Yaddas kitabcasi

Heç kəs unudulmur, heç nə yaddan çıxmır

Yanvar ayının 16-da İsmayıllı Uşaq Yaradıcılıq Mərkəzində 20 Yanar faciəsinin 25-ci ildönümü ilə bağlı “Heç kəs unudulmur, heç nə yaddan çıxmır” adlı tədbir keçirilib.
Öncə Vətən torpağının azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 20 Yanvar hadisələrindən bəhs edən videoçarx nümayiş etdirilib.

Heç kəs unudulmur, heç nə yaddan çıxmır

Tədbirdə çıxış edən İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov bildirib ki, əsrlər boyunca tarixin ən sərt sınaqlarına mərdliklə sinə gərmək əzmini dəfələrlə sübuta yetirmiş Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində milli birlik və mənlik şüurunun ali təcəssümü kimi xüsusi səhifəni təşkil edən 20 Yanvar hadisələrindən iyirmi beş il ötür. 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzə etiraz edən, respublikamızın ərazi bütövlüyünün və haqq-ədalətin bərqərar olunmasını istəyən, azadlıq, müstəqillik uğrunda şərəfli mübarizə aparan xalqımızın inam və iradəsini qırmaq məqsədilə totalitar sovet rejiminin həyata keçirdiyi qırğın nəticəsində bəşəriyyət tarixində insanlığa qarşı törədilmiş ən qanlı cinayətlərdən biri baş vermişdi. Keçmiş SSRİ rəhbərliyinin Bakıda törətdiyi bu qırğın qəddarlıqla müşayiət olunsa da, bu qanlı faciə Azərbaycan xalqının azadlıq əzmini qıra bilmədi. Əksinə, bu hadisə xalqımızın iradəsini, yenilməzliyini bütün dünyaya nümayiş etdirdi.
Dəhşətli faciəyə kəskin etiraz olaraq 1990-cı il yanvarın 21-də ailəsi ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirən ümummilli lider Heydər Əliyev hadisəyə operativ və düzgün qiymət verən ilk vətənpərvər siyasi xadim olmuşdur. Qanlı Yanvar faciəsi hərtərəfli, əhatəli və dolğun qiymətini məhz ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra almış, onun rəhbərliyi ilə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmişdir.
Məktəblilərin söylədiyi qəhrəmanlıq, vətənpərvərlik ruhlu şeirlər, şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya maraqla qarşılanıb.
Г‡inarə Bəhərçinli

Şərh Yaz