Xəlil Sədrəddin oğlu Əfəndiyev – ədliyyə general-leytenantı

Ölməyimlə sevinməsin əğyar,
Aləm olduqca mən dəxi duraram!
M.Ə.Sabir
Basqal mədəniyyət evi izdihamlı idi. İki yüz adam tutan zal ağzınacan dolu idi. Bir azdan alqış səsləri eşidildi. Rayon partiya komitəsinin birinci katibi Ramiz Qardaşov, rayon icraiyyə komitəsinin sədri Talışxan Cəfərov rayonun başqa rəhbər işçiləri tanınmış ictimai xadim, Basqal seçki dairəsindən üçüncü çağırış Azərbaycan Ali Sovetinə deputatlığa namizəd Xəlil Sədrəddin oğlu Əfəndiyevi müşayiət edərək aralığa almışdılar. Xəlil Əfəndiyev səhnədə görünəndə şöhrətli vətən oğlunu hamı ayağa qalxaraq uzun müddətli alqışlarla salamladı. Uca boylu, artıq saçlarına dən düşmüş Xəlil müəllimdən bütün seçicilər məhəbbət dolu nəzərlərini çəkmirdi. Deputatlığa namizədin zəngin həyat yolundan məlumat dinlənildikdən sonra o tribunaya qalxıb öz deputatlıq platformasını şərh etdi. Gənclik çağlarından Basqal qəsəbəsi ilə yaxın qohumluq əlaqələrindən ətraflı danışdı.
Xəlil Sədrəddin oğlu Əfəndiyev - ədliyyə general-leytenantıGörkəmli ictimai xadimlərimiz

Ölməyimlə sevinməsin əğyar,
Aləm olduqca mən dəxi duraram!
M.Ə.Sabir
Basqal mədəniyyət evi izdihamlı idi. İki yüz adam tutan zal ağzınacan dolu idi. Bir azdan alqış səsləri eşidildi. Rayon partiya komitəsinin birinci katibi Ramiz Qardaşov, rayon icraiyyə komitəsinin sədri Talışxan Cəfərov rayonun başqa rəhbər işçiləri tanınmış ictimai xadim, Basqal seçki dairəsindən üçüncü çağırış Azərbaycan Ali Sovetinə deputatlığa namizəd Xəlil Sədrəddin oğlu Əfəndiyevi müşayiət edərək aralığa almışdılar. Xəlil Əfəndiyev səhnədə görünəndə şöhrətli vətən oğlunu hamı ayağa qalxaraq uzun müddətli alqışlarla salamladı. Uca boylu, artıq saçlarına dən düşmüş Xəlil müəllimdən bütün seçicilər məhəbbət dolu nəzərlərini çəkmirdi. Deputatlığa namizədin zəngin həyat yolundan məlumat dinlənildikdən sonra o tribunaya qalxıb öz deputatlıq platformasını şərh etdi. Gənclik çağlarından Basqal qəsəbəsi ilə yaxın qohumluq əlaqələrindən ətraflı danışdı.
Əfəndiyev Xəlil Sədrəddin oğlu – ədliyyə general-leytenantı (1904-1974)
Əfəndiyev Xəlil Sədrəddin oğlu 1904-cü ildə Sulut kəndində ortabab kəndli ailəsində anadan olmuşdur. Babası Molla Cavad dövrünün savadlı adamlarından olmuş, hələ XIX əsrin 70-ci illərində Sulutda ilk məktəb açmışdır. ( Sovet İttifaqı Qəhrəmanı Bəhyəddin Mirzəyevin babası Molla Ağamirzə ilə birlikdə). Sonralar onun işini oğlu Məcid ( Xəlil Əfəndiyevin əmisi ) davam etdirmişdir. Xəlil ondan Quranı, din tarixini, şəriəti və astronomiyanı öyrənmişdir.
1918-ci ildə Sulutda ilk dünyəvi məktəb-ibtidai məktəb açılmışdır. ( M.Ə.Rəsulzadənin göstərişi ilə ). 14 yaşı olmasına baxmayaraq Xəlil Əfəndiyev həmin məktəbə daxil olmuşdur. Daha sonra təhsilini Şamaxı şəhərində davam etdirmişdir. 1926-cı ildən AK(b) P Şamaxı qəza komitəsində təlimatçı vəzifəsində işləməyə başlamışdır. 1927-ci ildə təhsilini artırmaq üçün Quba şəhərinə göndərilmişdir. 1928-ci ildən Bakı şəhər partiya komitəsində işləmişdir. 1930-cu ildə N.Nərimanovun qardaşı Bahadur Nərimanovun zəmanəti ilə Moskvaya, Qırmızı Professorlar İnstitutuna göndərilmişdir. Burada o, ictimai elmləri və siyasi iqtisadı öyrənmişdir. İnstitutu bitirdikdən sonra təhsilini davam etdirmək məqsədi ilə aspiranturaya daxil olmuşdur. Amma 1936-cı ildə M.C.Bağırovun tələbi ilə Bakıya qaytarılmış və bir sıra məsul vəzifələrdə işləmişdir. 1937-ci ildə SSRİ Ali Sovetinə, 1938-ci ildə Azərbaycan SSR Ali Sovetinə seçkilər üzrə Mərkəzi Seçki Komissiyasının katibi olmuşdur.
1937-ci ildən Azərbaycan KP MK-nın təbliğat müdirinin müavini, sonra isə SSR Ali Soveti Rəyasət Heyətinin katibi olmuşdur. ( 1943-cü ilə qədər ).
Böyük Vətən müharibəsi başlayarkən cəbhəyə getmək üçün ərizə ilə müraciət etmiş, lakin M.C.Bağırov “4 qardaşsınız, Məhəmməd, Əhməd, Hüseyn vuruşur, sən burda qalmalısan”, – deyərək onu buraxmır.
Bağırovun təklifi ilə o, 1943-48-ci illərdə Azərbaycan Respublikasının Baş Prokuroru işləmişdir. Həmin vəzifədə işləyərkən ona ədliyyə general-leytenantı rütbəsi verilmişdir.
1948-ci ildə Azərbaycan KP yanında Partiya tarixi institutunun direktoru təyin edilmiş, eyni zamanda xalq demokratiyası ölkələri üzrə nümayəndə heyətinin rəhbəri olmuşdur. Dəfələrlə Bolqarıstanda, Albaniyada, Monqolustanda olmuş, Todor Jivkov, Ənvər Xoca, Sedenballa görüşlər keçirmişdir.
1952-ci ildə Mərkəzi Komitənin mədəniyyət şöbəsinin müdiri təyin edilmişdir.

Xəlil Sədrəddin oğlu Əfəndiyev - ədliyyə general-leytenantı

Sov.İKP-nın XX qurultayından sonra 1956-cı ildə repressiyaya məruz qalanların reabilitasiyası üzrə komissiyanın sədri təyin edilmişdir. Bu vəzifədə işləyərkən Xəlil Əfəndiyev minlərlə həmvətənimizin bəraət alması üçün böyük işlər görmüşdür.
1958-ci ildə Ədəbiyyat və mədəniyyət işləri üzrə Baş idarənin ( Qlavlit ) rəisi olmuş, 1962-ci ildə səhhətinə görə təqaüdə çıxmış, ona fərdi təqaüd təyin edilmişdir.
Təqaüddə olduğu vaxtlarda da əmək fəaliyyətini davam etdirmiş, Azərnəşrdə böyük redaktor vəzifəsində çalışmışdır.
Xəlil Əfəndiyev I-III çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Qırmızı Əmək Bayrağı, II dərəcəli Vətən müharibəsi ordeni və bir çox medallarla təltif edilmişdirş
Xəlil Əfəndiyev harada işləməsindən asılı olmayaraq təmiz vicdanlı bir insan kimi tanınırdı. Heç kimin qarşısında əyilməzdi. M.C.Bağırovun vaxtında Mərkəzi Komitənin iclaslarında çəkinmədən hər şeyi olduğu kimi danışar, kimlərinsə Bağırovun gözündən salmaq istədiyi adamları müdafiə etməkdən belə çəkinməzdi. Xəlil Əfəndiyev tək-tək adamlardan idi ki, belə iclaslarda Bağırov onun sözünü kəsməzdi.
O dövrün respublika rəhbərlərinin əksəriyyətinin adları xalqa zidd hərəkətlərdə hallanır. Amma Xəlil Əfəndiyev haqqında bu barədə bir sətir də olsun yazı yazılmamışdır. O özünə və hamıya qarşı tələbkar idi. Həyatda yeganə devizi mənəvi təmizlik idi. Hətta oğlu Tofiq səhv bir qərarla universitetdən xaric edilərkən, böyük vəzifədə olmasına baxmayaraq onun universitetə bərpa olunması üçün heç kimdən xahiş etməmişdi.
Xəlil Əfəndiyev böyük ailə başçısı idi: 4 oğlu, 4 qızı olmuşdur. Oğlu Ənvər ( 1946-2002 ) kimya elmləri namizədi idi. Azərbaycan Pedaqoji İnstitutunda və Bakı Neftayırma zavodunda işləmişdir.
Nəvəsi Nazim Tofiq oğlu uzun müddət bir sıra ərəb ölkələrində diplomatik işdə olmuşdur. Hazırda Rusiyada yaşayır. Orenburq vilayət parlamentinin üzvü, Uralmaş İstehsalat Birliyinin icraçı direktorudur. Onun oğlu Xəlil Əfəndiyev isə Rusiyada metallurgiya kombinatlarından birinin direktorudur.
Xəlil Sədrəddin oğlu Əfəndiyev 1974-cü ilin iyul ayında vəfat etmiş, Bakıda Fəxri Xiyabanda dəfn edilmişdir.
2014-cü ildə anadan olmasının 110 illiyi B.Mirzəyev adına Sulut kənd orta məktəbində təntənəli surətdə qeyd edilmişdir.
Miryavər Hüseynov

Şərh Yaz