Ümummilli hüzn, yoxsa, tarixi xatırlatma

Vuruşun! Sizinlə vuruşanlarla Siz də vuruşun! (“Qurani-Kərim”)
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər.
Hücumdan əvvəl fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlanmışdır. Nəticədə, yanğınlar baş vermiş və fevralın 26-sı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Şəhəri yerlə yeksan etmiş erməni vandalları və rus hərbiçiləri dinc əhaliyə divan tutdular.
Ümummilli hüzn, yoxsa, tarixi xatırlatmaVuruşun! Sizinlə vuruşanlarla Siz də vuruşun! (“Qurani-Kərim”)
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər.
Hücumdan əvvəl fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlanmışdır. Nəticədə, yanğınlar baş vermiş və fevralın 26-sı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Şəhəri yerlə yeksan etmiş erməni vandalları və rus hərbiçiləri dinc əhaliyə divan tutdular.
Məlum soyqırım zamanı 613 nəfər şəhid olub, 1275 nəfər əsir və girov götürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 487 nəfər o cümıədən 76 uşaq yaralanaraq əlil olmuşdur.

Ümummilli hüzn, yoxsa, tarixi xatırlatma

Azərbaycan xalqının Rusiya imperiyasından ayrılıb müstəqillik uğrunda mübarizəyə qalxdığı bir zamanda onun gözünü qorxutmaq, bu yoldan çəkindirmək üçün dinc əhaliyə qarşı Xocalı qətliamı törədildi. Bu vəhşiliklərdə ermənilərlə bərabər sovet –“ rus əsgərləri də iştirak etmişlər. Bu vəhşiliklər tarixən rusların əlaltısı olan ermənilərin Dağlıq Qarabağı Azərbaycandan ayıraraq Ermənistana birləşdirmək planlarına hesablanmışdır. Ruslar Azərbaycanı əldən çıxarmaq istəmirdilər. Xocalıda törədilən qırğın xalqımızın iradəsini qıra bilmədi, bu cinayət rusların əməlləridir.
Azərbaycanlılara qarşı başlanan bu təcavüzdən üç ay sonra Azəbaycan ordusunun keçirdiyi uğurlu əməliyyatlar nəticəsində Qarabağın üçdə ikisi erməni silahlılarından təmizləndi. Hətta, döyüşlərin gedişində dinc əhaliyə qarşı hərbi cinayətlərdə ad qazanmış məşhur “Arabo”batalyonu da hərbiçilərimiz tərəfindən üç saatlıq açıq vuruşmada darmadağın edildi.
Göründüyü kimi, müstəqilliyini qorumaq üçün meydana atılmış xalq üçün Xocalı faciədən daha çox çarpışmaq əzmini artıran qisas ruhunu ölməyə qoymayan qanlı dərsə çevrildi.
Düzdür, sonralar özünə sadiq qüvvələrin vasitəsilə daxildə hərc-mərclik yaradaraq Azərbaycanın Qarabağ torpaqlarının bir hissəsini işğal etməyə nail olan Rusiya Azərbaycan döyüşçülərinin fədakar vuruşduqlarını görərək atəşkəs sənədlərini imzaladılar. Buna baxmayaraq, müharibə hələ bitməyib, ordumuz son sözünü hələ deməyib, şəhidlərimizin qisası alınmayıb. Xocalı soyqırımını törədənlər hələ də cinayət kürsüsündə oturmamışlar. Bu intiqam hələ irəlidədir.
Bu gün ağlamağa, sızlamağa, şivən qoparmağa ehtiyac yoxdur. Birdəfəlik anlamalıyıq ki, şəhidlik fəlsəfəsi ağlaşma təfəkkürünü deyil, mübarizə ruhunu tərbiyə etməyə xidmət göstərməlidir. Bəşəriyyətin bir çox parlaq zəkaları müharibənin qaçılmazlığını dəfələrlə vurğulamış, bunu dərk etməyən xalqların daima yeni-yeni məhrumiyyətlərə düçar olacağı haqqında xəbərdarlıq etmişlər. Məsələn, böyük alman filosofu Kant bildirirdi ki, müharibə ruhunu itirmiş xalq tədricən alverçi ruhunu mənimsəməyə başlayır. Hətta, islam dininin konsepsiyasında təməl dəyərlərindən sayılan cihad anlayışı da özünü müdafiə fəlsəfəsinin təzahürü olaraq qəbul edilməlidir. Əgər sənə hücum edirlərsə, sənin hüquqlarını pozurlarsa və səni ədalətsiz şəkildə sıxışdırırlarsa, təbii ki, müdafiə olunmaq sənin haqqın, yeganə çıxış yolundur.
Tez-tez televiziya kanallarında eşidirik və qəzetlərdə də oxuyuruq ki, Qubadakı soyqırım məzarlığı təhlükədədr. Quyulardan biri uçmaq üzrədir. Şəraitsizlikdən sümüklər məhv olur və sair.
Ölkəyə gələn qonaqlqrı aparırıq oraya və gistəririk, baxın, əsrin əvvəlində ermənilər azərbaycanlıları kütləvi halda qırıblar. Bu mənzərəyə baxan qonaqlar, ATƏT nümayəndələri üz-gözlərinə yalançı kədər maskası taxıb başlarını yelləyirlər. Qubadan bir az uzaqlaşan kimi hər şey unudulur. Bu dəfə Ermənistana gedib soyqırım abidəsini ziyarət edir, ora əklil qoyurlar. Belə qırxsifətlilərdən hansı ədaləti tələb edə bilərsən?
Dünyada soyqırım abidələri çoxdur: yəhudilərin, rusların, polşalıların və başqalarının. Düzdür, polşalılar ayrıca abidələr qoymayıblar, amma soyqırım həyata keçirilən həbs düşərgələrini saxlayırlar. Milyonlarla insan həmin düşərgələrə gəlir və alman faşistlərinin əsirlərə necə işgəncə verdiyinin şahidi olur.
Bizə elə gəlmirmi ki, qırılmağımızdan, doğranmağımızdan bir az çox danışır, çox yazırıq. Əslinə qalanda biz bu erməniləri bununla şirə, pələngə döndəririk. Sanki bizim əlimizi, ayağımızı bağlayıblar. Yəni biz o qədər fərsizik? Belə yazılarla, verilişlərlə, təbliğatla gözüqıpıq bir nəsil yetişdirmirikmi? Xocalı soyqırımı baş verəndə adamlarda intiqam hissi əvəzinə xof yaratdılar.
Xankəndidə ermənilər Qarabağı Azərbaycandan qoparmaq üçün ayağa qalxanda Qarabağdan (ölkənin hər yerindən) Vətən, torpaq deyə haray çəkən minlərlə gənc əliyalın ayağa qalxmışdı. O vaxt mən kiminsə yazısından oxumuşdum ki, Yevlaxdan gələnlərin içində 14 yaşlı bir oğlan özü ilə oradan daş gətirmişdi. Guya ki, Ağdamda daş tapılmırdı. Əlbəttə, tapılırdı. Amma bu qeyrətli uşaq görün necə hisslər keçirmişdi ki, hadisəni eşidən kimi, əsəbindən daşla Ağdama gəlmişdi.
O vaxtki başsız Azərbaycanın başsız başbilənləri o uşaqların qarşısını kəsməsəydi məsələ həll olunardı. Təəssüf ki, biz hadisələri qabaqlaya bilmirik, nəticə də, ağır qurtarır. O 14 yaşlı uşağın qəzəbi qarşısında heç bir qüvvə duruş gətirə bilməzdi. Gözlədik, fikirləşdik ki, beynəlxalq aləm bizi qınayar, nəticədə, torpaqlar zəbt edildi. Axı terrora qarşı mübarizədə hansı qınaqdan danışmaq olar.
Bir neçə il əvvəl Hollandiyada Xocalı soyqırımı ilə əlaqədar türkiyə və Azərbaycanın təşkilatçılığı ilə böyük bir anım tədbiri keçirilmişdi. Həm türklər, həm də bizlər ermənilərin bu vəhşiliklərindən az qala dəsmal götürüb ağlaya-ağlaya danışırdıq. Guya ki, avropalılar göz yaşlarımızı görüb bizim halımıza yanacaqlar. Guya onların bu hadisələrdən xəbərləri yoxdur. Var, ancaq bütün bunları görməyə göz lazımdır, hər şeyə ədalətlə baxılmalıdır, ikili standartlarla yox. Bu məsələni nizamlamaq məqsədilə ATƏT-in həmsədrləri kimi bir qurum yaradıblar. Həmin həmsədrlər ancaq boş-boşuna yol ölçürlər. Ermənilərin arxasında duranlar da elə onlardır.
Qarabağ savaşlarında xeyli insan itgisi verdik, nə qədər maddi-mədəniyyət abidələrimiz dağıdıldı, hələ istehsal müəssisələrin, təbiətimizə vurulan ziyanları demirik. Bu gün Azərbaycan 20-25 il bundan əvvəlki Azərbaycan deyil. Prezident İlham Əliyev demişkən: “Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var”. Deməli, zəbt edilmiş torpaqlar qaytarılacaq və cinayətkarlar layiqli cəzalarını alacaqlar. Onda Xocalı soyqırım şəhidlərinin ruhu qarşısındakı borcumuzu yerinə yetirmiş olacağıq.
Abduləli Əliyev,
Müharibə, Əmək və Hərbi Qulluqçular Veteranları Şurası İsmayıllı rayon şöbəsinin sədri

Şərh Yaz