Yaddas kitabcasi

Vergilərə edilmiş dəyişikliklər haqqında

Gəlir vergisinə edilmiş dəyişikliklər barədə
Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli “Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında” Qanunu 31 dekabr 2014-cü il tarixədək qüvvədə olmuşdur. Həmin Qanunun qüvvədə olduğu müddət ərzində fiziki şəxslərə əmanətləri üzrə ödənilən faizlər Vergi Məcəlləsinin 123-cü maddəsi ilə nəzərdə tutulan ödəmə
Bu Qanunun qüvvədən düşməsi ilə əlaqədar Vergi Məcəlləsinə yeni 102.1.22-ci maddə əlavə edilmişdir. Bu maddəyə əsasən yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin 500 manatadək olan hissəsi gəlir vergisindən azaddır.
Vergilərə edilmiş dəyişikliklər haqqındaVergilərə edilmiş dəyişikliklər haqqında
Gəlir vergisinə edilmiş dəyişikliklər barədə
Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli “Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında” Qanunu 31 dekabr 2014-cü il tarixədək qüvvədə olmuşdur. Həmin Qanunun qüvvədə olduğu müddət ərzində fiziki şəxslərə əmanətləri üzrə ödənilən faizlər Vergi Məcəlləsinin 123-cü maddəsi ilə nəzərdə tutulan ödəmə
Bu Qanunun qüvvədən düşməsi ilə əlaqədar Vergi Məcəlləsinə yeni 102.1.22-ci maddə əlavə edilmişdir. Bu maddəyə əsasən yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin 500 manatadək olan hissəsi gəlir vergisindən azaddır.
Misal:
1. Fiziki şəxs 01.01.2015-ci il tarixdə yerli banka 1 il müddətinə illik 9 faiz dərəcəsi ilə 10000 manat məbləğində əmanət yerləşdirmişdir. Bu halda, ilin sonunda fiziki şəxsə ödəniləcək faizlərdən ödəmə mənbəyində tutulmalı vergi aşağıdakı qayda ilə hesablanacaq:
10000 manat x 9% = 900 manat (ödəniləcək faizin məbləği), (900-500) x 10% = 40 manat (ödəmə mənbəyindən tutulan vergi).
2. Fiziki şəxs 15.03.2014-cü il tarixdə yerli banka 1 il müddətinə illik 10 faiz dərəcəsi ilə 40000 manat məbləğində əmanət yerləşdirmişdir. Müqavilədə faizlərin bir ilin tamamında götürülməsi nəzərdə tutulmuşdur. Bu halda, 15.03.2015-ci ildə fiziki şəxsə ödəniləcək faizlərdən ödəmə mənbəyində tutulmalı vergi aşağıdakı qayda ilə hesablanacaq:
40000 manat x 10% = 4000 manat(ödəniləcək faizin məbləği) Faiz gəlirlərinin yalnız 01.01.2015-15.03.2015-ci il dövrünə düşən hissəsi vergiyə cəlb olunacaq:
4000 manat/12 ay = 333,3 manat 333,3 manat x 2,5 ay = 833,25 manat (833,25 manat – 500 manat) x 10% = 33,3 manat (ödəmə mənbəyindən tutulan vergi)
3. Fiziki şəxs 01.01.2015-ci il tarixdə bir yerli banka illik 12%-lə 20000 manat, digər yerli banka 01.01.2015-ci il tarixdə illik 11%-lə 15000 manat əmanət yerləşdirmişdir. Üçüncü banka isə 01.02.2015-ci il tarixdə illik 7%-lə 5000 manat əmanət yerləşdirmişdir. Bütün müqavilələr 1 illik müddətə bağlanmışdır.
Bu halda güzəşt fiziki şəxsin hər bir faiz gəlirinə ayrı-ayrılıqda tətbiq ediləcək:
20000 x 12 % – 500 manat =1900 manat x 10%=190 manat 15000 x 11% – 500 manat = 1150 manat x 10% = 115 manat 5000 x 7% – 500 manat < 0 vergi tutulmur.
4. Fiziki şəxs 01.01.2015-ci il tarixdə yerli bankın iki ayrı-ayrı filialının hər birinə illik 12%-lə 20000 manat əmanət yerləşdirmişdir. Bütün müqavilələr 1 illik müddətə bağlanmışdır.
Bu halda əmanət eyni bankın iki ayrı-ayrı filialına yerləşdirildiyinə görə güzəşt faiz gəlirinin cəminə tətbiq ediləcək:
40000 x 12 % – 500 manat = 4300 manat x 10% = 430 manat

Yol vergisinə edilmiş dəyişikliklər barədə

Yol vergisi üzrə Vergi Məcəlləsinin 209-cu, 210-cu, 211-ci və 212.3-cü maddələrinə
dəyişikliklər edilmiş, yeni 211.4-cü maddə əlavə edilmiş, 212.2-ci və 212.4-cü maddələr isə ləğv edilmişdir.
Dəyişikliklərlə əlaqədar olaraq yol vergisinin ödəyiciləri dəyişmişdir. Belə ki, artıq Azərbaycan Respublikasının ərazisində şəxslərin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri vergitutma obyekti deyildir, yəni 2015-ci ildən etibarən mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan hüquqi və fiziki şəxslər illik yol vergisi ödəməyəcəklər.
Dəyişiklikdən sonra yol vergisinin vergitutma obyekti:
* Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı olan xarici dövlətlərin avtonəqliyyat vasitələri,
* Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qazdır.
Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onların hər litrinin topdansatış qiymətinə (ƏDV və aksiz daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanır. İdxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilən, lakin onların hər litrinin topdansatış bazar qiymətindən aşağı olmayan gömrük dəyərinə (ƏDV və aksiz daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanır. Qeyd edək ki, idxal zamanı yol vergisinin tutulmasına nəzarəti gömrük orqanları, digər hallarda vergi orqanları nəzarət edəcək.
Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı ilə məşğul olan şəxslər yol vergisini aylıq olaraq hesablamalı və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq, Vergilər Nazirliyinin müəyyən etdiyi forma üzrə yol vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə həmin müddətdən gec olmayaraq vergini dövlət büdcəsinə ödəməlidirlər.

Aksizlərə aid dəyişikliklər

Vergi Məcəlləsinin aksizlərə aid 185.1-ci, 185.2-ci (1-ci bəndi), 188.1.1-ci, 190.2-ci, 190.3.1-190.3.7-ci və 190.4-cü maddələrinə müvafiq dəyişiklik edilmiş, 185.2-ci və 190.1-ci maddələrinə yeni bəndlər, 188.1.5-ci və 190.3.8-ci yeni maddələr əlavə edilmişdir.
Qeyd olunmuş əlavə və dəyişikliklərə əsasən platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza idxalda aksiz tətbiq olunacaq.
Bununla yanaşı, fiziki şəxsin fərdi istehlakı üçün 20 qram qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazın idxalı aksizdən azaddır.
Aksizli mallara aşağıdakı aksiz dərəcəsi tətbiq ediləcəkdir:
a) idxal olunan platinin hər qramına görə 2 manat;
b) idxal olunan qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının min (1000) çəki vahidindəki miqdarına görə:
1000 çəki vahidində qızılın miqdarı, hər qrama görə aksizin dərəcəsi:
375 qr. – 0,8 manat, 500 qr. – 1 manat, 585 qr. – 1,2 manat, 750 qr. – 1,5 manat, 958 qr. – 1,8 manat,
999 qr. – 2 manat.
Qeyd: Hesablama zamanı fiziki şəxsin fərdi istehlakı üçün idxal edilən 20 qram qızılın aksiz vergisindən azad edilməsi nəzərə alınır.

Əmlak vergisinə edilmiş dəyişikliklər barədə

Əmlak vergisi üzrə Vergi Məcəlləsinin 198.1.1, 199.4.3, 200.1 və 200.2-ci maddələrinə dəyişiklik edilib.
Belə ki, fiziki şəxslər 01.01.2015-ci il tarixindən etibarən binaların inventar dəyərinə görə deyil, binaların sahəsinin hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunmaqla əmlak vergisini ödəməlidir.
Yaşayış sahəsi 30 kvadratmetrdən aşağı olduqda vergi hesablanmır.
Bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə Nazirlər Kabinetinin müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq ediləcəkdir.
Misal:
1. Bakı şəhərində (Nazirlər Kabinetinin müəyyən etdiyi əmsalı şərti olaraq 1,1 qəbul edək) fiziki şəxsin mülkiyyətində 60 kvadratmetr sahəsi olan yaşayış evi mövcuddur. Evə görə əmlak vergisi aşağıdakı qayda ilə hesablanır: (60 kvadratmetr – 30 kvadratmetr) x 0,4 manat x 1,1 = 13,2 manat.
Yaşayış məntəqələri fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələri dəyişiklikdən əvvəl dəyişiklikdən sonra Bakıda xüsusi mülkiyyətdə olan binaların inventarlaşdırılmış dəyəri 5000 manatadək olduqda, vergi tutulmur, 5000 manatdan çox olan məbləğdən 0,1 faiz 1 kvadratmetr – 0,4 manat.
* Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu 1 kvadratmetr – 0,3 manat;
* Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri 1 kvadratmetr – 0,2 manat;
* Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla)1 kvadratmetr – 0,1 manat.
2. Sumqayıt şəhərində fiziki şəxsin mülkiyyətində 85 kvadratmetr sahəsi olan mənzili və sahibkarlıq məqsədi üçün istifadə etdiyi 25 kvadratmetr sahəsi olan obyekti vardır. Bu halda əmlak vergisi aşağıdakı qaydada hesablanacaq:
(85 kvadratmetr – 30 kvadratmetr) x 0,3 manat = 16,5 manat 25 kvadratmetr x 0,3 manat = 7,5 manat
Cəmi: 16,5 manat + 7,5 manat = 24 manat

Dəyişiklikdən sonra əmlak vergisi aşağıdakı kimidir:

Yaşayış məntəqələri Fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələri (manatla)
Bakı 0,4
Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu 0,3
Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri 0,2
Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla) 0,1

Torpaq vergisinə edilmiş dəyişikliklər barədə

Torpaq vergisi üzrə Vergi Məcəlləsinin 206.3-cü maddəsinə dəyişiklik edilmişdir. Bu maddəyə əsasən aşağıdakı cədvəldə təyinatları qeyd olunan torpaq sahələrinin hər 100 kvadratmetrinə görə torpaq vergisinin məbləği göstərilən dərəcələr tətbiq olunmaqla hesablanır:
Yaşayış məntəqələri Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar (manatla) Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar

10 000 kv.m-dək olduqda 10 000 kv.m-dən yuxarı olan hissə üçün 10 000 kv.m-dək olduqda 10 000 kv.m-dən yuxarı olan hissə üçün
Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri 10 20 0,6 1,2
Gəncə, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbə və kəndləri 8 16 0,5 1,0
Digər şəhərlər və rayon mərkəzləri 4 8 0,3 0,6
Rayon tabeliyində olan şəhərlər, qəsəbələr və kəndlər 2 4 0,1 0,2
Misallar:
1. Sumqayıt şəhərində yerləşən müəssisənin 1,4 hektar (14000 m ) sənaye üçün istifadə etdiyi torpaq sahəsi var. Bu halda müəssisənin torpaq vergisi aşağıdakı kimi hesablanır:
(10000 m2/100 m2) x 8 = 800 manat (10000 -ə qədər olan hissə üçün) 4000 m2/100 m2 x 16 = 640 manat (10000 mР†- dən yuxarı olan hissə üçün) Cəmi: 800 manat + 640 manat = 1440 manat
2. Fiziki şəxsin Bakı şəhərində 6 sot həyətyanı sahəsi var. Bu halda torpaq vergisi aşağıdakı kimi hesablanır:
(600 m2/100 m2) x 0,6 = 3,6 manat
3. Fiziki şəxsin Lənkəranın Liman şəhərində 20 sot həyətyanı sahəsi var. Bu halda torpaq vergisi aşağıdakı kimi hesablanır:
(2000 m2/100 m2) x 0,1 = 2 manat
4. Müharibə veteranı olan şəxsin Cəlilabad rayonunun Göytəpə şəhərində 12 ha. bağ sahəsi var. Bu halda torpaq vergisi torpaq sahəsinin ölçüsündən və vergi güzəşti nəzərə alınmaqla aşağıdakı kimi hesablanır:
(10000 m2 /100 m2) x 0,1 manat = 10 manat (10000 m2 -ə qədər olan hissə üçün)
(2000 m2 /100 m2) x 0,2 manat = 4 manat (10000 m2- dən yuxarı olan hissə üçün)
(10 manat + 4 manat) – 10 manat (vergi güzəşti) = 4 manat

Şərh Yaz