Yaddas kitabcasi

Əlvida, Şamaxı, salam, qürbət ellər!

Fəraqın hər nəfəsi min il uzanır, onda onun günü, həftəsi, ayı və ili nə qədərdir?!
Human Təbrizi
Qürbət eldə yaşamaq, hüzn və kədərli xatirələrlə baş-başa qalmaq böyük dərddir. Vətəndən kənarda olanlar bilərlər ki, Məşədi Həsən nə çəkib. Doğma ev-eşiyindən didərgin düşəsən, gündə neçə dəfə ürəyin qubar eləyə yaş gözlərində gilələnə. Qohumların, yaxınlarının üzünə həsrət qalasan. Əlinlə qoşa torpağa tapşırdığın sevimli arvadın hər gecə yuxuna girə…
Gəncəyə yola düşməzdən əvvəl Məşədi Həsən özünə yer tapa bilmirdi. Dərd-qüssədən Şamaxının küçələrini gəzib dolaşır, həzin, kədərli bayatılar zümzümə edirdi. Sədaqətli ömür-gün yoldaşı Seyid Fərruxu bir də görməyəcəyini fikirləşəndə dəli olmaq dərəcəsinə çatırdı. Ancaq nə edə bilərdi? Qismətdən artıq yemək olmazdı, taleyinə boyun əyməli idi. O, öz dostlarını topladı. Şahxəndan qəbiristanlığındakı doğmalarının məzarlarını sonuncu dəfə ziyarət etdi, onların bütün məhəbbətini gözlərinə köçürtdü.

Əlvida, Şamaxı, salam, qürbət ellər!Fəraqın hər nəfəsi min il uzanır, onda onun günü, həftəsi, ayı və ili nə qədərdir?!
Human Təbrizi
Qürbət eldə yaşamaq, hüzn və kədərli xatirələrlə baş-başa qalmaq böyük dərddir. Vətəndən kənarda olanlar bilərlər ki, Məşədi Həsən nə çəkib. Doğma ev-eşiyindən didərgin düşəsən, gündə neçə dəfə ürəyin qubar eləyə yaş gözlərində gilələnə. Qohumların, yaxınlarının üzünə həsrət qalasan. Əlinlə qoşa torpağa tapşırdığın sevimli arvadın hər gecə yuxuna girə…
Gəncəyə yola düşməzdən əvvəl Məşədi Həsən özünə yer tapa bilmirdi. Dərd-qüssədən Şamaxının küçələrini gəzib dolaşır, həzin, kədərli bayatılar zümzümə edirdi. Sədaqətli ömür-gün yoldaşı Seyid Fərruxu bir də görməyəcəyini fikirləşəndə dəli olmaq dərəcəsinə çatırdı. Ancaq nə edə bilərdi? Qismətdən artıq yemək olmazdı, taleyinə boyun əyməli idi. O, öz dostlarını topladı. Şahxəndan qəbiristanlığındakı doğmalarının məzarlarını sonuncu dəfə ziyarət etdi, onların bütün məhəbbətini gözlərinə köçürtdü.
Əlvida, Şamaxı, salam, qürbət ellər!

Gəncədə yaşadığı səkkiz ay vaxt ölçüsü etibarilə illərə bərabər idi. Kəlağayı toxucusu –“ şərbaf işlədiyi karxana dəmir yoluna yaxın idi. Şəhərin kənarından keçən qatarlar uzaqdan görünür, fit səsinin uğultusu daim toxucu dəzgahlarının taqqıltısına qarışırdı. Yaxınlıqda müsafirlərin gecələdiyi bir neçə ürəksıxıcı karvansaranın qarşısı adamlarla dolu olardı. Dincini aldığı, həmdəm axtardığı yer çayçı dükanı idi. Məşədi Həsən şərbaf yoldaşları Kəblə Səttar və Abdulla ilə burada çay içər, dərdlərini dağıdardı. Г‡ayçı Məmişin dükanında iynə atsaydın, yerə düşməzdi. O zaman kino, teatr, radio, televizor yox idi. Adamlar, xüsusilə gəlmələr boş vaxtlarında yığışar, vaxtlarını birtəhər keçirərdilər. Basqallı toxucu Nəcəfqulu Məşədi Həsənə həyan idi. Onlar bir həyətdə mənzil kirayə etmişdilər. Ev sahibinin arvadı Həlimə çox munis qəlbli, saf ürəkli orta yaşlı bir qadın idi. 6 yaşlı İbrahimə, 3 yaşlı Mürsələ öz doğma balaları kimi qulluq edir, nəvaziş və mehribanlıq göstərirdi. Ev Sərdar bağına yaxın olan bir məhəllədə idi. Həyətdə çoxlu ərik, alça, gilas, albalı ağacları var idi ki, bütün bunlar İbrahim və Mürsəlin əyləncə və istirahəti üçün çox əlverişli yer idi.
Məşədi Həsən Gəncəyə işləmək üçün gəlmişdi. Şamaxıda ermənilər cümə məscidini yandıranda ondan bir az yuxarıdakı toxucu karxanasına da od vurub, külə döndərmişdilər.
Şərbaflıq Məşədi Həsənin həm sevdiyi peşəsi, həm də yaşayış vasitəsi olduğu üçün sevimli arvadının qırx mərasimi çıxandan iki həftə sonra Gəncədə işləmək məcburiyyətində qalmışdı.
Uşaqlar böyüyürdü. Məşədi Həsən onların gələcəyi haqqında gecə-gündüz fikirləşirdi. Gəncə şəhəri Şirvan əhalisi üçün solaxay əl kimi əlverişsiz hesab olunurdu. “Balıq dəryada böyüyər” deyiblər. Və Məşədi Həsən 1919-cu ilin mart ayında bir cüt balası ilə Bakıya köçdü. Az-çox pulu var idi. O, dostlarının köməyi ilə Bülbülə kəndində ev kirayə etdi.
– Niyə məhz Bülbülədə, – deyə mən Solmaz xanımdan soruşdum.
– Axı, babam toxucu idi, orada isə Basqaldan köçmüş on beşə qədər kəlağayı toxucusu əl dəzgahı qurub işləyirdi.
Ömrünün son aylarına kimi öz sənətinə sadiq qalan, narahat təbiətli, qəlbi zəhmət ehtirası ilə dolu, övladlarının böyüməsi yolunda sözün əsl mənasında fədakarlıq edən pak bir mömin insanın Bakıya köçməsi ilə, onun 1933-cü ildə uzun sürən ağır xəstəlikdən sonra 56 yaşında dünyasını dəyişməsilə Məşədi Həsənə rəhmət diləyək. Diqqətimizi qəhrəmanımız İbrahim İsmayılzadənin ana qayğısından uzaq olan uşaqlığından da ayıraq, onun məqsədə çatmaq uğrunda həyat yollarını ümumi şəkildə də olsa, müşahidə edək.
Qəlbinin romantik-çılğın riqqəti yeniyetməlikdən başlayaraq İbrahimi qeyri-adiliyə çağırırdı. Həyatda rast gəldiyi çətinliklər hətta uşaqlıqdan onu qorxutmurdu. Dağlarda erkən uşaq vaxtı ilk dəfə qartalla üz-üzə gəlməsini yada salaq. Bu görüş inadkar, qoçaq uşağın qəlbində zərrə qədər qorxu hissi oyatmır, əksinə, maneələrə üstün gəlmək həvəsini daha da artırır, ona sanki tükənməz cəsarət verirdi. Г‡ətinlikləri aradan qaldırmaq cəhdi İbrahim xarakterinin mətinliyi ilə birləşərək mübarizlik əzminə çevrilirdi.
İbrahim İsmayılzadəni hələ gənc yaşlarında tanımayan, sevməyən az adam tapılardı. Bu sevgini dərin biliyi, şəxsi mənəvi keyfiyyətləri, bacarığı sayəsində qazanmışdı. Digər tərəfdən insanı gözəlləşdirən, ona zinət verən ən mühüm cəhətlərdən biri də onun təvazökar və sadə olmasıdır. İbrahim müəllim sadə olduğu qədər də romantik düşüncəli idi. Yəni, onun öz dünyası, başqalarına bənzəməyən çox maraqlı, fövqəltəbii yaşam tərzi vardı. İstirahət vaxtları az olardı. İşdən, zəhmətdən macal tapanda səhərlər ürəyi qədər sevdiyi həyat yoldaşı, qızları Firəngiz, Solmaz, oğlu Həsənlə birlikdə Xəzərin kənarında gəzməyi, ləpələrə baxmağı xoşlayırdı, bir sözlə, dənizdən həzz alırdı. Dini ayin və mərasimlər kitabları haqqında məlumatı vardı. Fəlsəfi dünyagörüşləri praktik həyatda ona yardımçı olurdu. Aristotelin fəlsəfi fikirləri haqqında geniş və əsaslı məlumatı vardı. Hər şeydən əvvəl, bir ziyalı kimi, öz xalqının tarixi ilə yaxından maraqlanan, onun keçmişini öyrənməyə səy göstərən bir alim idi.
Hardan gəlir, hara gedir insan? Bu məlum yolun sorğusu, sualı nə qədərdi? İlk baxışda sadə görünən bu mətləblərin arxasında insanın nələri gizlənmir? Sevinci, arzusu, diləyi… Bütün bunlar ömür adlanır. İçindən keçib dünyaya gəldiyimiz, dolaşaraq içindən keçib getdiyimiz ömür. Adam bəzən çox həqiqətlərin önündə heyrətlənməli olur. Bir də görürsən ömrün ən uzunu da, qısası da bir neçə səhifəyə sığışıb qaldı. Fikirləşirsən, elə budurmu ömür dediyimiz o karvan? Hanı bəs bu karvanın sarbanı, səhra bürküsü, yol yoxuşu, zirvə aşırımı, çay keçidi hanı?
Darıxıb əlimi sinəmə tutub göylərə baxıram və bu göylərin dərinliyində ağ bir cığır baş alıb gedir. Həmişə bu cığırlara insan ömrü kimi baxmışam. Bizdən uzaq, bizə yaxın insanların ömrü kimi.
İbrahim İsmayılzadənin ömürlüyündən
23 fevral 1912-ci ildə alimlər, ədiblər, şairlər, sənətkarlar, igidlər yurdu Şamaxı şəhərində anadan olub. 1928-ci ildə Bakı Pedaqoji Texnikumunu bitirib Zaqatala qəzasının Almalı istinad məktəbində müdir və müəllim işləmiş, bir ildən sonra atasının ağır xəstə olması ilə əlaqədar Bakıda işləmək üçün təyinat alıb. 1930-1931-ci tədris ilində Bülbülə qəsəbəsindəki 13 nömrəli məktəbdə dərs deyib.
Ağır xəstə yatan atası Məşədi Həsənin məsləhəti ilə gənc İbrahim ixtisasını dəyişməyi qərara alıb, 1931-ci ildə Azərbaycan Dövlət Balıq Sənayesi İnstitutuna daxil olur, eyni zamanda həmin institutda laborant işləyir. Bu institut ləğv edildikdən sonra 1932-ci ilin oktyabr ayında İpək-yun mərkəzi idarəsində tərcüməçi kimi çalışmışdır.
1933-cü ildə İbrahim İsmayılzadə Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Sənaye İnstitutuna daxil olmuş və 1939-cu ilin fevral ayında oranı fərqlənmə diplomu ilə bitirmiş, dərhal “Əzizbəyovneft” trestinə mühəndis təyin edilmişdir.
Özünün elm potensialını dərk edən gənc 1939-cu ilin sentyabr ayında SSRİ Kimya Sənaye Nazirliyinin Z.Y.Karpov adına Elm Tədqiqat Fizika-Kimya İnstitutunun aspiranturasına daxil olmuşdur. Bu dövr çox gərgin, ictimai-siyasi hadisələrin geniş miqyasda çətinləşdiyi, beynəlxalq imperialist irtica qüvvələrinin tüğyan etməsi ilə tanınır. Başlıca təcavüzkar dövlətlər –“ faşist Almaniyası, faşist İtaliyası və militarist Yaponiya tərəfindən başlamış ikinci dünya müharibəsinə 61 dövlət, Yer kürəsi əhalisinin 80 faizi cəlb olunmuşdu. Hərbi əməliyyatlar 40 dövlətin ərazisində, həmçinin dəniz və okeanlarda aparılmışdı.
İkinci dünya müharibəsi faşist Almaniyasının Polşaya hücumu ilə başlamışdı. 1939-cu il sentyabrın 3-ü Böyük Britaniya və Fransa Almaniyaya müharibə elan etmişdi. İkinci dünya müharibəsinin birinci mərhələsinin sonuna yaxın faşist Almaniyası və İtaliya Qərbi və Mərkəzi Avropanın, demək olar ki, bütün ölkələrini işğal etmiş və özlərindən asılı vəziyyətə salmışdılar.
Müharibə əhval-ruhiyyəsi böyük Sovetlər İttifaqından da yan keçməmişdi. Kənd və şəhərlərdə müharibə xofu açıq-aydın hiss olunurdu. Moskva küçələrində hərbi maşınların, hərbiçilərin gediş-gəlişi, səmada hərbi təyyarələrin uçuşu yaxınlaşan təhlükədən xəbər verirdi. Radioda bəstəkarların müharibə haqqında yeni yazılmış mahnıları eşidilirdi.
Aspirant İbrahim İsmayılzadə vaxtını, demək olar ki, hər gün səhər açılandan axşama kimi institutda, Moskvadakı dəqiq elmlərə aid kitabxanalarda keçirirdi. Bakıda yalnız özündən üç yaş kiçik qardaşı Mürsəl qalmışdı. Yeganə əlaqə məktublar idi, onları da yazmağa vaxt tapa bilmirdi. Г‡ox böyük bilik və məsuliyyət tələb edən imtahanların çətinliyi ölkədə o zaman ad-san qazanmış məşhur alimlərin heç kimə, xüsusilə Azərbaycandan gəlmiş bir gəncə güzəştə getməyəcəyində idi.
Namizədlik minimumlarına aid imtahanlarda İbrahim İsmayılzadənin göstərdiyi nəticə L.Y.Karpov adına Moskva Elmi Tədqiqat Fizika-Kimya İnstitutunun professor-müəllim kollektivini heyrətləndirmişdi. İsmayılzadənin bütün fənlərdən əla qiymət almış yeganə aspirant olması onu böyük rəğbət və hörmət qazandırmışdı. İnstitutun təqdim etdiyi zaçot vərəqində 1939-cu ilin dekabr ayından 1940-cı ilin iyununa kimi namizədlik minimumlarının verildiyi göstərilir. Kimyəvi termodinamikanı qəbul etmiş kimya elmləri doktoru, professor M.Y.Tyomkin, eyni zamanda kimyəvi statistika və kinetikanı da qəbul edib və hər iki fəndən İbrahim İsmayılzadəyə əla qiymət verib. Maddə quruluşunun nəzəriyyəsi fənni üzrə imtahan götürən kimya elmləri doktoru, professor A.A.Juxovitski ona əla qiymət verib. Bunlardan əlavə aspiranta molekulun ekspertiza üsulu ilə öyrənilməsindən, riyaziyyatdan, marksizm-leninizmdən, ingilis və alman dillərindən də əla qiymət verilib. İbrahim İsmayılzadənin fəallığı, dərin biliyi, zəhmətsevərliyi Moskva alimlərində onun gələcəkdə əhəmiyyətli elmi-praktik işlər görməyə, mühüm ixtiralar edəcəyinə əminlik yaratmışdı.
Miryavər Hüseynov

Şərh Yaz