Yaddas kitabcasi

Dinc əhaliyə qarşı törədilən cinayət

İsmayıllı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə 15 yanvar 2015-ci il tarixdə şəhər 3 saylı körpələr evi-uşaq bağçasında xalqın yaddaşına qara hərflərlə yazılmış 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı tədbir keçirilib. 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək, tarixi hadisələrin körpə balaların yaddaşına həkk edilməsində bu cür tədbirlərin əhəmiyyətli rolundan danışıb.
Dinc əhaliyə qarşı törədilən cinayətDinc əhaliyə qarşı törədilən cinayət
İsmayıllı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə 15 yanvar 2015-ci il tarixdə şəhər 3 saylı körpələr evi-uşaq bağçasında xalqın yaddaşına qara hərflərlə yazılmış 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı tədbir keçirilib. 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək, tarixi hadisələrin körpə balaların yaddaşına həkk edilməsində bu cür tədbirlərin əhəmiyyətli rolundan danışıb.
Şəhər 3 saylı körpələr evi-uşaq bağçasının müdiri Elmira Əsədova SSRİ-yə məxsus hərbi birləşmələrin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc əhaliyə qarşı törətdiyi cinayətdən və Azərbaycan xalqının öz azadlığı uğrunda göstərdiyi şücaətdən söz açıb.
Şəhər 1, 2, 3 saylı, Təzəkənd və Talıstan bağçalarının iştirak etdiyi tədbirdə balacalar vətənpərvərlik mövzusunda şeirlər oxuyub, 20 Yanvar gecəsində ana, bacılarımızın hüznlərini göstərən səhnəciklər nümayiş etdirib, şəhidlərimizin fotoşəkillərindən ibarət guşənin önünə qərənfillər düzüblər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz