İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində “Açıq qapı” günü

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Deinstitusionalizasiya və alternativ qayğı” Dövlət Proqramı çərçivəsində, dövlət uşaq müəssisələrinə uşaqların düşməsi hallarının qarşısının alınması üçün risk qruplarından olan uşaqlar arasında və onların ailələrində sistemli preventiv tədbirlərin görülməsi məqsədi ilə 30 yanvar 2015-ci il tarixində İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində “Açıq qapı” günü keçirildi.
Tədbirdə AQUPDK-nin Regional mərkəzlərlə iş şöbəsinin əməkdaşları, Rayon İcra Hakimiyyətinin və İsmayıllı Uşaq və Ailələrə Dəstək mərkəzinin işçiləri iştirak edirdilər. “Açıq qapı” günü ilə əlaqədar 12 müxtəlif problemli ailə gəlmişdilər. Onların problemləri yerindəcə dinlənildi və müvafiq məsləhətlər verildi.
Gülnarə Mirzəliyeva

Şərh Yaz