Məktəblilər Milli Qəhrəmanımızın xatirəsini anıblar

6 fevral 2015-ci il tarixdə İsrayıl Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbdə Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü ilə əlaqədar tədbir keçirilib. Tədbirin əvvəlində vətən torpağı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Məktəblilər Milli Qəhrəmanımızın xatirəsini anıblarMəktəblilər Milli Qəhrəmanımızın xatirəsini anıblar
6 fevral 2015-ci il tarixdə İsrayıl Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbdə Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü ilə əlaqədar tədbir keçirilib. Tədbirin əvvəlində vətən torpağı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin tərbiyə işlər üzrə direktor müavini Dilbər Yəhyayeva çıxış edərək Azərbaycan xalqının qəhrəmanlıq salnaməsindən, Mübariz İbrahimovun gənclərə örnək ömür yolundan söz açıb.
Məktəblilər qəhrəmanlıq şeirləri söyləyib, səhnəciklər nümayiş etdiriblər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz