Şəmkir rayonuna işgüzar səfər

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə fevral ayının 10-da İsmayıllı sahibkarlarından bir qrupunun Şəmkir rayonunda istixana fəaliyyəti ilə məşğul olan təsərrüfatlara təcrübə mübadiləsi ilə əlaqədar işgüzar səfəri təşkil edilmişdir. Sahibkarlardan ibarət nümayəndə heyətinin tərkibində RİH-nin müavini, Aqrar məsələlər şöbəsinin müdiri Həsən Həsənov, həmin şöbənin baş məsləhətçiləri Şahin Hüseynov (bu sətirlərin müəllifi), Paşa Məmmədov, eləcə də “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Soltanov da vardır. Nümayəndə heyətini Şəmkir rayon İcra Hakimiyətinin rəsmiləri qarşılamış və səfər ərəfəsində onlarla birgə olmuşlar.
Bildirmək istəyirəm ki, Şəmkir rayonunda aqrar sahə sürtətlə inkişaf etdirilir. Aqrar sektorun ən gəlirli sahələrindən biri örtülü torpaq və ya istixana tərəvəzçiliyidir. 2014-2018-ci illədə Azərbaycan Respublikasında Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində istixana tərəvəzçiliyinin inkişafı ilə əlaqədar rayonda xeyli iş görülmüşdür. Xüsusilə də, müasir texnologiyalarla yaradılan istixanaların sayı ilbəil artır. Son məlumatlara əsasən rayonda mövcud olan istixanaların sayı 10000-dən çoxdur və bunlar da 1500 hektardan çox ərazini əhatə edir. Statistika göstərir ki, rayon əhalisinin 60 faizdən çoxu istixana təsərrüfatlarında işləyir.
Şəmkir rayonuna işgüzar səfərŞəmkir rayonuna işgüzar səfər

Rayonun kənd təsərrüfatının ümumi daxil məhsulu 74 faiz təşkil edir ki, bunun da 40 faizi istixanaların payına düşür. Ərzaq proqramında sabitliyin formalaşmasında istixana tərəvəzçiliyi xüsusi əhəmiyyət daşıyır və ilin bütün fəsillərində bu təsərrüfatlarda məhsul yetişir.
İstixanalara səfər çərçivəsində ilk görüşümüz “Vətən” Az. MMC-yə məxsus təsərrüfatdan başladı. Bu təsərrüfatın rəhbəri, sahibkar Azər Əmiraslanov bizi qarşıladı və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verdi. O, qeyd etdi ki, təsərrüfatımız 4,2 ha. sahədə pomidor və 10 hektar sahədə çiyələk yetişdirməklə məşğuldur və gələcəkdə bu sahələrimi artıraraq 30 hektara çatdıracağıq. Pomidor istixanalarında əsasən Ralli sortundan istifadə edirik, bu sort çox məhsuldardır. Hər hektarda qida sahəsinə görə 25 min ədəd bitki yetişdiririk. Hər bitki orta hesabla 4-5 kiloqram əmtəəlik məhsul verir və beləliklə, hektardan orta hesabla 90-100 ton və daha çox məhsul alınır.
İstixana müasir tələbata cavab verən isitmə sistemi və becərmədə tətbiq edilən son texnologiyalara əsaslanan avadanlıqlarla təchiz edilmişdir. Sahibkar qeyd etdi ki, bir hektar sahədə müasir istixananın qurulmasına orta hesabla 50-60 min manat vəsait sərf olunur. İl ərzində məhsul istehsalına (işçilərin əmək haqqı əkin materialının hazırlanması, enerji xərcləri, üzvi və mineral gübrələrə və sair) sərf olunan xərclər orta hesabla 20-22 min manat təşkil edir. Bir hektar istixanadan 100 ton məhsul götürülərsə və orta hesabla hər kiloqramı bir manata satılarsa 100 min manat vəsait əldə edilə bilər. Bundan belə nəticə çıxır ki, parnik təsərrüfatı bir ildə çəkilən xərclərin tam ödəyir və 10 min manata qədər xalis gəlir əldə edilir. Növbəti illərdə isə ümumi istehsaldan gələn gəlirin 70 faizi xalis gəlir kimi əldə olunur.

Şəmkir rayonuna işgüzar səfər

Həmin müəssisə tərəvəzçilikdən əlavə çiyələk istehsalı ilə də məşğul olur. Sahibkar bildirdi ki, təsərrüfatda çiyələyin kristal, panaroz və digər sortları əkilib becərilir. Г‡iyələk sahələri bir dəfə əkilmək şərti ilə 3-5 il müddətində istifadə olunur. Hər hektarda 60 min ədəd bitki yetişdirilir və bir bitki qulluq şəraitindən asılı olaraq orta hesabla 0,5-0,7 kiloqram məhsul verə bilir.
Yaxşı olar ki, daha yüksək məhsul əldə etmək üçün hər il yeni bitkilər əkilsin. Г‡iyələk bitkiləri hər hektardan 35-40 ton məhsul verə bilirlər. İstehsal edilən məhsulun ilin fəsillərindən asılı olmayaraq hər kiloqramı 60 qəpik bir manat civarında satılır və hər hektardan 20 min manata qədər ümumi gəlir və 7-8 min manat isə xalis gəlir götürmək olur.
Daha sonra sahibkarlar “Az.Aqro” MMC-nin yaratdığı qızılgül istixanasında oldular. Burada görülən işlər elmin-texnikanın ən son nailiyyətləri əsasında qurulmuşdur. Bir hektar ərazidə qurulan istixanada bütün əməliyyatlara elektron nəzarət həyata keçirilir.

Şəmkir rayonuna işgüzar səfər

Bitkilər torpaqsız şəraitdə “minerallaşdırılmış pambıq” üzərində əkilir və becərilir. Bitkilərin qida, su, işıq rejimi komputerlər tərəfindən nizamlanır. Bir məsələni xüsusi vurğulamaq istəyirəm ki, parnikdə istifadə edilən su irriqasiya bölməsində süzülür, digər hissəciklərdən tam təmizlənir, suyun turşuluğu normal həddə (PH-5,5) çatdırılır, daha sonra mikro və makro gübrələrlə zənginləşdirilərək istixanada becərilən hər bir bitkinin tələbatına uyğun verilir. İstixanada hər gün 4-7 min ədəd gül dərilir və il ərzində orta hesabla 2 milyon ədəd gül istehsal edilərək daxili və xarici bazarlarda satılır.
Səfərin sonunda İsmayıllı sahibkarları Şəmkirdə tikintisi yeni başlanmış “Aqropark”da da oldular və burada görülməsi nəzərdə tutulan işlərlə tanış oldular.
Həyata keçirilən işgüzar səfər və təcrübə mübadiləsi böyük maarifləndirici əhəmiyyət kəsb etdi. Sahibkarlar rayonumuzda istixanaların yaradılması istiqamətində lazımı bilgilər əldə etməklə, həmin sahələrin inkişaf etdirilməsi ilə əlaqədar məqsədyönlü işlər görəcəklərini bildirdilər.
Nümayəndə heyətinə göstərilən diqqətə görə sahibkarlar Şəmkir rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Şahin Hüseynov

Şərh Yaz