Şura iclasları

Yanvar ayının 13-də İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının yanında Şuranın iclası keçirilib. RİH başçısı Mirdaməd Sadıqov çıxış edərək iclasın gündəliyində duran məsələ haqqında məlumat verib.
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Nazim Səfərov “2014-cü ilin yekunlarına görə rayon İcra Hakimiyyətinin aparatında, yerlərdə səyyar görüş-qəbulların keçirilməsi, vətəndaşlardan daxil olan müraciətlərə, ərizə və şikayətlərə baxılmasının vəziyyəti və qarşıda duran vəzifələr” haqqında məruzə ilə çıxış edib. Məruzə ətrafında müzakirələr aparılıb, sonda qərar layihəsi qəbul edilib.

**
30 yanvar 2015-ci il tarixdə RİH başçısı yanında Şuranın növbəti iclası keçirilib. Şura iclasını rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açıq elan edib, sonra gündəlikdə duran məsələ diqqətə çatdırılıb.
RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramının həyata keçirilməsi vəziyyəti haqqında” məruzə edib. Bildirilib ki, gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi, müstəqil dövlətçilik ənənələrinə sədaqət hissinin gücləndirilməsi, azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliği, Azərbaycanın Milli Qəhrəmanlarının, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin yeni nəslə tanıdılması Dövlət Proqramına uyğun əsas vəzifələrimizdən olmuş, bu istiqamətdə son illərdə əsaslı tədbirlər həyata keçirilmişdir.
İclasın sonunda qərar layihəsi qəbul edilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz