Günahsız insanların qətli

Yanvar ayının 15-də İsmayıllı Uşaq Poliklinikasında 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Öncə torpaqlarımızın azadlığı, eləcə də 20 yanvar faciəsi zamanı canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Günahsız insanların qətliGünahsız insanların qətli

Yanvar ayının 15-də İsmayıllı Uşaq Poliklinikasında 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Öncə torpaqlarımızın azadlığı, eləcə də 20 yanvar faciəsi zamanı canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aftandil Rəhimov bildirib ki, 1990-cı ilin 20 yanvarında keçmiş Sovet ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.
Günahsız insanların qətli

İsmayıllı Uşaq Poliklinikasının baş həkimi Vidadi Rəhimov böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnmiş 20 Yanvar faciəsinin, Mixail Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasəti barədə geniş danışıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz