişdir. 01 may 2014-cü il tarixdə keçirilmiş “Əmək yarmarkası”nda 84 idarə, müəssisə və təşkilat tərəfindən 214 vakant iş yeri təqdim olunmuş, 103 nəfər qeyri-məşğul vətəndaş işlə təmin edilmişdir.
Ümumilikdə 2014-cü il ərzində Rayon Məşğulluq Mərkəzində 432 nəfər iş axtaran vətəndaş rəsmi qeydiyyata alınmış, 361 nəfəri işlə təmin edilmişdir. İşlə təmin olunanların 83 nəfərini qadınlar, 173 nəfərini gənclər, 21 nəfərini isə qaçqın və məcburi köçkün vətəndaşlar təşkil edir. Hesabat ilində 9 nəfərə işsizlik statusu verilmiş, 12 nəfər iş axtaran qeyri-məşğul şəxs ictimai işə, 13 nəfər Göyçay Regional Peşə Tədris Mərkəzində təşkil olunmuş “bərbər” peşə hazırlığı kursuna cəlb olunmuşdur. Həmçinin, il ərzində 12 nəfər ordudan tərxis edilən gənc, 21 nəfər qaçqın və məcburi köçkün, 3 nəfər cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxs işlə təmin edilmişdir. Məşğulluq Mərkəzi tərəfindən 186 nəfər iş axtaran gəncə peşəyönümü məsləhətləri verilmişdir.
Əhaliyə göstərilən kommunal xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, şəhərin və digər yaşayış məntəqələrinin təmiz saxlanması, yaşıllıqların qorunması, antisanitariya hallarına qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi sahəsində müəyyən iş görülmüş, xidmətlərin daha keyfiyyətli yerinə yetirilməsi üçün son illər kommunal təyinatlı xeyli texnika alınaraq rayona gətirilmişdir. 2014-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bölgüsünə əsasən bir ədəd JAK markalı yük maşını və bir ədəd JAK markalı avtokran əvəzsiz olaraq kombinata verilmişdir. Hesabat ilində müxtəlif ölçülü 106 ədəd zibil qutusu alınmış, şəhər ərazisinə və bəzi kəndlərə qoyulmuşdur. 2014-cü ildə yerinə yetirilmiş kommunal xidmətlərinin həcmi 509 min manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 min manat çoxdur. 2014-cü ilin avqust ayından “Təmiz şəhərdə yaşa” devizi altında “Gələcək öz əlimizdədir” layihəsinin icrasına başlanmışdır. Layihəyə uyğun aparılmış profilaktiki və maarifləndirmə tədbirlərinin nəticəsi özünü göstərməkdədir. İnanırıq ki, sakinlərin köməyi, gənclərin qüvvəsi, layihələrin icrası ilə İsmayıllı respublikamızın ən təmiz və abad guşələrindən birinə çevriləcək.
Mənzil İstismar Sahəsi 978 mənzilə kommunal xidmətləri göstərmişdir. Mənzillərin 848-i iki və daha çoxmərtəbəli 45 yaşayış binasında yerləşir. Xidmətdə olan mənzillərin 724-ü və ya 73 faizi tam özəlləşdirilmişdir. 254 mənzil isə qeyri-özəl olaraq qalmaqdadır. 2014-cü ildə Həsən bəy Zərdabi küçəsində yerləşən 16 mənzilli 1, 2, 4 saylı və 12 mənzilli 6 saylı, Heydər Əliyev prospektində 12 mənzilli 13 saylı yaşayış evlərinin dam örtükləri tamamilə dəyişdirilmiş, M.F.Axundov küçəsində yerləşən 3 mərtəbəli 16 mənzilli binanın fasad hissəsi və girişləri müasir üslubda təmir edilmiş, həmin küçədə yerləşən 34, 34 ”A” və 36 saylı üçmərtəbəli yaşayış evlərinin həyətləri abadlaşdırılmışdır.
“Azəristiliktəchizat” ASC-nin İsmayıllı İstilik Sistemləri Sahəsi tərəfindən bu il Heydər Əliyev prospektindəki 105 “A”, 111 və 113 saylı yaşayış binalarının isidilməsi üçün “Kaskad” tipli kombilər quraşdırılmışdır ki, bu da 88 mənzilin qızdırılmasına imkan yaratmışdır. Ümumilikdə, şəhərdə kommunal çoxmərtəbəli binalarda 235 mənzil istilik sistemi ilə təmin olunmuşdur.
Hesabat ilində əhaliyə nümunəvi ticarət xidmətinin səviyyəsi yüksəlmiş, pərakəndə əmtəə dövriyyəsi keçən ilin müvafiq dövrünə nisbətən 13 milyon 94 min manat və ya 12,5 faiz artmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin dəyəri əvvəlki illə müqayisədə 1 milyon 333 min manat artaraq 20 milyon 740 min manat təşkil etmişdir.
Nəqliyyat sektorunda yük daşınması 2 milyon 27 min ton olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz artıqdır.
Rayonun müxtəlif istiqamətlər üzrə sərnişin daşınmasının əhatə dairəsi xeyli genişlənmişdir. “İsmayıllı-Avtonəqliyyat” ATSC tərəfindən keçən ilin müvafiq dövrü ilə müqayisədə sərnişin dövriyyəsi 34 faiz artmış, 17,6 min manat artıq gəlir əldə olunmuşdur. Şəhərdaxili avtobus marşrutunun ümumi uzunluğu 10 km artırılaraq 30 kilometrə çatdırılmışdır. Gün ərzində avtobuslar şəhərdaxili marşrutlarda 720 kilometrdən artıq məsafə qət edirlər. İsmayıllı-Lahıc marşrutuna əlavə reys təşkil olunmuş, İsmayıllı-Talıstan marşrutu açılmışdır. İsmayıllı-Bakı marşrutu üzrə müasir tipli, yüksək komfortlu avtobus xəttə buraxılmışdır. Şəhər ərazisində 30 ədəd müasir tipli dayanacaqlar quraşdırılmış və təzə taksi avtomobilləri istismara buraxılmışdır.
İsmayıllı Poçt filialı bir müştəri, bir şəhər və 25 kənd poçt şöbələri vasitəsi ilə əhaliyə və təşkilatlara poçt, bank- maliyyə xidmətləri göstərir. İllik tarif gəlir proqnozu 171,2 min manata qarşı 199,7 min manat və ya 116,6 faiz yerinə yetirilmişdir. Bu da əvvəlki illə müqayisədə 30,4 min manat çoxdur. İstismar xərcləri xidmətləri 146 min manat proqnoza qarşı 162 min manat və ya 111 faiz, bank maliyyə xidmətləri 11,4 min manat proqnoza qarşı 36,3 min manat və ya 3,2 dəfə çox yerinə yetirilmişdir. Əhaliyə göstərilən xidmətlərin səviyyəsini yaxşılaşdırmaq üçün Lahıc, Basqal və Tircan poçt şöbələrində elektron sistem quraşdırılmış, bank maliyyə xidmətləri göstərən poçt şöbələrinin sayı 16-ya çatdırılmışdır. İvanovka, Qalagah, Ruşan və Qalacıq kəndlərində yeni poçt binaları tikintisi davam etdirilir.
İl ərzində Rayon Telekommunikasiya Qovşağı 846,6 min manat gəlir əldə etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 125,1 min manat çoxdur.
2014-cü ildə şəhər ərazisində abadlıq işləri ilə əlaqədar 2,3 km yerüstü telefon kabelləri yeraltı kabellərlə əvəz olunmuşdur. Şəhər ərazisində 512 nömrəlik yeni elektron ATS qurulmuş, əlavə qurğular qoymaqla stansiyanın tutumu 544-ə çatdırılmışdır. Bu stansiyaya 480 nəfər abunəçi, o cümlədən sürətli internetə 192 abunəçi qoşulmuşdur.
Abunəçilərin geniş zolaqlı sürətli internetdən istifadə etməsi üçün Xanagah və Qurbanəfəndi kəndlərinin hər birində 48 portluq, Göytəpə kəndində 24 portluq DSLAM avadanlığı quraşdırılmış, İsmayıllı şəhər mərkəzi elektron ATS-ə 123 portluq, Lahıc və Basqal qəsəbələrindəki elektron ATS-lərin hər birinə 48 portluq, Hacıhətəmli, Quşencə, Cülyan, Topçu, Diyallı, Qalınçaq, Ruşan, İvanovka, Tircan, Gəraybəyli kəndlərindəki elektron ATS-lərin hər birinə 24 portluq DSLAM avadanlığı əlavə edilmişdir. İnternetdən istifadə edən abunəçilərin sayı özəl provayderlərlə birgə 788 nəfər artmış, 3202 nəfərə çatmışdır.
İl ərzində 274 mənzilə yeni telefon xətti çəkilmiş, 165 abunəçinin isə telefon xətti yenidən bərpa olunmuşdur.
Rayonda 108 yaşayış məntəqəsindən İsmayıllı şəhəri və 31 kənd təbii qaz yanacağı ilə təmin olunur. İsmayıllı Qaz İstismar Sahəsi 13168 abonentə xidmət göstərir ki, bunun da 13064-ü əhali, 104-ü qeyri-əhali abonentləridir. Hesabat dövründə abonentlərə 30,4 milyon kubmetr qaz yanacağı verilmiş, satılan qazın dəyəri 93,3 faiz ödənilmişdir.
İl ərzində İsmayıllı şəhərində 7475 p/m qaz xətti yenidən quraşdırılmış, 637 p/m korroziyaya uğramış xətt yenisi ilə əvəz olunmuş, 141 abonentin məişət qaz sayğacı yenisi ilə əvəz olunmuş, yeni abonentlər üçün 641 məişət qaz sayğacı qoyulmuşdur. 79 köhnə qaz tənzimləyici şkaf yenisi ilə əvəz olunmuş, 60 müxtəlif ölçülü siyirtmələr quraşdırılmışdır.
2015-ci ilin ilk günlərindən başlayaraq Basqal qəsəbəsinin qazlaşdırılmasına başlanmışdır. Növbəti aylarda Xanagah və Qurbanəfəndi kəndlərinin qazlaşdırılması nəzərdə tutulmuşdur. Bu da deməyə əsas verir ki, 2015-ci ildə bir sıra yaşayış məntəqəsinin qazlaşdırılması həyata keçiriləcəkdir. Onu da qeyd etmək lazımdır ki əllidən artıq iri yaşayış məntəqəsinin qazlaşdırılmasına ciddi ehtiyac vardır.
İsmayıllı Elektrik Şəbəkəsi 22768 abonentə xidmət göstərir. Onların da 20938-i əhali, 1826-sı qeyri-əhali abonentidir. 2014-cü ildə İsmayıllı Elektrik Şəbəkəsinə 58 milyon 243 min kilovat-saat elektrik enerji daxil olmuş, istehlakçılara 52 milyon 456 min kilovat-saat enerji ötürülmüşdür. Ödəniş 3 milyon 107 min manat (98,5 faiz) olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 5,2 faiz çoxdur.
Hesabat ili ərzində rayonun elektrik təsərrüfatında əsaslı və cari təmir işləri aparılmışdır. Rayon ərazisində əhalini fasiləsiz qaydada elektrik enerjisi ilə təchiz etmək üçün İsmayıllı Elektrik Şəbəkəsi tərəfindən 110 kv.-luq İsmayıllı hava xəttində 3 ədəd yararsız dayaq yenisi ilə əvəz olunmuşdur. 35 kv.-luq Basqal hava xəttində zədəli izolyatorlar dəyişdirilmiş, 5 dayaq əsaslı təmir olunmuş, xəttin mühafizə zonası ağaclardan təmizlənmişdir. Şəhər ərazisində söküntüdən əldə olunmuş yararlı dayaqlardan30 kənddə 10 kv-luq və 0,4 kv-luq elektrik veriliş xətlərində 281 ədəd yararsız dayaq dəyişdirilmiş və xətlər cari təmir olunmuşdur. 70 transformator yarımstansiyasında cari təmir işləri görülmüş, transformatorlara 650 kq yağ əlavə olunmuşdur.
Hesabat dövründə elektrik təsərrüfatının yenidən qurulması davam etdirilmişdir. Şəhərdə 10 kv.-luq xətlərdə 305, 0,4 kv.-luq elektrik veriliş xəttində 1558 dayaq dəmir-beton dayaqla əvəz olunmuş, 61,5 km. SİP kabel xətti çəkilmiş, 1601 smart-kart tipli sayğac quraşdırılmışdır.
Bütün bunlarla yanaşı, rayonun 4 kəndi və şəhər istisna olmaqla elektrik təsərrüfatının yenidən qurulması davam etdirilməlidir. Yaşayış ərazilərinin üstündən keçən yüksək gərginlikli xətlərin yeri dəyişdirilməlidir.
Rayon “Sukanal” İdarəsi 3377 əhali, 167 büdcə və kommersiya abonentinə xidmət göstərir. İl ərzində əhalini fasiləsiz olaraq içməli su ilə təchiz etmək üçün müvafiq tədbirlər görülmüşdür. Hazırda istifadədə olan köhnə su xətlərinin qəzalı hissələri təmir edilmiş, zərurət yaranan sahələrdə korroziyaya uğramış borular yenisi ilə əvəz olunmuşdur. Hesabat dövrü ərzində əhalinin içməli su təminatının yaxşılaşdırılmasına diqqət artırılmış, Xanagah-İsmayıllı, İstisu-İvanovka, şəhərdaxili xətlərdə təmir-bərpa işləri aparılmışdır. İl ərzində sudan istifadə və kanalizasiya xidmətinə görə abonentlərindən 180 min manatdan çox vəsait əldə edilmişdir. İsmayıllı şəhərində çoxmənzilli yaşayış binasında 876 smart-kart tipli sayğac quraşdırılmış, abonentlər fasiləsiz qaydada su ilə təchiz olunmuşdur. Şəhərdə bütün istehlakçılar üçün “Smart” tipli sayğacların quraşdırılması 2015-ci ildə əsas məsələ kimi qarşıda durur.
Milli Su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə çərçivəsində İsmayıllı şəhərinin içməli su təchizatı və kanalizasiya sisteminin tikinti işləri davam etdirilmiş, tutumu 1500 ton olan sonuncu su anbarında tikinti işləri başa çatdırılmışdır. “Kolin” şirkəti tərəfindən İsmayıllı şəhərinin su və kanalizasiya sistemində tikinti işləri başa çatdırılmış, çirkab təmizləmə inşaat işlərinə başlanmışdır.
Kəndlərdə əhalinin su təchizatının yaxşılaşdırılması üçün tədbirlər görülmüşdür. Pirdinar kəndində məcburi köçkünlərə xidmət edən subartezian quyusuna yeni su nasosu qoyulmuş, müxtəlif ərazilərdə, əsasən su qıtlığı olan kəndlərdə 8 ədəd subartezian quyusu qazılıb istifadəyə verilmişdir. Bu artezianlardan həm içməli, həm də suvarma suyu kimi istifadə etmək nəzərdə tutulmuşdur.
Onu da qeyt etmək lazımdır ki, hələ də bir çox yaşayış məntəqələrinin su problemi öz həllini gözləməkdədir. Müxtəlif daxilolmalar, bələdiyyə vəsaitləri, dövlət ayırmaları, qeyri-hökumət təşkilatlarının vəsaitləri hesabına rayonun bütün yaşayış məntəqələrinin su təchizatı yaxın illərdə öz həllini tapacaqdır.
Rayonda fəaliyyət göstərən 12 bank və bank olmayan kredit təşkilatları tərəfindən il ərzində 33 milyon 316 min manat kredit verilmişdir. Kreditlərin16 milyon 142 min manatı uzunmüddətli, 17 milyon 174 min manatı qısamüddətli kreditlərdir. Bunun 10 milyon 370 min manatı kənd təsərrüfatı, 5 milyon 196 min manatı ticarət, 649 min manatı təsərrüfatın inkişafı və biznes məqsədlərinə, 5 milyon 475 min manatı digər məqsədlərə, 10 milyon 866 min manatı istehlak krediti olmaqla təmir-tikinti materiallarının alınmasına, 759 min manatı Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilən kreditlərdir. Banklar istehlak kreditlərinə daha çox üstünlük verirlər. Qeyd etmək lazımdır ki, kreditlərin faizi çox yüksək, 26-28 faiz təşkil edir.

İsmayıllı RİH başçısı Mirdaməd Sadıqovun MƏRUZƏSİ

Zəngin təhsil və ziyalılıq ənənələri olan İsmayıllıda Dövlət təhsil siyasəti uğurla həyata keçirilir. Rayonda fəaliyyət göstərən 80 ümumtəhsil məktəbinin 46-sı tam orta, 22-si ümumi orta, 12-si ibtidai məktəbdir. Məktəblərin 78-də təlim Azərbaycan dilində, 2-də Azərbaycan və rus dillərində aparılır. Şagirdlərin sayı 11377, müəllimlərin sayı 1532 nəfərdir. Şagirdlərin təlim- tərbiyəsi ilə 1221 nəfər ali, 311 nəfər isə orta- ixtisas təhsilli müəllim məşğul olur. Rayonda təhsil müəssisələrinin əsaslı təmiri, yeni məktəb binalarının tikintisi, maddi-texniki bazanın möhkəmləndirilməsi, yeni texnologiyaların tətbiqi, təhsilin dünya standartlarına uyğunlaşdırılması sahəsində əsaslı işlər görülmüşdür. Hesabat ilində rayonda 3 məktəb, iki uşaq bağçası tikilib istifadəyə verilmişdir. Rayon Təhsil Şöbəsinin binasının fasad hissəsi və istilik sistemi yenidən qurulmuş, məktəblərdə cari və əsaslı təmir işləri aparılmışdır. Ümumtəhsil məktəblərinin 47-si, məktəbdənkənar müəssisələrin 4-ü, məktəbəqədər uşaq müəssisələrinin 5-i istilik sistemləri ilə, digərləri isə odun yanacağı ilə qızdırılır. Şagirdlərin 80 faizi mərkəzi istilik sistemləri ilə qızdırılan məktəblərdə təhsil alır. Məktəblərin inventar və avadanlıqlarla təminatında xeyli irəliləyiş baş vermiş, 2014-cü ildə 356,9 min manat məbləğində inventar alınaraq məktəblərə verilmişdir. Bu da əvvəlki illə müqayisədə 150,9 min manat çoxdur. Hazırda rayonun ümumtəhsil məktəblərində 710 kompyuter, 65 ədəd proyektor, 35 ədəd elektron lövhə şagirdlərin istifadəsinə verilmişdir. 36 məktəbdə internetə çıxış vardır. Rayon üzrə 16 şagirdə bir kompyuter düşür.
Şəhər 3 nömrəli tam orta məktəbin nəzdində riyaziyyat və təbiət fənləri liseyinin yaradılması bu sahələr üzrə istedadlı şagirdlərin inkişafında xüsusi əhəmiyyət daşıyacaqdır.
İl ərzində keçirilən respublika və rayon səviyyəli tədbirlərdə, bilik yarışlarında,
fənn olimpiadalarında, müxtəlif müsabiqələrdə, sinifdənxaric və məktəbdənkənar tədbirlərdə xüsusi istedada malik şagirdlərin aşkara çıxarılması və inkişaf etdirilməsi əsas məqsədlərdən olmuşdur.
Ümummilli lider Heydər Əliyevin 91 illik yubileyinə həsr edilmiş Respublika inşa yazı müsabiqəsində şəhər 3 nömrəli tam orta məktəbinin X sinif şagirdi Təhsil Nazirliyinin Diplomuna layiq görülmüşdür. Onun yazı işi müsabiqəyə aid kitaba daxil edilmişdir.
2014-cü ilin mart ayında Bakı şəhərində keçirilən fənn olimpiadalarının respublika mərhələsində Cülyan kənd tam orta məktəbinin XI sinif şagirdi Aygün Hüseynova Azərbaycan tarixi, şəhər 5 nömrəli tam orta məktəbinin XI sinif şagirdi Şəhla Abdullayeva biologiya fənnindən qaliblər sırasında olmuşlar.
Ali məktəblərə qəbulda rayon məktəblərinin məzunları hər il yüksək nəticələr göstərirlər. 2014-cü ildə ümumtəhsil məktəblərinin 276 nəfər məzunu ali məktəblərə qəbul olunmuşdur. Onlardan 51 nəfəri 500-dən, 20 nəfəri isə 600-dən yuxarı bal toplamışdır.
Rayonun son iki ildə 5 nəfər məzunu ali məktəbə qəbulda qazandıqları yüksək nəticəyə görə Prezident təqaüdünə layiq görülmüşdür. 2013-2014-cü dərs ilində təhsildə qazandıqları müvəffəqiyyətlərə görə rayonun 4 nəfər məzunu qızıl medalla təltif olunmuş, onlar bu etimadı ali məktəblərə qəbulda doğrultmuşlar. İmtahanlarda yüksək bal toplamış məzunların şərəfinə rayonda bayram tədbiri keçirilmiş, 600-dən yuxarı bal toplayanlar Rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri və fəxri fərmanları ilə mükafatlandırılmışlar. Ali məktəblərə qəbul olan bütün məzunlara hədiyyələr verilmişdir.
Məktəblərimizin beynəlxalq əlaqələri ildən-ilə genişlənməkdədir. Şagirdlərimiz bir neçə ildir ki, Yaponiyanın İto şəhərinin məktəbliləri ilə məktublaşırlar. Bu məktublaşma məktəblilər arasında dostluq əlaqələrinin yaranmasına səbəb olmuşdur. Tədrisdə fərqlənmiş 6 nəfər şagirdimiz 2014-cü ildə İto şəhərində dostluq səfərində olmuş, orada keçirilən yay festivalında iştirak etmişdir.

İsmayıllı RİH başçısı Mirdaməd Sadıqovun MƏRUZƏSİ

Cülyan kənd tam orta məktəbinin ingilis dili müəllimi Şəfaqət Bayramov beynəlxalq layihədə qalib gələrək şagirdləri ilə birlikdə Rusiya Federasiyasının Г‡elyabinsk şəhərində keçirilən sammitə dəvət almış və sammitdə Respublikamızı layiqincə təmsil etmişdir.
Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbinin şagirdləri Rusiya Federasiyasının keçirdiyi olimpiadada iştirak edərək qaliblər sırasında yer tutmuşlar. Məktəbin şagirdi Mariya Minnikova MDB ölkələri üzrə keçirilən onuncu Beynəlxalq rus dili müsabiqəsində III yer tutmuşdur.
“İngilis dili müəllimlərinin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi və sertifikasiyası” beynəlxalq layihəsində şəhər 1 nömrəli tam orta məktəbinin müəllimləri Ruhiyyə Mahmudova, Şükufə Nəcəfova və Pərvanə Piriyeva uğur qazanaraq “Beynəlxalq müəllim” sertifikatı almışlar.
“Bir şagird, bir kompyuter” müsabiqəsində şəhər 1 nömrəli tam orta məktəbinin müəllimi Bahar Abdullayeva və Lahıc qəsəbə tam orta məktəbinin müəllimi Rövşən Əliyev qalib gələrək, rəhbəri olduqları sinif şagirdlərinin sayı qədər netbuk, sinif üçün bir ədəd elektron lövhə və proyektor qazanmışlar. Respublika Təhsil Nazirliyi və Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin sponsorluğu ilə İSTECH və NEATS şirkətinin dəstəyi ilə rayonda keçirilən “Qunduz” informatika və kompyuter bacarıqları müsabiqəsində 250 nəfərdən artıq V-IX sinif şagirdi iştirak etmişdir. Onlardan 25 nəfəri mükafata layiq görülmüş, o cümlədən I yer tutan 5 nəfərə notbuk verilmişdir.
Rayonda sağlamlıq imkanları məhdud olan şagirdlərin təhsili, onların cəmiyyətə inteqrasiyası daim diqqətdə saxlanılır. Bu məqsədlə 17 nəfər sağlamlıq imkanları məhdud şagirdə Təhsil nazirliyi tərəfindən İKT avadanlıqları verilmiş, onların təhsillərini müasir formada davam etdirilməsi nəzərdə tutulmuşdur.
Yetişməkdə olan nəslin vətənpərvərlik tərbiyəsində в

Şərh Yaz