Qayğı və diqqətin nəticəsi

Redaksiyadan: 29 yanvar 2015-ci il tarixdə İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2014-cü ilin yekunlarına dair hesabat yığıncağı keçirilib. Yığıncaqda şəhərin idarə, müəssisə, təşkilatlarının əməkdaşları, ictimaiyyətin nümayəndələri iştirak edib.
RİH başçısının İsmayıllı şəhər İƏD-i üzrə nümayəndəsi Məhərrəm Əhmədov hesabat məruzəsi ilə çıxış edib.
Qayğı və diqqətin nəticəsiRedaksiyadan: 29 yanvar 2015-ci il tarixdə İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2014-cü ilin yekunlarına dair hesabat yığıncağı keçirilib. Yığıncaqda şəhərin idarə, müəssisə, təşkilatlarının əməkdaşları, ictimaiyyətin nümayəndələri iştirak edib.
RİH başçısının İsmayıllı şəhər İƏD-i üzrə nümayəndəsi Məhərrəm Əhmədov hesabat məruzəsi ilə çıxış edib.
Yığıncaqda çıxış edən RİH başçısı Mirdaməd Sadıqov ölkəmizin hərtərəfli inkişafından söz açıb. O bildirib ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı prezident İlham Əliyevin tapşırıq və tövsiyyələri sayəsində respublikanın digər bölgələrində olduğu kimi, İsmayıllıda da abadlıq-quruculuq işləri uğurla həyata keçirilir.
Hesabat məruzəsi ətrafında çıxışlar dinlənilib, görülən işlər qənaətbəxş hesab edilib.
Hesabat məruzəsinin xülasəsini oxuculara təqdim edirik:
Qayğı və diqqətin nəticəsi
– Ölkədə aparılan məqsədyönlü, uğurlu islahatların və düşünülmüş siyasətin nəticəsindəAzərbaycan Respublikasının sosial-iqtisadi inkişafı davamlı və yüksələn xətlə gedir.
Prezident İlham Əliyevin həm Azərbaycanda həm də beynəlxalq arenada fəaliyyəti, qazandığı hörmət, dünya birliyi və rəsmi dairələrdə yüksək qiymətləndirilir.
Cənab Prezident İlham Əliyevin regionlara mütəmadi səfərləri hər bir bölgənin, bütövlükdə Azərbaycanın sürətli inkişafına güclü təkan verir.
2014-cü ilin sentyabr ayının 22-də prezident İlham Əliyevin rayonumuza səfəri deyilənlərin bariz nümunəsidir. Ölkə rəhbəri rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdir: “Rayonun inkişafı sürətlə gedir. Mən keçən il İsmayıllı rayonuna gəlmişdim və indi gördüklərim məni çox sevindirdi. Şəhərin abadlaşması, küçələrin salınması, binaların bərpası, yeni ictimai yerlərin yaradılması Azərbaycanda gedən ümumi siyasətimizin təzahürüdür”.
İsmayıllı şəhərinin ərazisi 4424 hektar, əhalisi 24.797 nəfərdir. Bunlardan 12.493 nəfəri kişi, 12.307 nəfəri isə qadındır.
Qeydiyyat Şöbəsi tərəfindən 2014-cü ildə 832 doğum, 174 ölüm, 342 nikah, 101 nikah pozulması, 123 atalığın müəyyən edilməsi qeydə alınmışdır.
Uşaq və Ailələrə Dəstək Mərkəzinə 2014-cü ildə 360 nəfər müraciət etmiş, müraciətlərin 25-i xəstə uşaqların müalicəsi, 5-i məişət zorakılığı, 14-ü ailə münaqişəsi, 3-ü müəssisəyə yerləşdirmə və s. olmuşdur. Mərkəzin xidmətlərindən 460 nəfər faydalanmışdır. “Erkən nikaha yox deyək” devizi altında 10-dan çox tədbir keçirilmiş, lövhələr hazırlanaraq şəhərin müxtəlif yerlərindən asılmışdır.
2014-cü il ərzində əmək pensiyalarının ödənilməsinə 7 milyon 269 min manat vəsait xərclənmişdir.
Əhalinin Sosial Müdafiə Mərkəzi 2014-cü il ərzində şəhər ərazisi üzrə 342 ailəyə 42 min 750 manat məbləğində ünvanlı sosial yardım ödənilmişdir. Şəhər ərazisində yaşayan 1536 nəfər sosial müavinət alan ailələrə 1 milyon 179 min manat aylıq və 259 nəfərə 23 min 300 manat birdəfəlik sosial müavinət ödənilmişdir.
İsmayıllı şəhəri ərazisində 974 nəfər ailə üzvü olan 206 məcburi köçkün ailəsi məskunlaşmışdır. Köçkünlərin problemləri nümayəndəliyin daim diqqətində olmuşdur.
Şəhər İcra nümayəndəliyinin 2014-cü ildə illik büdcəsi 902 min manat olmuşdur. Hesabat ilində aparatın saxlanmasına 41.180 manat, uşaq bağçası-körpələr evlərinə 216 min manat, Mənzil İstismar Sahəsinə 155 min manat, Kommunal Müəssisələri Kombinatına 380 min manat, küçə işıqlandırılması üçün 36 min 800 manat, smart tipli sayğacların alınmasına 1936 manat, işıq dirəklərinin quraşdırılmasına 6000 manat, işıq təsərrüfatının saxlanmasına 40 min manat xərclənmişdir.
İl ərzində şəhər nümayəndəliyinə 160 sənəd daxil olmuş, 280 sənəd idarə müəssisə təşkilatlara göndərilmişdir. Nümayəndəliyə 500 nəfər şifahi, 45 nəfər ərizə ilə müraciət etmişdir. Ərizə və şikayətlərə qanunauyğun baxılması təmin olunmuşdur.
05 noyabr 2014-cü il tarixdə RİH başçısı yanında şura iclasında kargüzarlıq işinin aparılması ilə əlaqədar müzakirədə ünvanımıza deyilən nöqsanlar aradan qaldırılmışdır.
2014-cü ildə də rayon elektrik təsərrüfatının yenidən qurulması davam etdirilmişdir. 10 kv-luq elektrik xətlərində 1560 ədəd yararsız dayaq dəmir-beton dayaqlarla əvəz olunmuş, 51,2 km SİP kabel xətləri çəkilmiş, abonentlərə 1150 pulsuz smart tipli sayğac quraşdırılmışdır. 2014-cü ildə istehlakçılara 39 milyon 184 min kilovat-saat elektrik enerjisi verilmişdir.
2014-cü ildə İsmayıllı Sukanal İdarəsi tərəfindən su və kanalizasiya xətlərində cari təmir işləri aparılmışdır. Heydər Əliyev prospektində 105 saylı binanın, M.F.Axundov və Cavanşir küçələrindəki yaşayış binalarının kanalizasiya xəttinin 300 metrdən çox hissəsi yeni borularla əvəz olunmuşdur. M.Orucov, Nizami, Ə.Mahmudov, Babadağ, N.Səmədov, Nərimanov küçələrindəki kanalizasiya xətlərində təmir işləri aparılmışdır.
Sukanal İdarəsi şəhər əhalisinin içməli suya olan tələbatını yaxşılaşdırmaq məqsədilə “Kolin” şirkəti tərəfindən tikilmiş, tutumu 1500 kubmetr olan yeni su anbarını əsas xəttə qoşmuşdur.
Şəhər ərazisində “Kolin” şirkəti tərəfindən təmizləyici qurğunun tikintisinə başlanmışdır.
Azərsu tərəfindən smart tipli 876 abonent üçün sayğac quraşdırılaraq, 3504 nəfəri fasiləsiz içməli su ilə təmin edir. Sayğaclaşma işləri davam etdirilir.
Natiq bildirdi ki, son illərdə şəhərin ərazisində yolların kənarlarında yeni yaşıllıq zolaqları salınmış, minlərlə ağac və gül kolları əkilmişdir. Lakin bu yaşıllıqları qoruyub saxlamaq üçün xeyli çətinliklərlə üzləşirik. Bəzi mal-qara sahibləri mal-qaralarını və ev quşlarını
nəzarətsiz şəhərin ərazisinə buraxırlar. Dəfələrlə mal-qara sahiblərinə bu haqda bildirişlər verilməsinə və onlarla söhbətlər aparılmasına baxmayaraq, şəhər ərazisində yenə də nəzarətsiz mal-qaraya rast gəlirik. Odur ki, mal-qara sahiblərindən xahiş edirik mal-qaralarını və ev quşlarını qapalı şəraitdə saxlasınlar.
Məruzəçi bildirdi ki, şəhərdə xüsusilə narahatlıq yaradan sahələrdən biri də ticarətin təşkilidir. Mağazaların qarşısına mal yığılması adi hala çevrilmişdir. Gigiyena və Epidemiologiya Mərkəzi bələdiyyə ilə birlikdə küçə ticarətinə qarşı keçirilmiş reydlər zamanı 7 nəfər barəsində protokol tərtib etmişdir. Yeyinti məhsullarının istehsalı, daşınması, saxlanması və satışı zamanı sanitariya norma və qaydalarının pozulmasına görə 21 şəxs barəsində cərimə tətbiq olunmuşdur. Belə halların qarşısının alınması üçün görülən tədbirlərə baxmayaraq nöqsanlar qalmaqdadır.

Qayğı və diqqətin nəticəsi

Xidmət sahələrindən söz açarkən o dedi:
– Cari ildə Qaz İstismar Sahəsi tərəfindən şəhər ərazisində tikinti işləri davam etdirilmişdir. Ərazidə yerləşən Böyük Mərc və Kökəltmə adlandırılan yaşayış massivlərinin təbii qazla təmin olunması üçün 7475 metr müxtəlif diametrli qaz xətlərinin tikintisi başa çatdırılmışdır.
Həyətyanı ərazilərdən qaz xətlərinin çıxarılması, abonentlərin mənzillərində yeni sayğacların quraşdırılması təmin olunmuşdur. İl ərzində şəhər ərazisində 98 qaz sayğacı yenisi ilə əvəz olunaraq küçəyə çıxarılmış, yeni layihə-smeta sənədləri əsasında 322 yeni məişət qaz sayğacı quraşdırılmışdır.
“İsmayıllı Avtonəqliyyat” Açıq Tipli Səhmdar Cəmiyyəti tərəfindən ötən ilin müvafiq dövrü ilə müqayisədə sərnişin dövriyyəsi 46 faiz artmış, 12.4 min manat əlavə gəlir əldə olunmuşdur.
Rayon İcra Hakimiyyəti tərəfindən “İnovativ” təhsil ili elan olunmuş 2014-cü ildə İsmayıllı şəhərində təhsil sahəsində əsaslı işlər görülmüş, uğurlu nəticələr qazanılmışdır. Şəhər 3 nömrəli tam orta məktəbinin ikinci korpusu əsaslı təmir olunmuş, məktəbin bazasında riyaziyyat və təbiət fənləri liseyi yaradılmışdır.
2013-2014-cü dərs ilində şəhər tam orta məktəblərini 322 nəfər bitirərək tam orta təhsil haqqında atesstat almışdır. Onlardan 140 nəfəri ali məktəblərə daxil olmuş, 16 nəfəri 600-dən yuxarı bal toplamışdır .
Qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış məzunlara İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr verilmişdir.
Mərkəzi Xəstəxananın əsaslı təmirdən sonra burada yaradılan şərait imkan verir ki, düzgün diaqnoz, əsaslı müalicə və hemodializ üçün şəhər sakinləri başqa ünvan axtarmasınlar.
2014-cü ildə Gigiyena və Epidemiologiya mərkəzi şəhər ərazisində sanitariya vəziyyətini yaxşılaşdırılması və yoluxucu xəstəliklərə qarşı mübarizə sahəsində bir sıra tədbirlər həyata keçirmişdir. Görülən işlərlə yanaşı şəhərin ərazisində zibillərin davamlı götürülməsinə, ictimai-iaşə obyektlərində, ticarət təşkilatlarında qanunun tələblərinə riayət olunmasına nəzarət gücləndirilməlidir.
Gənclər və İdman İdarəsi ötən il şəhər ərazisində bir sıra işlər görmüş, idman sahəsində müəyyən uğurlar qazanmış, 100 tədbir keçirilmişdir ki, bunların 19-u respublika, 13-ü isə beynəlxalq tədbir olmuşdur. Son vaxtlar gənclərin potensialından düzgün istifadə olunması, dövlət idarəçiliyinə cəlb edilməsi sahəsində mühüm addımlar atılmışdır.
Hesabat dövründə şəhər ərazisində ”Dini etiqad azadlığı” haqqında Azərbaycan Respublikası Qanununun pozulması halları olmamış, radikal dini qruplara qarşı ciddi mübarizə aparılmış, milli və dini zəmində heç bir ziddiyyət və qarşıdurma baş verməmişdir.
Bildiyimiz kimi, 2014-cü ilin dekabr ayının 23-də bələdiyyə seçkiləri keçirilmişdir. Seçkinin keçirilməsində nümayəndəlik “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnaməyə uyğun üzərinə düşən vəzifələri yerinə yetirmişdir.
Şəhərdə ictimai asayişin qorunması üçün işimizi hüquq mühafizə orqanları ilə birgə qurmuşuq. Hesabat ilində şəhərin ərazisində Heydər Əliyev prospektində, M.Orucov, M.F.Axundov, Ələkbərzadə və Cavanşir küçələrində işıqfor quraşdırılmışdır.
Ötən il ərzində Dövlət Yol Polisi Bölməsinin Yol Patrul xidməti inspektorları tərəfindən 1482 nəfər sürücü saxlanmış və barələrində inzibati qaydada tədbir görülmüşdür. Görülən tədbirlərə baxmayaraq şəhər ərazisində nəqliyyat hadisələri baş verməkdədir.
Şəhərimizdə istismar müddətini bitirmiş maşınlar yenə də taksi xidməti göstərir. Təəssüf ki, avtoxuliqanlıq edənlər hələ də qalmaqdadır. Dövlət Yol Polisi Bölməsinin əməkdaşları avtoxuliqanlıq, sərxoş vəziyyətdə avtomaşını idarə etmək hallarına qarşı daha kəskin tədbirlər görməli, sürücülük hüququ olmadan avtomaşını idarə etmək və digər qanun pozuntularına qarşı nəzarəti artırmalıdırlar.
Rifahımızın yaxşılaşdırılması, şəhərimizin sosial-iqtisadi inkişafının sürətlənməsi, bilavasitə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tükənməz qayğısı və ardıcıl diqqətinin nəticəsidir.

Şərh Yaz