20 Yanvar qurbanları yad edildi

Qara Yanvar 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun Azərbaycanda həyata Ermənistanın təcavüzkar hərəkətlərinə qarşı etirazını bildirən xalqaın paytaxtın küçə və meydanlarına çıxması Sovet ordusunun Bakıya yeridilməsi kimi müdhiş faciəyə gətirib çıxardı. Bu faciədə 134 dinc sakin öldürüldü, 800-ə yaxın insan yaralandı.
Xalq bu qanlı tarixi unutmur, hər il müxtəlif tədbirlərlə şəhidlərini yad edir. Belə tədbirlərdən biri də Soltankənd kənd tam orta məktəbində keşirildi. Məktəbin direktoru Sabir Məhərrəmov qanlı faciə ilə əlaqədar geniş məlumat verdi. Bildirdi ki, bu faciə o dövrdə olan Azərbaycan rəhbərliyinin səriştəsizliyi və SSRİ rəhbərliyinin Azərbaycan xalqına olan qərəzli mövqeyinin nəticəsi idi.
20 Yanvar qurbanları yad edildi

Onda xalqının səsinə ilk səs verən Heydər Əliyev oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də oğlu, silahdaşı, o çətin günlərdə atasını bir an belə tək qoymayan İlham Əliyevlə birlikdə ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəldi, təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan
SSRİ-nin hökm sürdüyü bir vaxtda onu və başçısını paytaxtın özündə tənqid etmək, sözün əsl mənasında, böyük hünər və cəsarət tələb edirdi. Ulu öndər Heydər Əliyev və oğlu İlham Əliyev bununla, hər şeydən əvvəl Vətən, xalq qarşısında vətəndaşlıq və milli mövqelərini nümayiş etdirdilər… Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi
Ulu öndə Heydər Əliyev xalqın təkidli, tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi, 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. 1990-cı il noyabrın 21-də böyük siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul etdi.
“20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu…
Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi. Qərarda, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.
Ümummilli lider 20 Yanvar hadisələri zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində də bir sıra mühüm tədbirlər həyata keçirdi. Heydər Əliyev 1993-cü ilin iyununda xalqın tələb və təkidi ilə hakimiyyətə qayıtdıqda ilk olaraq Şəhidlər xiyabanını ziyarət etdi. Yerindəcə tapşırıq verdi ki, qısa müddətdə bütün şəhid məzarlarının üstü götürülsün və burada memorial kompleks ucaldılsın. Bunun üçün dövlət səviyyəsində lazımi vəsait ayrıldı. Bu iş qısa zamanda başa çatdırıldı. Məhz ulu öndərin sərəncamı ilə 20 Yanvar – Ümumxalq Hüzn Günü elan olundu.
Tədbir şagirdlərin hərbi vətənpərvərlik mövzusuna və şəhidlərə həsr olunmuş şeirlər söyləmələri ilə sona çatdı.
Vəfa Süleymanova,
Soltankənd kənd tam orta məktəbinin lobarantı

Şərh Yaz