Yaddas kitabcasi

Şəhidlərin ömür yolu nümunədir

Rafiq İsmayılov Hacıhətəmli kəndində doğulmuş, böyümüş və Bakı şəhərinə getmişdi. Burada ali təhsil almış və daxili işlər sistemində işləmişdi. O zamankı milis kapitanı idi. Cüdo və sambo üzrə Beynəlxalq dərəcəli usta idi. Professional səviyyədə idmanla məşğul olurdu. İş yerində nümunəvi xidməti ilə seçilirdi. Qarabağ müharibəsi başlayanda Rafiq İsmayılov birincilər sırasında ön cəbhəyə getdi və 1993-cü ilin yazında şəhid oldu. O, 20 Yanvar şəhidliyi məktəbini keçmişdi. İndi 20 Yanvar faciəsi şəhidlərinin dəfn olunduğu xiyabanda uyuyur.
Şəhidlərin ömür yolu nümunədirŞəhidlərin ömür yolu nümunədir

Rafiq İsmayılov Hacıhətəmli kəndində doğulmuş, böyümüş və Bakı şəhərinə getmişdi. Burada ali təhsil almış və daxili işlər sistemində işləmişdi. O zamankı milis kapitanı idi. Cüdo və sambo üzrə Beynəlxalq dərəcəli usta idi. Professional səviyyədə idmanla məşğul olurdu. İş yerində nümunəvi xidməti ilə seçilirdi. Qarabağ müharibəsi başlayanda Rafiq İsmayılov birincilər sırasında ön cəbhəyə getdi və 1993-cü ilin yazında şəhid oldu. O, 20 Yanvar şəhidliyi məktəbini keçmişdi. İndi 20 Yanvar faciəsi şəhidlərinin dəfn olunduğu xiyabanda uyuyur.
Rayon Gənclər və İdman İdarəsi Regional Cüdo Mərkəzi ilə birgə 20 Yanvar şəhidlərinin və Rafiq İsmayılovun xatirəsinə həsr olunmuş sambo üzrə idman turniri keçirmişdir.
Yarışlardan əvvəl şəhidin anası Əsmər İsmayılova çıxış edib Rafiqin xatirəsini əziz tutanlara razılığını bildirmiş, oğlunun həyat yolundan gənclərə nümunə olaraq danışmışdır.
Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov 20 Yanvar faciəsinin xalqımıza gətirdiyi mərhumiyyətlərdən, bu qanlı aksiyanın Azərbaycan tarixinin şanlı səhifəyə çevrilməsindən danışmış, idmançılara uğurlar arzulamışdır.
Regional Cüdo Mərkəzinin direktor əvəzi, cüdo üzrə baş məşqçi Əkbər Şəfaqətov 20 Yanvar və Qarabağ şəhidlərinin xatirələrinin əziz tutulmasından, tanınmış şəhid idmançıların xatirəsinə həsr olunmuş turnirlərdən, idmanın kütləviliyində həmin turnirlərin böyük əhəmiyyət kəsb etməsindən danışmışdır.
70 nəfər idmançının iştirak etdiyi cüdo üzrə xatirə turnirində yarışlar gərgin keçmişdir. Uğur qazananlar sırasında cüdoçu qızlar da vardı.
T.Məhərrəmov

Şərh Yaz