İsmayıllının qalib müəllimləri

Dekabr ayında rayonumuz təhsil sahəsində daha bir uğura imza atdı. Artıq neçə ildir ki,davamlı olaraq Respublikamızda keçirilən “Ən yaxşı müəllim” müsabiqəsində rayonumuzu təmsil edən müəllimlər bu il də öz göstəriciləri ilə qabaqcıl yerləri paylaşdılar. Sevindirici haldır ki, rayonumuzdan müsabiqədə iştirakçı olan altı müəllimin hər biri – Abdullayeva Bahar Fərzalı qızı, Əliyev Dadaş Ağaməşədi oğlu, Gənciyev Şahin Şapur oğlu, Məmmədova Təranə Faiq qızı, Muradlı Г‡ingiz Məzahir oğlu, Orucova Eminə Ramiz qızı qalib olaraq geri döndü. Bu müəllimlərdən Г‡ingiz Muradlı artıq bu müsabiqədə ikinci dəfə qalibdir. Əslində, bu göstərici bu günün yox, onların illərlə zəhmət çəkib qazandıqlarının nəticəsidir.İllərdir ki,onların hər biri rayonumuzun tanınmış, layiqli müəllimləridir. Ümumiyyətlə, əsl ziyalı , hər kəsin hörmət etdiyi müəllim olmağın özü ən böyük qalibiyyət, ən böyük xoşbəxtlikdir. Danılmazdır ki,bu gün biz, müəllim adını qazanan hər kəs də müəllim olaraq müəllimlərimizə borcluyuq. Biz də onlarla qürur duyuruq. Fəxr edirik ki,bizə elmin çətin sirlərini öyrənib mənimsəməkdə düzgün istiqamət verməyi bacaran dəyərli, ziyalı müəllimlərimiz olmuşdur. Biz həmişə müəllimlərimizə borcluyuq.

İsmayıllının qalib müəllimləriİsmayıllının qalib müəllimləri

Bu müsabiqə bizə – 10 yaşını yenicə qeyd edən doğma, 5 nömrəli tam orta məktəbində ikiqat sevinc yaşatdı. Məktəbimizin dərs hissə müdiri, coğrafiya fənnini tədris edən Şahin müəllim bu müsabiqədə uğurla iştirak edərək qaliblərdən biri oldu. Sahin müəllim şəhərin 5 nömrəli məktəbində çalışsa da, əldə etdiyi pedaqoji təcrübə rayonun digər tam orta məktəbində də yetərincə tətbiq olunur.
“Ən yaxşı müəllim” lər – sizləri ürəkdən təbrik edir, gələcək işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Səsiniz daha ali pillələrdən gəlsin.
Ruhiyyə Camaləddinova,
şəhər 5 nömrəli tam orta məktəbinin coğrafiya müəllimi

Şərh Yaz