Şəhidlərimizin qisasını alacağıq

Xoşbəxtlik gələndə zərif yel kimi gəlir, heç gəlişi də çox bilinmir. Bədbəxtlik isə tufan kimi gəlir, uçura-uçura, dağıda-dağıda. Özü də bədbəxtliyi heç kəs öz xoşuna seçmir. O özü gəlib bizi tapır. Xalqımızın başına açılan oyunlar kimi, Qanlı 20 Yanvar kimi.
O qanlı gecədə atılan güllə,
Qaranlıq küçəyə işıq saçırdı.
Azadlıq təşnəsi mənim millətim,
Zəncirə bağlanmış qolun açırdı.
Şəhidlərimizin qisasını alacağıqXoşbəxtlik gələndə zərif yel kimi gəlir, heç gəlişi də çox bilinmir. Bədbəxtlik isə tufan kimi gəlir, uçura-uçura, dağıda-dağıda. Özü də bədbəxtliyi heç kəs öz xoşuna seçmir. O özü gəlib bizi tapır. Xalqımızın başına açılan oyunlar kimi, Qanlı 20 Yanvar kimi.
O qanlı gecədə atılan güllə,
Qaranlıq küçəyə işıq saçırdı.
Azadlıq təşnəsi mənim millətim,
Zəncirə bağlanmış qolun açırdı.
Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar şəhidlərinin və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. Hər il buraya yüz minlərlə insan vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edirlər. Ziyarətə gələnlər susqun və günahkar baxışlarla şəhidlərin məzar daşındakı şəkillərə baxırlar. Şəhidlər xiyabanında isə sıra ilə düzülmüş məzarlar dil açıb soyuq qanlı-qadalı bir gecədən – 20 Yanvar gecəsindən danışırlar sanki:
Keçdiyin yerləri torpaq deyərək keçmə tanı,
Düşün altındakı minlərə kəfənsiz yatanı.
Sən şəhid oğlusan incitmə, yazıqdır, atanı
Vermə, dünyalara alsan da bu cənnət vatanı.
Şəhidlərimizin qisasını alacağıq

20 yanvar Azərbaycan vətəndaşının yaddaşına müstəqilliyin qazanılması uğrunda mübarizənin zirvəsi kimi əbədi həkk olunmuş bir tarixdir. Məhz bu tarixdə, 1988-ci ildən başlanmış xalq hərəkatı özünün kulminasiya nöqtəsinə çatdı və Azərbaycanın minlərlə qəhrəman oğlu bu yolda, azadlıq və müstəqillik uğrunda canlarından keçərək gələcək nəsillərə istiqlaliyyət və azadlıq bəxş etdi. Bəli, 20 Yanvar gecəsi minlərlə Azərbaycan övladını meydanlara, silahlı rus qəsbkarlarının qarşısına çıxaran qəlblərində gəzdirdikləri doğma torpağın bütövlüyü, toxunulmazlığı və azadlıq arzusu idi.
Azərbaycan xalqı şəhidlik zirvəsinə ucalan oğul və qızlarını hər an hədsiz ehtiramla yad edir və yad edəcəkdir. İndi hər bir azərbaycanlı lazım gələn anda 20 Yanvar şəhidlərinin getdiyi şərəfli yolu təkrarlamağa hazırdır. Amma həm də şüurlu şəkildə dərk etmək lazımdır ki, artıq vətən üçün ölmək yox öldürmək lazımdır!
Ölüm var ki, həyat qədər dəyərli,
Həyat var ki, ölümdən də zəhərli.
Yaşamaq da xoşdur, ölmək də xoşdur,
Mənasız həyat da ölüm də boşdur.
İnsan üçün ən müqəddəs varlıq onu dünyaya gətirən anadırsa, onu müqəddəsliyə bağlayan vasitə Vətən torpağıdır. Г‡ünki, ana öz övladını onu özü üçün də müqəddəs olan Vətən torpağında dünyaya gətirir. Vətən bizim şöhrətimiz, qeyrətimiz, ülviyyətimizdir.
Vətən mənim bu günüm,
Sabahkı toy-düyünüm.
Haqqım var ki, öyünüm,
Azərbaycan! – deyəndə.
İnsan üçün ən öndə olan Vətən torpağının azadlığı, toxunulmazlığıdır. Azadlıq heç kimə xoşluqla verilmir. Azadlıq qanla, canla qazanılır, qorunur və gələcək nəsillərə əmanət verilir. Azərbaycan xalqı da əsrlərlə azadlıq uğrunda çarpışmış, istiqlal naminə mübarizə aparmışdır.
Azərbaycan xalqının başına o qədər faciələr gəlib ki, hansını qoyub hansını yazasan. Təqvimin hər ayında Xocalının, Şuşanın, Zəngəzurun, Laçının və s. rayonların işğal olunması və 20 Yanvar faciəsi sevincimizi unutdurub, dərdlərimizi təzələyir. Bir vaxtlar ən çox sevdiyimiz qərənfilləri də şəhidlərin məzarı üstə qoyub “Ağla, qərənfil, ağla”, – deyirik.
20 Yanvar faciəsi tarixə qara hərflərlə yazılan, amma, şərəflə yazılan, qeyrətə yazılan bir gündür. O günü görənlər danışırlar: “1990-cı ilin 20 Yanvarı keçmiş sovet dövlətinin ölüm maşını tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Г‡ünki bu hadisəni tarixdən silmək qeyri mümkündür.
Ulu öndərin davamçısı, xalqımızın başçısı cənab İlham Əliyevin Azərbaycan ordusunu daha da qüdrətləndirməsi ən müasir döyüş silahları ilə təchiz edilməsi ucun həyata keçirdiyi siyasətin nəticəsidir ki, bu gün milli ordumuz düşmənin hər hansı bir təcavüzünə layiqincə cavab verməyə qadirdir.
1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin dəhşətli gecədə həlak olan Vətən oğulları Azərbaycan tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. İnanırıq ki, biz şəhidlərin ruhunu sevindirəcək, onların səpdiyi azadlıq toxumunun cücərtilərini göyərdəcək, Qarabağ torpağını, eləcə də olan bütün torpaqlarımızı düşməndən azad edəcək, şəhidlərimizin qisasını alacağıq! Azərbaycanı bir daha dünyaya layiqincə tanıdacağıq.
İgid oğulların qəhrəmanlığı,
Tanıdar xalqını bütün cahana.
Vətəncün canından keçən oğullar
Azadlıq bəxş edər Azərbaycana!
Sona Şalbuzova,
şəhər 3 nömrəli tam orta məktəbinin Xİ sinif şagirdi, inşa yazı müsabiqəsinin qalibi

Şərh Yaz