Yaddas kitabcasi

İsmayıllı gəncləri dövlət qayğısından məmnundurlar

“Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” deyən ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətini dəstəkləyən rayon rəhbərliyi İsmayıllı gənclərinə xüsusi münasibət bəsləyir. Onların intellektual səviyyəsinin, peşə hazırlığının yüksəldilməsi üçün tədbirlər görür, gəncləri müxtəlif layihələrin icrasına cəlb edir. Tez-tez rayon gəncləri ilə görüş keçirən rayon rəhbərliyi gənclərin qayğıları və problemləri ilə yaxından maraqlanır, onların inkişaf etməsi, rayonumuzun ictimai-siyasi və mədəni həyatında gənc nəslin rolunun artması üçün zəruri olan tədbirlər həyata keçirir. Buna misal olaraq son iki ildə İsmayıllı İntellektual Oyunlar Klubunun rayon mərkəzində və kəndlərdə təşkil etdiyi bilik yarışlarını, “İsmayıllı İnnovasiyalar Mərkəzi”ndə fəaliyyət göstərən kompyuter mühəndisliyi və xarici dil kurslarını, gənclərin təşəbbüsü ilə yaradılmış və bir sıra uğurlu layihələr həyata keçirmiş “İstedadlı Gənclərin İnkişafına Dəstək” ictimai birliyi və İsmayıllı Psixologiya Mərkəzini, idman və təhsil sahəsində gənclərimizin istər ölkə daxilində, istərsə də xaricdə əldə etdikləri yüksək naliyyətləri və s. bir çox işləri göstərmək olar.
İsmayıllı gəncləri dövlət qayğısından məmnundurlar“Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” deyən ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətini dəstəkləyən rayon rəhbərliyi İsmayıllı gənclərinə xüsusi münasibət bəsləyir. Onların intellektual səviyyəsinin, peşə hazırlığının yüksəldilməsi üçün tədbirlər görür, gəncləri müxtəlif layihələrin icrasına cəlb edir. Tez-tez rayon gəncləri ilə görüş keçirən rayon rəhbərliyi gənclərin qayğıları və problemləri ilə yaxından maraqlanır, onların inkişaf etməsi, rayonumuzun ictimai-siyasi və mədəni həyatında gənc nəslin rolunun artması üçün zəruri olan tədbirlər həyata keçirir. Buna misal olaraq son iki ildə İsmayıllı İntellektual Oyunlar Klubunun rayon mərkəzində və kəndlərdə təşkil etdiyi bilik yarışlarını, “İsmayıllı İnnovasiyalar Mərkəzi”ndə fəaliyyət göstərən kompyuter mühəndisliyi və xarici dil kurslarını, gənclərin təşəbbüsü ilə yaradılmış və bir sıra uğurlu layihələr həyata keçirmiş “İstedadlı Gənclərin İnkişafına Dəstək” ictimai birliyi və İsmayıllı Psixologiya Mərkəzini, idman və təhsil sahəsində gənclərimizin istər ölkə daxilində, istərsə də xaricdə əldə etdikləri yüksək naliyyətləri və s. bir çox işləri göstərmək olar.

İsmayıllı gəncləri dövlət qayğısından məmnundurlar

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq 2012-ci ildən başlayaraq Proqramın icra müddəti ərzində hər il Bakı şəhəri istisna olmaqla ölkənin şəhər və rayonlarından biri “Gənclər paytaxtı” elan olunur. Regionlarda gənclərlə işin daha da canlandırılması və inkişaf etdirilməsi məqsədilə həyata keçirilən bu seçimə qatılan rayonumuz 56,1 faiz səs çoxluğu ilə 2015-ci il üçün “Gənclər paytaxtı” seçildi.
İsmayıllı gənclərinin bu qələbəsi heç də təsadüfi deyildir. Ölkə Prezidenti ətrafında sıx birləşən, rayon rəhbərliyinin isti münasibətini öz üzərində hiss edən Azərbaycan gəncliyinin bir hissəsi olan İsmayıllı gəncləri Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdən məmnundurlar. Bu məmnunluğun səbəbi həyata keçirilən siyasəВ¬tin ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun davamı olması, Azərbaycana sabitlik və davamlı inkişaf bəxş etməsi, Azərbaycanın regionda və dünyada söz sahibinə çevrilməsinə gətirib çıxarması, Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəltməsi, Azərbaycan gəncliyinin və gələcəyinin inkişafını təВ¬min etməsidir. Məhz sadalanan bu naliyyətlərdən ruhlanan İsmayıllı gəncliyi də Ulu öndərin ideyalarına, onun siyasi kursunu uğurla davam etdirən ölkə başçısı İlham Əliyevə sadiqlik nümayiş etdirərək sağlam ruhda tərbiyə alır, xalqımızın, vətənimzin inkişafı naminə yorulmadan fəaliyyət göstərirlər. Ümid edirik ki, “Gənclər paytaxtı”nın simvolik açarını rayonumuza gətirməklə mühüm bir qələbəyə imza atmış gənclərimiz ölkədə uğurla həyata keçirilən gənclər siyasətindən bəhrələnərək rayonumuzun və ölkəmizin ictimai, siyasi və mədəni həyatında daha fəal iştirak etməklə Azərbaycan gəcliyinə əsl nümunə olacaqlar.
Azər Rəsulov

Şərh Yaz