Müsabiqə keçirilir

Müsabiqə keçirilir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 18 noyabr 2010-cu il tarixli, 123 saylı əmri ilə təsdiq edilmiş “Fövqəladə hallar uşaqların gözü ilə”, uşaq yaradıcılıq müsabiqəsi haqqında Əsasnaməyə uyğun şəkildə rayon turu keçirilir.
Uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrədilməsi, istedadlı uşaqların üzə çıxarılması, onlara dəstək, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsi, uşaq və gənclər arasında fövqəladə hal probleminə ictimaiyyətin diqqətini yönəltmək məqsədilə keçirilən müsabiqənin zona mərhələsi mart ayında keçiriləcək.
Müsabiqə keçirilirAzərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 18 noyabr 2010-cu il tarixli, 123 saylı əmri ilə təsdiq edilmiş “Fövqəladə hallar uşaqların gözü ilə”, uşaq yaradıcılıq müsabiqəsi haqqında Əsasnaməyə uyğun şəkildə rayon turu keçirilir.
Uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrədilməsi, istedadlı uşaqların üzə çıxarılması, onlara dəstək, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsi, uşaq və gənclər arasında fövqəladə hal probleminə ictimaiyyətin diqqətini yönəltmək məqsədilə keçirilən müsabiqənin zona mərhələsi mart ayında keçiriləcək.

Müsabiqə keçirilir

Müsabiqədə ümumtəhsil məktəbləri, lisey və gimnaziyalar da daxil olmaqla I-XI sinif şagirdləri iştirak edə bilər. Bütün iştirakçılar bir komandada birləşərək rayonu təmsil edirlər.
Müsabiqə aşağıdakı nominasiyalar üzrə keçirilir:
“Rəsm”, “Plakat”, “Əl işi”, “Yanğın və qəza-xilasetmə texnikasının modeli”, “Yumşaq oyuncaq”.
“Rəsm” və “Plakat” nominasiyaları üzrə bütün işlər qalın vatman və ya bərk kartonda olmalı, xüsusi şüşəsiz çərçivəyə salınmalıdır. İşin perimetrinə uyğun dekorativ çərçivələrin hazırlanmasına da icazə verilir. Rəsmlərin arxasına asılqan və ya ilgək bərkidilməlidir. Rəsmlərin formatı: eni 40 sm, uzunluğu 60sm. Plakatın formatı reqlamentləşdirilmir. Rəsmin arxa tərəfində aşağı hissədə sağda ayrıca ağ kağızda, 9×12 sm. ölçülü, üzərində aşağıdakı mətn yazılan lövhə olmalıdır:
-işin adı, yerinə yetirilmə texnikası;
-müəllifin adı, soyadı, doğum tarixi;
– məktəb, sinif, ünvan.
Münsiflər heyəti “Rəsm” nominasiyası üzrə işləri verilmiş mövzuya uyğunluğu, yaradıcı işi, orijinallığı, işin görülmə keyfiyyətinə, “Plakat” nominasiyası üzrə işləri aktuallığı, kompozisiyanın tamamlanması və savadlılıq, lakoniklik və təsvirin yığcamlığı, işin təqdim edilmə orijinallığına görə qiymətləndirəcək
“Əl işi” və “Yumşaq oyuncaq” nominasiyası üzrə işlərin ölçüləri və yerinə yetirilmə texnikası reqlamentləşdirilmir. Münsiflər heyəti işin verilmiş mövzuya uyğunluğunu, yaradıcı işi, originallığını, işin görülmə keyfiyyətini qiymətləndirir.
“Yanğın, qəza-xilasetmə texnikasının modeli” nominasiyası üzrə yanğın, qəza-xilasetmə texnikasının müxtəlif modelləri (keçmiş, indiki, gələcək) yerinə yetirilir. Material kağız (karton), plastilin, ağac və s. ola bilər. Bu nominasiyada münsiflər heyəti proporsiya və formalara əməl olunmasını, işin görülmə keyfiyyətini, material seçimini, rəng seçimini qiymətləndirir.
Adı çəkilən nominasiyaların hər bir işində ayrica olaraq bərk kağızdan 9×12 ölçülü üzərində yuxarıda qeyd olunan məlumatlardan ibarət lövhə olmalıdır.
Qaliblər fərdi və komanda ümumrayon yoxlamalarından keçdikdən sonra müəyyən olunmaqla, qiymətli hədiyyə və diplomlarla mükafatlandırılır. Hər nominasiya üzrə tamaşaçı rəğbəti qazanan bir iştirakçı mükafatlandırılır.
Ümumkomanda (rayon) birinciliyi verilən işlərə görə fərdi yarışlarda qazanılan mükafatların sayı ilə müəyyən olunur. Əgər komanda Əsanamədə göstərilənlərdən az sayda iş təqdim etsə, hər təqdim olunmayan iş üçün 0,5 cərimə balı çıxılır. Nəticədə, alınan məlumatlar əsasında ümumkomanda birinciliyinin qalibi müəyyənləşir.
Baxış müsabiqəsinin keçirilməsi üçün əsasən aşağıdakı mövzular məsləhət görülür:
1. Odla-mübarizə aparmaq üçün onun haqqında bilmək lazımdır;
2. Xilasedici- yanğınsöndürmə xidmətinin texnikası;
3.Təhlükə ilə mübarizə aparmaqdansa, əvvəlcədən onun qarşısını almaq lazımdır;
4. Fişənglə zarafat etmək olmaz, əks halda üz-gözünü yandırarsan;
5. Fövqəladə halların xəbərdar edilməsi (plakat üçün mövzu);
6. Fövqəladə halların fəsadları;
7. Xilasedicilər mənim gözümdə;
8. Dostlar gəlin əl-ələ verib dünyanı yanğından xilas edək;
9. Biz uşaqların siqaret çəkməsinə qarşıyıq (plakat üçün mövzu);
10. Biz öz xidmətimizi odla mübarizədə göstərdik;
11. Təbii fövqəladə hallarla mübarizə (zəlzələ, sel, daşqın, sürüşmə, vulkan və s.).
Əsasnaməyə uyğun olaraq məktəb turunun keçirilməsi və qalib işlərin sənədləşmiş qaydada 28 fevral 2015-ci il tarixinədək Rayon Təhsil Şöbəsinə göndərilməlidir.
Rəna Mirzəliyeva,
RTŞ-nin metodisti

Şərh Yaz