Hacıhətəmli komandası birinci oldu

26 yanvar 2015-ci il tarixdə İsmayıllı Rayon Gənclər və İdman İdarəsi İsmayıllı Olimpiya İdman Kompleksində AFFA-nın və Coca-Cola şirkətinin birgə layihəsi olan “Coca-Cola Məktəbli Kuboku”-nun açılış oyunlarını keçirmişdir. Açılış mərasimində çıxış edənlər ölkədə idmana göstərilən diqqət və qayğıdan söz açmışlar.
Hacıhətəmli komandası birinci olduHacıhətəmli komandası birinci oldu
26 yanvar 2015-ci il tarixdə İsmayıllı Rayon Gənclər və İdman İdarəsi İsmayıllı Olimpiya İdman Kompleksində AFFA-nın və Coca-Cola şirkətinin birgə layihəsi olan “Coca-Cola Məktəbli Kuboku”-nun açılış oyunlarını keçirmişdir. Açılış mərasimində çıxış edənlər ölkədə idmana göstərilən diqqət və qayğıdan söz açmışlar.
Oyunlarda rayonun ümumtəhsil məktəblərinin 21 komandası iştirak etmişdir. 5 qrupda keçirilən yarışın final mərhələsində İvanovka və Hacıhətəmli kənd tam orta məktəblərinin komandaları üz-üzə gəlmişlər. Gərgin mübarizə şəraitində keçən oyunda Hacıhətəmli məktəbinin komandası birinci olmuş, bununla da aprel ayında keçiriləcək zona yarışlarında iştirak hüququ qazanmışdır.
İlham Vahabov,
RTŞ-nın metodisti

Şərh Yaz