2015-ci il “Kənd Təsərrüfatı ili” elan edilib

2015-ci ilin “Kənd Təsərrüfatı ili” elan olunması ilə əlaqədar aqrar sahənin inkişaf etdirilməsi və ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə qarşıda duran vəzifələr barədə” 06 fevral 2015-ci il tarixində İsmayıllı Rayon İcra Hakimiyyətində müşavirə keçirilib.
Tədbirdə rayonun aqrar sahəsində fəaliyyət göstərən iş adamları, fermerlər, kənd təsərrüfatı məhsulları istehsalçıları, RİH başçısının İƏD üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak edib.

2015-ci il “Kənd Təsərrüfatı ili” elan edilib2015-ci il “Kənd Təsərrüfatı ili” elan edilib
2015-ci ilin “Kənd Təsərrüfatı ili” elan olunması ilə əlaqədar aqrar sahənin inkişaf etdirilməsi və ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə qarşıda duran vəzifələr barədə” 06 fevral 2015-ci il tarixində İsmayıllı Rayon İcra Hakimiyyətində müşavirə keçirilib.
Tədbirdə rayonun aqrar sahəsində fəaliyyət göstərən iş adamları, fermerlər, kənd təsərrüfatı məhsulları istehsalçıları, RİH başçısının İƏD üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak edib.
Müşavirəni giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının müvafiq sərəncamı ilə 2015-ci ilin respublikamızda “Kənd Təsərrüfatı ili” elan edildiyini və ölkə rəhbərinin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda aqrar sahənin prioritet sahə olduğunu, kənd təsərrüfatında səmərəliliyin artırılması, ərzaq təhlükəsizliyinin böyük önəm daşıdığını, istifadəsiz torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunmasının əhəmiyyətini, torpaqların elektron uçot sisteminin aparılmasının vacibliyini və üçüncü “Dövlət Proqramı”nın icrası başa çatdıqda bütün kənd təsərrüfatı məhsulları ilə özümüzü tam təmin etməli olduğumuzu bildirib.

2015-ci il “Kənd Təsərrüfatı ili” elan edilib

Sonra RİH başçısının müavini, aqrar məsələlər şöbəsinin müdiri Həsən Həsənov “Kənd təsərrüfatının intensiv istiqamətində həyata keçiriləcək tədbirlər, yeni istehsal sahələrinin təşkili, qarşıda duran vəzifələr barədə” məruzə edib.
Məsələ ətrafında müzakirələrdə Nikitin adına kolxozun sədri Nikolay Dubrovin, Rayon Aqrokimya Laboratoriyasının müdiri Ağarza Zülfüqarov, Sumağallı kəndində parnik təsərrüfatı ilə məşğul olan Seymur Rəsulov, üzümçü mütəxəssis Vahid Kərəmov, RİH başçısının Qubaxəlilli İƏD-i üzrə nümayəndəsi Yaşar Calalov və başqaları çıxış ediblər.
Sonra Kənd Təsərrüfatı Nazirinin müşaviri, iqtisad elmləri doktoru Rəsul Balayev “Aqrar sahənin inkişafı: Reallıqlar və perspektivlər” mövzusunda geniş çıxış edib və məsələ ətrafında tədbir iştirakçılarını maraqlandıran bir çox məsələlərə aydınlıq gətirib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz