YAP təkanverici qüvvədir

YAP İsmayıllı rayon təşkilatının 2014-cü il ərzində görülən işlərin yekunları, 2015-ci ildə qarşıda duran vəzifələrin icrası ilə bağlı yığıncaq keçirilib. Rayon İcra Hakimiyyəti yanında Şura üzvlərinin iştirakı ilə keçirilən tədbiri YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açıb. O, ulu öndər Heydər Əliyevin siyasi zəkasının məhsulu olan Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən ölkəmizin ictimai-siyasi həyatında önəmli rolundan, ölkə daxilində həyata keçirilən uğurlu islahatların, eyni zamanda, ölkəmizin hüdudlarından kənarda, dünyanın aparıcı beynəlxalq təşkilatlarından, siyasi arenalarından xalqımızın haqq səsini dünya ictimaiyyətinin diqqətinə çatdırılmasından danışıb. Bu sahədə yerli təşkilatın fəaliyyətindən söz açıb.
YAP təkanverici qüvvədirYAP İsmayıllı rayon təşkilatının 2014-cü il ərzində görülən işlərin yekunları, 2015-ci ildə qarşıda duran vəzifələrin icrası ilə bağlı yığıncaq keçirilib. Rayon İcra Hakimiyyəti yanında Şura üzvlərinin iştirakı ilə keçirilən tədbiri YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açıb. O, ulu öndər Heydər Əliyevin siyasi zəkasının məhsulu olan Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən ölkəmizin ictimai-siyasi həyatında önəmli rolundan, ölkə daxilində həyata keçirilən uğurlu islahatların, eyni zamanda, ölkəmizin hüdudlarından kənarda, dünyanın aparıcı beynəlxalq təşkilatlarından, siyasi arenalarından xalqımızın haqq səsini dünya ictimaiyyətinin diqqətinə çatdırılmasından danışıb. Bu sahədə yerli təşkilatın fəaliyyətindən söz açıb.
Ulu öndər Heydər Əliyev ideyalarının gənc nəslə çatdırılması istiqamətində idarə və müəssisələrdə, məktəblərdə görüşlər təşkil edilib. Partiya üzvlərinin səyləri partiyanın yaradıcısı, qurucusu və memarı ümummilli lider Heydər Əliyev kursunun uğurla həyata keçirilməsinə yönəldilib.

YAP təkanverici qüvvədir

Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının 23 dekabr 2014-cü ildə keçirilmiş dördüncü bələdiyyə seçkilərində xüsusi fəallığı qeyd edilib.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin Başçısı Mirdamət Sadıqov çıxış edərək prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində daha da gözəlləşən və müasirləşən İsmayıllının əvvəlki illərlə müqayisədə daha da inkişaf etdiyini bildirib. Başçı bildirib ki, Azərbaycanın mirvarisi olan rayonumuza ölkə başçısının bir il ərzində iki dəfə səfər etməsi, əhali üçün vacib sosial yönümlü obyektlərin açılışında iştirak etməsi rayonumuzun inkişaf etmiş rayonlar sırasına çatmasına öz müsbət təsirini göstərir, tikilən müasir inzibati və yaşayış binaları, şəhər sakinlərinin asudə vaxtının səmərəli təşkili və istirahəti məqsədilə salınan parklar, çəkilən asfalt yollar İsmayıllının simasını daha da gözəlləşdirir. Bu günlərdə rayonumuzun 2015-ci ilin “Gənclər paytaxtı” seçilməsi hər birimizi sevindirir rayonumuzun inkişafı və çiçəklənməsi naminə görüləcək işlərdə daha böyük güc, əzm və iradə verir.
Tədbirdə çıxış edən Şura üzvləri görülən işlərin son hədd olmadığını bildiriblər. Tədbirdə səslənən tənqidi fikirlərin həlli istiqamətində müzakirələr aparılıb.
Ramid Qasımov

Şərh Yaz