Yaddas kitabcasi

Kənd təsərrüfatının intensiv inkişafı, yeni istehsal sahələrinin təşkili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının müvafiq sərəncamı ilə 2015-ci il respublikamızda “Kənd Təsərrüfatı” ili elan edilmişdir.
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda ölkə rəhbəri aqrar sahənin prioritet sahə olduğunu, kənd təsərrüfatında səmərəliliyin artırılması, ərzaq təhlükəsizliyinin böyük önəm daşıdığını, istifadəsiz torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasının əhəmiyyətini, torpaqların elektron uçot sisteminin aparılmasının vacibliyini qeyd etmişdir. Üçüncü “Dövlət Proqramı”nın icrası başa çatdıqda bütün kənd təsərrüfatı məhsulları ilə özümüzü tam təmin etməliyik. Ölkə rəhbəri tərəfindən kənd təsərrüfatı məhsulları üzrə təmin olunma səviyyəsinə aid statistik məlumatların təhlilindən məlum oldu ki, bu sahədə ən ağır vəziyyət taxılçılıq sahəsindədir. Respublika üzrə taxıl məhsullarına olan tələbatın 60 faizi ödənilir.
Kənd təsərrüfatının intensiv inkişafı, yeni istehsal sahələrinin təşkiliAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının müvafiq sərəncamı ilə 2015-ci il respublikamızda “Kənd Təsərrüfatı” ili elan edilmişdir.
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda ölkə rəhbəri aqrar sahənin prioritet sahə olduğunu, kənd təsərrüfatında səmərəliliyin artırılması, ərzaq təhlükəsizliyinin böyük önəm daşıdığını, istifadəsiz torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasının əhəmiyyətini, torpaqların elektron uçot sisteminin aparılmasının vacibliyini qeyd etmişdir. Üçüncü “Dövlət Proqramı”nın icrası başa çatdıqda bütün kənd təsərrüfatı məhsulları ilə özümüzü tam təmin etməliyik. Ölkə rəhbəri tərəfindən kənd təsərrüfatı məhsulları üzrə təmin olunma səviyyəsinə aid statistik məlumatların təhlilindən məlum oldu ki, bu sahədə ən ağır vəziyyət taxılçılıq sahəsindədir. Respublika üzrə taxıl məhsullarına olan tələbatın 60 faizi ödənilir.

Kənd təsərrüfatının intensiv inkişafı, yeni istehsal sahələrinin təşkili

1 yanvar 2015-ci il tarixə rayon üzrə 33915 hektar əkinə yararlı torpaq sahəsi mövcuddur. Cari ilin məhsulu üçün 28445 hektar sahədə səpin aparılmışdır. Göründüyü kimi, əkinə yararlı torpaq sahəsinin 84 faizində taxıl səpilmişdir. Rayon üzrə taxıl əkinlərinin üstünlük təşkil etməsinin əsas səbəbi əkinlərimizin dəmyə şəraitdə yetişdirilməsi, eləcə də əhalinin taxıla olan öz ehtiyaclarının təmin olunmasıdır. Lakin, nəzərə almaq lazımdır ki, bir hektar torpaq sahəsindən daha çox gəlir gətirən digər sahələr də vardır ki, bu sahələrin rayonumuzda inkişaf etdirilməsi daha məqsədəuyğundur.
Ötən il rayonumuzun taxılçıları üçün uğurlu olmuşdur. Belə ki, 2014-cü ildə rayon üzrə rekord miqdarda 83620 ton dənli-paxlalı bitki məhsulları istehsal olunmuş, hər hektarın məhsuldarlığı isə 28,1 sentner təşkil etmişdir. Baxmayaraq ki, əldə olunmuş məhsuldarlıq respublika səviyyəsindən 5 sentner çoxdur, lakin, bu son hədd deyil. Sovetlər dönəmində rayon üzrə hər hektarın məhsuldarlığı 35-40 sentner təşkil edirdi. Nikitin adına kolxozda isə daha yüksək məhsuldarlıq əldə olunurdu. Ayrı-ayrı illərdə kolxoz üzrə 50 sentner məhsuldarlıq əldə olunurdu. Lakin, təəssüf hissi ilə bildirmək istəyirəm ki, ötən il kolxozda ən aşağı səviyyədə – 14 sentner məhsuldarlıq əldə olunmuşdur.
Ümumiyyətlə, rayon üzrə taxılın məhsuldarlığını artırmaq üçün istər əkin sahələrinin şumlanması və əkilməsi optimal müddətdə başa çatdırılmalı, yüksək reproduksiyalı taxıl toxumlarından istifadə olunmalı, sahələrə kifayət qədər üzvi və mineral gübrələr verilməli, ziyanvericilərə qarşı mübarizə tədbirləri aparılmalı, alaq otları ilə sirayətlənmiş sahələrə herbisidlər tətbiq edilməli, yemləmə gübrələri verilməlidir.
Rayonumuzun kənd təsərrüfatının əsasını heyvandarlıq və bitkiçilik təşkil edir. Bundan başqa, rayonumuzda üzümçülük, meyvəçilik, arıçılıq sahələri də geniş yayılmışdır.
Üzümçülük sahəsi ən gəlirli sahələrdən biridir. Sovetlər dönəmində rayonda 12 min hektar üzüm bağından 85 min tona yaxın üzüm istehsal olunurdu.
Hazırda isə rayon üzrə 934 hektar üzüm bağı var və həmin bağların 847 hektarı bar verəndir. Mövcud bağlardan ötən il rayon üzrə 2791 ton üzüm istehsal edilmiş, hər hektardan 34,8 sentner məhsuldarlıq əldə olunmuşdur. Məhsuldarlığın aşağı olmasının əsas səbəbi ötən il havaların həddən artıq quraq keçməsi olmuşdur. Lakin, Nikitin adına kolxozda məhsuldarlığın aşağı düşməsinin tək səbəbi quraqlıq deyil.
Üzümçülüyün inkişaf etdirilməsi məqsədilə 2012-2020-ci illərdə həyata keçiriləcək “Dövlət Proqramı”nın icrası ilə əlaqədar rayon üzrə 1000 hektar sahədə yeni üzüm bağlarının salınması planlaşdırılmışdır. 2014-cü ildə 87 hektar sahədə yeni üzüm bağı salınmışdır. Cari ildə də bu istiqamətdə tədbirlər davam etdiriləcəkdir.
Bitkiçilik sahəsində ən gəlirli sahə örtülü tərəvəzçilikdir. İstixana təsərrüfatlarının təşkili böyük vəsait tələb etmir, həm də az vaxtda yetişir, eləcə də il ərzində bir neçə dəfə məhsul almaq olur.
Son illər rayonumuzda istixana təsərrüfatlarının yaradılması istiqamətində böyük işlər aparılır. Ötən il Topçu, Qurbanəfəndi, Sumağallı, Tircan, Kürdmaşı, Qubaxəlilli kəndlərində, eləcə də İsmayıllı şəhərində istixana təsərrüfatları yaradılmış və həmin təsərrüfatların genişləndirilməsi, eləcə də yeni təsərrüfatların yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Qubaxəlilli kəndində sahibkar Ehtiyac Hüseynov tərəfindən isə bu istiqamətdə daha böyük işlər görülmüş, hətta suvarmanın təşkili məqsədilə mini elektrik stansiyası yaradılmışdır.
Biz həmin sahibkarların təcrübə mübadiləsi aparmaq məqsədilə Şəmkir rayonuna səfərini təşkil etdik.
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda möhtərəm Prezidentimiz İlham Əliyev cənabları istifadəsiz qalan torpaqlarla bağlı tədbirlərin görülməsinin vacibliyindən, icarəyə götürülmüş torpaq sahələrindən istifadə etməyən icarədarlarla bağlanmış müqavilələrin ləğv olunması istiqamətində tədbirlər görülməsi, eləcə də torpaqların elektron uçot sisteminin aparılması barədə yerli icra orqanlarına tapşırıqlarını vermişdir.
Təəssüf ki, rayonumuzda da istifadəsiz, əkilməyən torpaq sahələri var. Bu məsələnin araşdırılması ilə bağlı artıq rayon İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq tapşırıq verilmişdir. Hal-hazırda bu istiqamətdə iş aparılır. Qısa vaxt ərzində əkin aparmayan icarədarlar müəyyən ediləcək və onlarla bağlanmış icarə müqavilələri ləğv olunacaqdır.
Təəssüf hissi ilə bildirmək istəyirəm ki, hər il təxminən 700-1000 hektara yaxın sahə istehsalçılar tərəfindən əkilmir, dincə saxlanılır. Yerlərdə baxış zamanı aşkar olur ki, bu torpaqlar dincə qoyulmayıb, ot biçmək üçün saxlanılıb. Dincə qoyulmuş torpaq sahələri həm payızda, həm də yazda şumlanmalıdır. Əgər torpaqdan ot biçiləcəksə bu, dincə qoymaq deyil. Odur ki, torpaqlar hər il əkilməlidir. Məhsuldarlığın artırılması üçün növbəli əkin sistemindən istifadə olunmalı, eyni zamanda, sahələrə şumaltı və yemləmə gübrələri verilməlidir.
Əkin dövriyyəsinin genişləndirilməsi məqsədilə rayon İcra Hakimiyyəti başçısı tərəfindən 1811 hektar torpaq sahəsinin əkin dövriyyəsinə cəlb olunması ilə bağlı Respublikanın Baş Nazirinə rəsmi müraciət olunmuşdur. Hal-hazırda bu istiqamətdə iş aparılır.
2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunması ilə əlaqədar il ərzində həyata keçiriləcək işlər üçün tədbirlər planı hazırlanmışdır. Tədbirlər planında bütün kəndlər nəzərə alınmış, hər kəndin yerləşdiyi təbii iqlim şəraitinə uyğun tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Ümumiyyətlə, rayonumuzun ərazisi üç zonaya –“ dağlıq, dağətəyi və aran zonalarına bölünmüşdür ki, hər zonanın özünün spesifik xüsusiyyətləri vardır.
Aran zonasını əhatə edən kəndlərdə iri taxılçılıq təsərrüfatlarının, aqroparkların, istixanaların, üzümçülük, quşçuluq təsərrüfatlarının, eləcə də iri heyvandarlıq təsərrüfatlarının yaradılması planlaşdırılmışdır.
Qubaxəlilli ibzibati ərazisinə daxil olan kəndlərdə, eləcə də həmin əraziyə yaxın olan kəndlərin bazasında aqroparkın yaradılması məqsədəuyğundur. Aqroparkda kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanması və satışı, istehsal müəssisəsinin tikilməsi, nəqliyyat terminalı və loqistik mərkəzlərin yaradılması məqsədə uyğundur.
Bu barədə əhali arasında maarifləndirmə işləri aparılmalı və yaradılması nəzərdə tutulan aqroparkların üstünlükləri barədə kənd sakinlərinə lazımı bilgilər verilməlidir.
Rayonun dağətəyi zonasında isə əsasən ət, süd, gön-dəri, qarışıq yem və un məhsulları emalı müəssisələrinin yaradılması, yaşıl marketlərin, fermer mağazalarının təşkili, tinglik təsərrüfatlarının və meyvə bağlarının salınması nəzərdə tutulmuşdur.
Dağlıq zonasında yerləşən kəndlərdə isə əsasən arıçılıq təsərrüfatlarının, ətlik maldarlığın və ixtisaslaşmış bitkiçilik təsərrüfatlarının təşkili nəzərdə tutulmuşdur.
Konfransda ölkə rəhbəri hər bir rayonda ixtisaslaşma aparılmasının əhəmiyyətini qeyd etmişdir. Odur ki, tərtib olunmuş tədbirlər planında rayonun zonaları üzrə ixtisaslaşması nəzərə alınmışdır.
Tədbirlər planında yaradılması nəzərdə tutulan müəssisələrin təşkili istiqamətində ötən il ərzində də işlər aparılmışdır. Belə ki, Qalınçaq kəndində “Şən Fermer” MMC tərəfindən illik istehsal gücü 1000 ton olan quşçuluq təsərrüfatının tikintisinə başlanmış, Keyvəndi kəndində “Azzo-aqro” şirkəti tərəfindən 1500 başlıq heyvandarlıq kompleksinin tikintisi davam etdirilmişdir.
Bundan başqa, Topçu kəndində fermer mağazası fəaliyyətə başlamış, İsmayıllı şəhərində isə müasir tələblər səviyyəsində “Yaşıl Market”in tikintisi davam etdirilir. Cari ildə bu istiqamətdə işlər davam etdiriləcəkdir.
2015-ci ildə şəhər ərazisində Respublika Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə çoxfunksiyalı “Fermer evi” istifadəyə veriləcəkdir. “Fermer evi”nin təşkilində məqsəd vaxtaşırı fermerlərlə görüşlərin təşkili, mütərəqqi iş üsulları, elmin texnikanın, son nailiyyətləri barədə fermerlərin məlumatlandırilması, aidiyyəti sahələr üzrə mütəxəssislər tərəfindən fermerlərə lazımı məsləhətlərin verilməsi və s. tədbirlərin həyata keçirilməsinin təşkilidir.
“Fermer evi”ndə tədbirlərin keçirilməsi üçün konfrans zalı, mütəxəssislərin bir araya gəlməsi üçün iş otaqları, rayonumuzda istehsal olunan kənd təsərrüfatı məhsullarının sərgisi, rayonumuzun əmək qəhrəmanları üçün xüsusi güşə, kənd təsərrüfatına aid ədəbiyyatların saxlanması üçün xüsusi güşə təşkil olunacaqdır.
“Fermer evi”ndə fermerlər üçün digər xidmət sahələrinin təşkili də nəzərdə tutulmuşdur.
Ümumiyyətlə, 2015-ci ildə aqrar sahədə həyata keçiriləcək işlərin icrası ilə əlaqədar hazırlanmış “Tədbirlər Planı”nda aqrar sahənin bütün fəaliyyət sahələri əhatə olunmuşdur.
H.Həsənov,
RİH başçısının aqrar məsələlər üzrə müavini

Şərh Yaz