Yaddas kitabcasi

Dəyirmi masa

12 fevral 2015-ci il tarixdə Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə əlaqədar İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində RİH-in təşkilatçılığı ilə dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini, aqrar məsələlər şöbəsinin müdiri Həsən Həsənov diqqətə çatdırıb ki, kənd təsərrüfatı ölkə iqtisadiyyatında mühüm yer tutur. Dövlət kənd təsərrüfatının inkişafına xüsusi qayğı göstərir. Prezident İlham Əliyevin aqrar sahənin inkişafına göstərdiyi yüksək diqqət, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi ilə bağlı imzaladığı sərəncamlar, regionların sosial-iqtisadi inkişafına olan qayğı İsmayıllıda aqrar sahənin inkişafına güclü təkan verib.
Dəyirmi masa12 fevral 2015-ci il tarixdə Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə əlaqədar İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində RİH-in təşkilatçılığı ilə dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini, aqrar məsələlər şöbəsinin müdiri Həsən Həsənov diqqətə çatdırıb ki, kənd təsərrüfatı ölkə iqtisadiyyatında mühüm yer tutur. Dövlət kənd təsərrüfatının inkişafına xüsusi qayğı göstərir. Prezident İlham Əliyevin aqrar sahənin inkişafına göstərdiyi yüksək diqqət, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi ilə bağlı imzaladığı sərəncamlar, regionların sosial-iqtisadi inkişafına olan qayğı İsmayıllıda aqrar sahənin inkişafına güclü təkan verib.

Dəyirmi masa

Tədbirdə toxumçuluğun inkişafı və yeni toxumçuluq təsərrüfatının yaradılması, suvarma sistemlərindən istifadə, suvarmanın tətbiqi və genişləndirilməsi, müasir istixanaların yaradılması, açıq sahə tərəvəzçiliyinin inkişafı, kooporesiyaların və iri fermer təsərrüfatlarının yaradılması istiqamətində lazımi işlərin davam etdirilməsi, mineral gübrələrin tətbiqinin genişləndirilməsi, yeni meyvə və üzüm bağlarının salınması, kənd təsərrüfatının daha dolğun təmin edilməsi və digər məsələlər ətraflı müzakirə olunub. Müzakirələrdə Knyaz Əkbərov, İzzət Qubadov, Baba Babayev, Ağarza Zülfüqarov, Alıcan Süleymanov, Nikolay Dubrovin, Akif Əsədov, Vüqar Həsənov, Teymur Bəşirov və digərləri çıxış edərək səmərəli təkliflər səsləndiriblər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz